Muradov və Kosobokovun geri çağrılmasındakı MÜƏMMA - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 256
30 sen 2021 | 21:44
Muradov və Kosobokovun geri çağrılmasındakı MÜƏMMA - NƏ BAŞ VERİR?


“Son günlər Qarabağda baş verən hadisələrə həmçinin Rusiyanın qərarlarında olan çaşqınlığa səbəb Putinin sıxışdırılmasıdır. Cənubi Qafqazla bağlı addımlarında daima dəyişiklik edən Rusiyanın bu hərəkətlərinə səbəb İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması oldu”.

Bu fikirləri Metbuat.az-a deyən politoloq Samir Hümbətov bildirdi ki, son günlər Putinə olan təzyiqlər nəticəsində bir ayda iki dəfə sülhməramlıların komandirləri dəyişdi.

“Sülhməramlıların komandiri vəzifəsinə Rüstəm Muradovu gətirən Rusiya, onun atdığı bir neçə addımı səhv olaraq qəbul edərək, geri çağırdı. Rüstəm Muradov dağıstanlı olsa da görünən odur ki, Qafqaz xalqlarının psixologiyasını tam bilmirdi. Muradovun iki ölkə arasında balans yarada bilməməsi, onun yerinə Abxaziyada Rusiya qoşunlarının komandanlığında çalışmış, demək olar ki, Qafqaz xalqlarının psixologiyasına Muradovdan daha yaxşı bələd olan Mixail Kosobokovun gəlməsinə səbəb oldu. Sual oluna bilər ki, bəs Kosobokov niyə bu qədər qısa müddətə geri çağrıldı. Qeyd edək ki, çox qısa bir müddət ərzində sülhməramlılara rəhbərlik edən Kosobokovun Putin tərəfindən geri çağırılmasının məqamları olduqca gizlidir”.

Politoloq deyir ki, fərziyyələrə əsasən, Kosobokovun geri çağrılmasına səbəb, Qarabağdakı proseslərin həllində aktivlik göstərməsi olub. Xüsusilə də, erməni silahlılarının bir çox postlarının dağıdılması, sərhədyanı Azərbaycan kəndlərinin boşaldılması, Kosobokovun sülhməramlılara rəhbər təyin edildiyi vaxtda baş vermişdi.

“Xüsusilə erməni cəmiyyətində ajortaja səbəb olan bu məsələnin olduqca qabarmaması, Paşinyanın əlində siyasi rıçarqa çevrilməməsi üçün Kosobokov geri çağırıldı. Yeni təyin olunan general-leytenant Gennadi Anaşkin isə Rusiyanın maraqlarını güdən bir şəxsdir. Görünür ki, Rusiya tez-tez belə kombinasiyaları etməklə əslində bir növ həm Azərbaycana, həm Ermənistana mesaj ötürmək istəyir ki, məqsəd sülhməramlıların komandirlərinin yerli əhali ilə sıx əlaqə qurmasına mane olmaqdır. Çoxdan məlumdur ki, Rüstəm Muradovun erməni separatçılarının başçıları ilə görüşdüyü artıq bəllidir”.

Samir Hümbətov qeyd etdi ki, Rusiya Müdafiə Nazirliyi sülhməramlıların yeni komandiri ilə bağlı məlumatı təsdiqləməsə də görünən tərəf odur ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi bu məsələyə ciddi reaksiya verir.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi