"Moskva İrəvanın nazı ilə oynamaq fikrində deyil" - Rusiyalı ekspert
Siyaset
Oxunub: 302
28 sen 2021 | 15:00
"Moskva İrəvanın nazı ilə oynamaq fikrində deyil" - Rusiyalı ekspert


"Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atdı. Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bildi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi".

“Gazeta.ru” qəzetinin hərbi eksperti Mixail Xodarenko 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin Ermənistanın isə məğlubiyyətinin səbəblərini açıqlayıb.

Xodarenkonun yazdığına görə, ermənilər Azərbaycanın qələbənin əldə edilməsinə əsas şərt kimi Türkiyənin “Bayraktar TB2”ni və İsrailin “Harop”unu göstərir. Ekspert hesab edir ki, müharibədə müasir innovasiyalar əsas rol oynayır, amma bu yetərli fakt deyil. Azərbaycanın qələbə əldə edilməsində hərbi-siyasi rəhbərliyin verdiyi dəqiq qərarları müstəsna rol oynayıb.

Ekspert Birinci Qarabağ savaşındakı məğlubiyyətinin səbəbini orduda yetərincə peşəkar hərbçilərinin yoxluğu ilə izah edib. Bildirib ki, 1991-ci ilin statistikasına görə, sovet ordusunda cəmi bir azərbaycanlı general var idi. O da Valeh Bərşadlı idi. Ermənilərin isə təkcə generalları deyil, həm də çoxlu sayda peşəkar zabitləri SSRİ ordusunda qulluq edirdi. Nəticədə müharibədə Azərbaycanın hərbi təcrübəsizliyi məğlubiyyətinə səbəb oldu.

Ekspertin fikrincə, ermənilər birinci müharibədən qalib çıxdıqdan sonra uğurdan başları gicəlləndi. Onlar elə hesab edirdilər ki, daha Azərbaycan onlara qarşı heç bir addım atmayacaq və həmişə vəziyyət belə qalacaq. Amma hər şey əksinə oldu.

"Prezident İlham Əliyev qələbənin təmin edilməsi üçün iki vacib addım atdı. Birincisi, o gələcək siyasi hədəflərini həyata keçirmək üçün Azərbaycanın ordusunu qura bildi. Bu çox ciddi zəhmət və resurs tələb edirdi.

İkincisi isə Əliyev Türkiyənin dəstəyini almağa nail oldu. Bütün mənalarda deyə bilərik ki, Ankara bu gün regional liderdir.

Digər tərəfdən Paşinyan və Ermənistan hakimiyyətinin üzvləri isə Bakının bu hərəkətlərinə dırnaqarası baxırdılar. Elə bu səbəbdən də ordunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması istiqamətində heç bir addım atmırdılar" - o bildirib.

Ekspertin sözlərinə görə, Ermənistan hesab edir ki, əgər müharibə olarsa, müttəfiqlərinin ona kömək edəcəyini, qısa müddətdə döyüşləri dayandıracağına inanırdı: "Lakin Qərb Ermənistandan uzaq dayandı. Rusiya isə son dönəmlər İrəvanın nazı ilə oynamaq fikrində deyil. Həmçinin Kreml bu oyunlara qatılmaq istəmir. Bir də ki, Rusiya açıq bəyan edir ki, həm Ermənistan, həm də Azərbaycan onun tərəfdaşıdır.

Bax, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəni daddı. Bunun hansı dərəcədə əhəmiyyətli olduğunu ifadə etmək çox çətindir. Ona görə də, Azərbaycan Qarabağın statusu məsələsini müzakirə belə etmək istəmir. Üstəlik, İlham Əliyev bəyan edib ki, bu məsələ gündəlikdə yoxdur.

İrəvan üçün vəziyyət açıq şəkildə əlverişsizdir. Çox az (və üstəlik, hələ də azalan) əhalisi və məhdud maliyyə imkanları olan bir ölkə… Ona görə də funksional cəhətdən tam müasir bir ordu yarada bilməz.

Ermənistanın ən ağrılı yerlərindən biri də özünün hərbi hava qüvvələrinin olmamasıdır. Misal olaraq bildirim ki, hər bir ölkənin havadan müdafiə olunması üçün orta hesabla 100 döyüş aviasiyası olmalıdır. Bir təyyarənin qiyməti isə 120-150 milyon dollardır. Üstəlik, bu təyyarələrin ən azı 30 sutka döyüş təcrübəsi olmalıdır. Bunun üçün 15 milyard dollar pul lazımdır ki, Ermənistan da həmin vəsaiti tapa bilməz.

Ermənistandan fərqli olaraq Azərbaycan yeni ordu qurmaq üçün həm maddi, həm də digər reurslar baxımından geniş imkanlara malikdir. Hazırda atdıqları addımlar da onu deməyə əsas verir ki, Bakı silah arsenalını ən yeni silahlarla təhciz edir".
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi