Əliyevlə görüşə Paşinyan mina xəritələri ilə gələcək: İrəvan səmimi olacaqmı - GƏLİŞMƏ
Siyaset
Oxunub: 550
6 okt 2021 | 19:18
Əliyevlə görüşə Paşinyan mina xəritələri ilə gələcək: İrəvan səmimi olacaqmı - GƏLİŞMƏ


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu söyləyib və özü ilə mina sahələrinin xəritələrini gətirəcəyinə söz verib. O, əvəzində İ.Əliyevin Bakıda saxlanılan bütün erməni terrorçuları özü ilə gətirməyini istəyir.

“Yeni Müsavat” bildirir ki, bu, maraqlı və son dərəcə ciddi gəlişmədir. Paşinyan Əliyevlə görüş istədiyini və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu bu ilin avqustunda açıqlamışdı. O, hökumətin 12 avqust iclasındakı çıxışı zamanı İrəvanın ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini də bəyan etmişdi. Paşinyan onu da demişdi ki, “bizim yad torpaqlarda gözümüz yoxdur, ordumuzu da Ermənistanın müdafiəsi üçün modernləşdirmək istəyirik”.

Eyni zamanda İ.Əliyev də Fransanın “France 24" telekanalına müsahibəsində N.Paşinyanla görüşməyə hazır olduğunu bildirib. Prezident Azərbaycanın Ermənistanla gələcək sülh razılaşması üzərində işləməyə hazır olduğunu söyləmişdi. Lakin xəbərdarlıq etmişdi ki, İrəvanın ”ötənilki müharibədə itirilmiş əraziləri geri qaytarmağa yönəlmiş istənilən cəhdi" onun ölkəsi tərəfindən sərt reaksiya ilə qarşılanacaq.

Prezidentin sözlərinə görə, xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutmuş ilk görüşü “dialoqun bərpa edilməsi və dinc həllin axtarışı baxımından yaxşı göstəricidir”. Əliyev əlavə edib ki, əgər Minsk Qrupunun həmsədrləri onun Paşinyanla görüşünü təşkil etsələr buna etiraz etməyəcək.

Həmçinin əlavə edib ki, Dağlıq Qarabağa muxtar statusun verilməsi məsələsi artıq danışıqlar mövzusu deyil. O, Ermənistanı və Minsk Qrupunu bu yeni reallığı qəbul etməyə çağırıb.

İndiyədək Ermənistan tərəfi Ağdamın, Füzulinin, Zəngilanın mina xəritələrini bizə vermişdi. Azərbaycan Prezidenti deyib ki, xəritələrin cəmi 25 faizi reallığı əks etdirir. Yəqin Paşinyan gerçək mina xəritələrini əlində əsas “kozır” kimi saxlayıb, onu vaxtı çatanda “daha baha satmağa” çalışır. İrəvan hansı güzəştləri tələb edəcək? Ümumiyyətlə, iki ölkə liderlərinin görüşü yaxın zamanda reallaşa bilərmi və hansı ölkədə baş tutması ehtimalı yüksəkdir? Bəzi təhlilçilərin fikrincə, görüş Rusiyada ola bilər, lakin təşəbbüskar Minsk Qrupu olsa, Avropa ölkələrinin birinə keçirilməsi mümkündür.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, görüşün təşkilinə Gürcüstan da təşəbbüs göstərmişdi, amma ATƏT-in Minsk Qrupu təşəbbüsü ələ aldı, tərəflər da bunu qəbul ediblər: “Görüş yeri kimi Moskvanın adı daha çox hallanır, ancaq başqa şəhərlər də ola bilər. Bakı tələb edir ki, görüşdə Qarabağdakı ermənilərin statusu müzakirə olunmasın, İrəvan isə əsirləri istəyir. Görüşün yaxın iki həftə ərzində olması mümkündür. Ən ciddi problem Mehri dəhlizinin açılması məsələsidir ki, Türkiyə də bunu Ermənistandan tələb etməyə başlayıb”.

Q.Hüseynlinin fikrincə, erməni tərəfi status məsələsini ciddi şəkildə qaldırmır, sanki bu işi diplomatik formada bir sıra ölkələrə həvalə edib: “Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Rusiyanın hər iki tərəfə təklifləri var, bu məsələ də müzakirə oluna bilər. Ümumilikdə görüş üçün münasib şərait yaranıb, amma hansı nəticələr olacağını söyləmək çətindir. Görüşün birdən-birə açılımlara gətirib çıxaracağını söyləmək tezdir. Gərgin və qarşılıqlı ittihamlarla dolu bir görüş olacaq. Ermənistan ”dediyim dedikdir" mövqeyini davam etdirsə, Minsk Qrupu status məsələsində inad edərsə, Azərbaycan bu vasitəçilik missiyasından təzədən imtina edə bilər. Bakı bölgəyə sülhün gəlməsini istəyir, dinc, yanaşı yaşamağın tərəfdarıdır".

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun sözlərinə görə, İrəvan üçün sonuncu şansdır, bu imkandan istifadə etməlidir. Onun fikrincə, Ermənistan mina xəritələrini verəcəksə, Azərbaycan adekvat addım atacaq. “Ermənistan danışıqlarda əldə edilən razılaşmalara əməl etməlidir, görüşün nəticələri olmayacaqsa, daha 30 il də gözləməyəcəyik, zaman Azərbaycanın xeyrinədir. Onlar da anlayır ki, danışıqlar uzun müddət ola bilməz, nəticə verməlidir. Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın koridorunu bağlaya bilərik. Ona görə İrəvan üçün sonuncu şansdır”, - deyə analitik vurğuladı. Ekspertin sözlərinə görə, Minsk Qrupunun regiona səfərinə razılıq verməyimiz göstərir ki, Azərbaycan qalan problemlərin həlli üçün həmsədrlərin vasitəçiliyinə qarşı deyil: “Sərhədlərin delimitasiya və demarkasiya məsələsi, Qarabağda qalan erməni silahlılarının bölgədən çıxarılması icra edilməlidir. Bu məsələlərin müzakirəsi və sonda mina xəritələrinin verilməsi bizim üçün prioritetdir”.

Paşinyanın əsirləri tələb etməsinə gəlincə, X.Bəşirov xatırlatdı ki, onlar 10 noyabrdan sonra ərazilərimizə daxil olan silahlı birləşmələrdir, bir hissəsi cinayət törətmiş diversantlardır: “Ona görə hərbi əsir sayıla bilməzlər. Erməni tərəfi isə dünya ictimaiyyətinə hərbi əsir kimi təqdim edir. Buna rəğmən, bir hissəsini mina xəritələri qarşılığında təhvil vermişik, yenə humanizm göstərmişik. Amma həmin xəritələrin də cəmi 25 faizi düz çıxıb. Görüşə gəldikdə Prezident hər zaman danışıqlara hazır olduğunu qeyd edir. Sonuncu çıxışında da vurğuladı ki, konstruktiv müzakirələrə hazırdır. Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü təsdiqlədi ki, biz danışıqlardan imtina etmirik”.

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, görüşə erməni terrorçularını aparmaq, praktiki olaraq, mümkünsüzdür: “Nikol bunu ibarəli formada deyir, yəni məsələnin birdəfəlik həllini istəyir. Erməni terrorçuların mina xəritələri ilə barter edilməsi Bakının strateji addımlarından biridir, lakin burada iki problemli məqam var. Birincisi, müharibədən sonra Qarabağda saxlanılan ermənilər arasında qətl törədənlər var, digərlərini nələrinsə qarşılığında təhvil vermək olar. Lakin Azərbaycan əsgərini qətlə yetirən, mülki şəxsləri yaralayanlar istisnadır.

Ermənistanın verdiyi xəritələrin dəqiqliyi sual altındadır, indiyə qədər verilən xəritələrin yalnız 25 faizi doğru olub. Rəsmi Bakı artıq minalanmış ərazilərin xəritələrini yox, basdırılmış minaların dəqiq yerlərini əks etdirən xəritələri tələb edir. Əliyev son müsahibəsində bunu açıqlamışdı".

Ekspertin fikrincə, Azərbaycan Ermənistanın yekun sülh sazişi imzalayacağı təqdirdə, erməni terrorçuların hamısının qaytarılması məsələsi üzərində düşünə bilər.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi