Ermənistanın böyük sülhdən yayınmaq üçün manevr imkanları tükənir - GƏLİŞMƏ
Siyaset
Oxunub: 286
2 okt 2021 | 23:37
Ermənistanın böyük sülhdən yayınmaq üçün manevr imkanları tükənir - GƏLİŞMƏ


Bir il öncəki müharibədə kapitulyasiyaya tuş gələn işğalçı Ermənistanı hələ ki, sülhə tam məcbur eləmək mümkün olmayıb. Bunun bir səbəbi məğlub ölkə daxilində hökm sürən ağır psixoloji durumdusa, digəri şübhəsiz ki, “ilana zəhər verən kərtənkələlər”, yəni əsassız erməni iddialarını sönməyə qoymayan xarici güclər, erməni lobbisidir.

Ancaq proses çətin də olsa qabağa gedir. Çünki Ermənistanın heç olmasa, simvolik dövlət kimi dünya xəritəsində qalması və inkişaf eləməsi üçün onun Azərbaycan və Türkiyə ilə sülh anlaşmaları imzalayıb, qonşuların ərazi bütövlüyünü tanımasından savayı yolu yoxdur. Qərbdən, Rusiyadan, İrandan nə cür dəstək olur-olsun, bunsuz erməni xalqının xilası, qurtuluşu mümkün olmayacaq.

Ümid eləmək qalır ki, erməni toplumu və onun rəhbərliyinin bu rasional dərkə gəlməsi uzun zaman almayacaq və daha bir müharibəyə ehtiyac qalmayacaq. Sülhə məcbur etmə prosesi siyasi vasitələr sayəsində yekun sonluğuna çatacaq. Bundan isə şəkk-şübhəsiz, bütün bölgə ölkələri qazana bilər. O sırada 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sazişlərinə uyğun olaraq regionda kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması həm çoxtərəfli inteqrasiyanın, həm də möhkəm sülhün təməlini qoyacaq.

*****

“Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son Soçi görüşündən qayıdarkən yolüstü verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, hər iki lider Soçi görüşünün nəticələrini çox yüksək qiymətləndirb. Həmçinin Putin Ankaranın Güney Qafqazda güclənməsinin Qarabağ məsələsində pozitiv rol oynadığını söyləyib. Öz növbəsində Ərdoğan bildirib ki, V.Putin bölgədə “Altılıq” formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir.

Demək, Türkiyə prezidentinin Zəngəzur dəhlizi ilə bağlı İrəvana tələbini Rusiyanın da tələbi saymaq olar - Putinin imza atdığı 10 noyabr sənədindən irəli gələn tələb. Futbol termini ilə yazsaq, bu xüsusda “qaba oyun oynayan” İrəvana artıq “qırmızı kart” göstərildiyini söyləmək olar. Ayrı sözlə, Ermənistanın yenə vaxtı uzatması üçün heç bir manevr imkanı qalmayıb.

Ümumiyyətlə, Ermənistan götürdüyü öhdəliklərə, imzaladığı sənədlərə hörmət qoymağı öyrənməli, Azərbaycanla “siçan-pişik” oyununa son qoymalı, “Dəvəquşu siyasəti”ndən imtina eləməli, nəhayət, Bakı və Ankaranın bir ildir verdiyi sülh təkliflərini qəbul eləməlidir. Ən əvvəl də özünün hüquqi-siyasi mövcudluğunu sual altına qoymamaq üçün.

Bu yerdə onu da yada salaq ki, Türkiyə Prezidenti az öncə Nikol Paşinyanın onunla görüşmək istəyinə cavab olaraq söyləmişdi ki, bundan ötrü İrəvan hansısa müsbət addım atmalıdır. Onu da demişdi ki, Zəngəzur dəhlizinin açılması İrəvan tərəfdən ilkin müsbət gediş olardı. Yəni o, Paşinyanla görüş xətrinə görüşü olmayacağına net şəkildə işarə vurmuşdu.

*****

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu məsələ normal və sivil şəkildə həll edilməli, delimitasiya prosesi aparılmalıdır. Azərbaycan bu istiqamətdə konstruktivdir, lakin biz Ermənistandan qeyri-konstruktiv addımlar və bəhanələr görürük. Ermənistan öz seçimini etməlidir: qonşulara qarşı ərazi iddiaları, yoxsa konstruktiv əməkdaşlıq?”

Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq prizmasından çıxış edir. “Sabit və inkişafa yönəlmiş bir mühit üçün bu yanaşmanın alternativi yoxdur. Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək lazımdır ”, - deyə Bayramov vurğulayıb.

Bölgədə böyük sülhün və davamlı əməkdaşlığın ən sadə formulu da budur. Yəni rəsmi Bakı da İrəvana xəbərdarlıq edir ki, Ermənistan beynəlxalq hüquqa hörmətsizlik eləməklə özünü təkcə beynəlxalq hüquq müstəvəsindən kənarda qoymur, eyni zamanda dinc inkişaf və dinc-yanaşı mövcud olma perspektivindın məhrum edir. Odur ki, bu halda özünün destruktiv mövqeyindən qaynaqlanan sürprizlərə də hazır olmalı, o cümlədən yeni və daha dağıdıcı müharibəni göz önünə gətirməlidir...

*****

“Bakı ilə İrəvan arasında hərtərəfli sülh müqaviləsi bölgədə rus qoşunlarından xilas olmağın ən sürətli yolu olardı, amma görünür ki, bu, tezliklə baş verməyəcək. Məsələ ondadır ki, müharibə və münaqişə Azərbaycan üçün bitib, Ermənistan üçün yox. İrəvan Qarabağa erməni diasporu tərəfindən də fəal şəkildə təşviq edilən status tələb edir. Sərhəd demarkasiyası məsələsi də havadadır”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Caliber.az-a Avropa Siyasəti Mərkəzinin (EPC) baş siyasi analitiki Amanda Pol bildirib.

Politoloq yeni hərbi əməliyyatları istisna eləmir. “Bunu ötən bir ildəki çoxsaylı atışma və toqquşmalar göstərir. Sülh müqaviləsinin imzalanmasından hər iki dövlət, bütövlükdə region udardı. Ancaq görünür ki, yaxın gələcəkdə bu mümkün olmayacaq”, - deyə o əlavə edib.

*****

“İstənilən müharibə sülh müqaviləsi ilə başa çatır. Hələ ki, belə bir müqavilə yoxdur, ona görə müharibəni bitmiş hesab etmək olmaz”.

Bunu isə tanınmış gürcü ekspert, politoloq Gela Vasadze Axar.az-a bildirib.

Onun sözlərinə görə, müharibənin davam etdiyi göz önündədir: “Həm də diplomatik və informasiya cəbhəsində. Təəccüblü deyil ki, azad edilən torpaqların vəziyyətini görənlər dəhşətə gəlir. Biz dağılmış şəhərləri, məscidləri, məhv edilmiş təbiəti çoxsaylı videolardan seyr etdik. İndi aydındır ki, bərpa prosesi gedir, Azərbaycan rəhbərliyi üçün bu, şərəf işidir”, - deyə o vurğulayıb.

*****

Elə “Şeytan yuvası” Xankəndi və ətrafının separatçı-kriminal ünsürlərdən təmizlənməsi də Azərbaycan rəhbərliyi üçün, bütövlükdə Azərbaycan xalqı və dövləti üçün, həmçinin qardaş Türkiyə üçün şərəf işidir. Qarabağa Böyük Qayıdışın, möhtəşəm quruculuq işlərinin əsas hədəfi məhz budur - separatçı ünsürlərə, ipə-sapa yatmayan, Konstitusiyamızı nümayişkaranə şəkildə saya salmayan erməniləri Qarabağda dözülməz şəraitdə yaşamağa məhkum eləmək və onları ya təslim olmaq, ya da ərazimizi həmişəlik tərk eləmək zorunda qoymaq.

İrəvanda nə düşünməsindən, sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, bu proses gedir və gedəcək...

“Yeni Müsavat”
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik