“Üçtərəfli bəyanat işləmir, Lavrov isə sabitlikdən danışır” - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 243
29 sen 2021 | 20:23
“Üçtərəfli bəyanat işləmir, Lavrov isə sabitlikdən danışır” - NƏ BAŞ VERİR?


“Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmasının əsas nəticəsi münaqişə zonasında vəziyyətin tam stabilləşməsidir”.
Bunu Rusiyanan xarici işlər naziri Sergey Lavrov deyib.

​"2020-ci ilin 9 noyabrından bəri keçən bir ilin əsas nəticəsi sabitliyin yaradılması, qorunması və Rusiya sülhməramlı kontingentinin səyi nəticəsində hazırda heç bir zorakılıq əməlləri müşahidə etmirik. İlkin mərhələdə qeydə alınan kiçik insidentlər tez bir zamanda həll olundu. Bir daha vurğulamaq istərdim: orada vəziyyət hazırda sabitdir, baxmayaraq ki, əlbəttə bir sıra problemlər hələ də var", - deyə Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib.

Rusiya, ABŞ və Fransadan olan üç həmsədrin bu günlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdüyünü deyən S. Lavrovun sözlərinə görə, görüşdə həmsədrlərin regiona səfərlərinin bərpası, Ermənistan və Azərbaycan nümayəndələri ilə yerində danışıqlar aparması, habelə Xankəndiyə səfər etmələri barədə razılıq əldə olunub.

Lavrovun sözlərini Bizimyol.info saytına şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, üçtərəfli bəyanat işləmir, sülhməramlılar Xankəndiyə gəlib-gedən maşınları diqqətlə yoxlamır, amma Lavrov sabitlikdən söz açır.

“Görünür ki, onlar üçün sabitlik əsasdır. Torpaqlarımız işğal altında olduğu zaman da, həmsədrlər “sabitlik olsun” deyirdilər, amma danışıqların irəliləməsi üçün ciddi bir iş görmürdülər. İndi yenidən Minsk qrupunu “diriltməyi” qərara alıblar. Azərbaycanın mövqeyi məlumdur. Düşünürəm ki, Azərbaycan hansısa status məsələsi ətrafında danışıqları qəbul etməyəcək. Danışmaq istəyirlər, gəlsinlər, 27 il onlar bizi oyaladı, 27 il də biz onları oyalayaq. Amma düşünmürəm ki, dövlət başçısı səviyyəsində bu danışıqlara isti yanaşılacaq. Əgər real sülh və sabitlikdən söz gedirsə, Ermənistan tərəfi sülh sazişi üzərində işləməyə, Zəngəzur dəhlizini açmağa başlamalıdır”, - deyə E.Şahinoğlu qeyd edib.

O, Azərbaycanın iştirakı və razılığı olmadan hansısa status müzakirəsinin olmayacağını deyib: “Əgər Azərbaycan status məsələsinə razı deyilsə, bunu kiminlə danışacaqlar? Ermənistanla razılaşıb, bizim ərazidəki separatçı rejimə status verəcəklər? Düşünürəm ki, bu danışıqların və görüşlərin heç bir perspektivi yoxdur”.

Politoloq Xankəndiyə səfərləri də şərh edib: “Mən belə səfərlərə xoş baxmıram. Separatçılarla nə danışacaqlar? Bu, separatçıları tədricən tərəf müqabilinə çevirə bilər”.

Bizimyol.info
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO