Vətən savaşının ANA LOKOMOTİVİ: Qələbədə XTQ faktoru - TƏHLİL
Siyaset
Oxunub: 228
28 sen 2021 | 18:20
Vətən savaşının ANA LOKOMOTİVİ: Qələbədə XTQ faktoru - TƏHLİL


Müharibədə təssəbüsün ələ keçirilməsi

Keçən ilin iyulunda Tovuzdan başlayaraq işğalçı Ermənistanın Azərbaycanla sərhəddə gərginliyi maksimuma çatdırması, avqust ayında isə kəşfiyyaat diversiya qruplarından istifadə etməsi, sentyabrda isə Qarabağ istiqamətində çox sayda müxtəlif silahlardan atəşkəsi pozmaqla yeni ərazilər əldə etmək cəhdi, danışıqlar prosesində nəticə əldə etmək ümidini itirən Azərbaycanın səbr kasasını daşdıran əsas faktorlardan oldu. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək və təcavüzkarı dərhal cəzalandırmaq üçün dərhal fəaliyyətə keçdi. Bu ordumuzun istənilən zaman döyüşə hazır olduğunu nümayiş etdirir. Döyüşə hazırlıq səviyyəsini nümayiş etdirən faktorlardan biri də müxtəlif güc strukturlarının, xüsusilə də Müdafiə Nazirliyinin tabeliyində olan qoşun növlərinin, birlik və hissələrin müvafiq əməliyyat planlarının əvvəlcədən hazırlanmasından, yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara korrektələr edilməsindən və müxtəlif hərbi təlimlərdə qoşun fəaliyyətlərin uzlaşdırılmasından ibarət idi.
Hücum edən Ermənistan tərəfi olsa da, Azərbaycan Ordusu təşəbbüsü ilk saatlardan ələ keçirdi. Müharibənin ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməklə Azərbaycan xalqına böyük sevinc bəxş etməyə başladı. 44 gün ərzində ordumuz bir dəfə də olsun müdafiə xarakterli əməliyyat həyata keçirmədi. Bir gözümüz Şəhidlərimiz üçün ağladı, bir gözümüz isə azad oluna ərazilərimiz üçün güldü.

Dəmir yumruq və onun mərhələləri

Dövətin əlində olan bütün resurslarını Qələbənin təmin edilməsinə yönəltməsi, xalqımızın bu taleyüklü məsələdə hakimiyyətə və orduya verdiyi birmənalı dəstək verməsi, Əsgərimizin döyüş meydanın düşmənə qarşı sarsıdıcı zərbələr endirməsi və fasiləsiz olaraq nailiyyətlər əldə etməsi, həyata keçirilən döyüş əməliyyatlarının sonradan “Dəmir yumruq” adlandırılması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı şərti olaraq əsasən aşağıdakı 6 mərhələdən ibarət oldu:

1.Müharibənin ilkin mərhələsində əsas və digər zərbə istiqmətlərində düşmənin 30 il ərzində qurduğu “keçilməz Ohanyan xətti” darmadağın edildi. Düşmən müdafiə zolağı cənubdakı əsas zərbə isqamətində 15 km, şimal-şərq istiqamətindəki digər zərbə istiqamətində isə 5 km enində yarıldı.
2.Azərbaycan 27 illik atəşks dövründə ilk dəfə rayon mərkəzi olan Cəbrayıl şəhərini azad etdi. Bununla Ordumuz Füzuli şəhərini azad edilməsi üçün mühüm plasdarm əldə edərək yenidən qruplşma həyata keçirməyə nail oldu. Hücum cəbhəsinin genişlənməsi Ermənistan ordusuna müdafiə olunmaqda çətinlik yaratmaqla bərabər onun geri çəkilmə templərini də artırırdı. Cəbrayıl şəhəri azad ediləndə Ermənistan ordusunda fərarilərin sayı 1500 nəfəri keçmişdi.
3.Hadrut əməliyyatı ilə Azərbaycan artıq keçmiş Dağlıq Qarabağa aid ərazilərini azad etməklə Ermənistan cəmiyyəti daxilində parçalanmanı təmin etdi.
4.Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Zəngilana yolun açılması və qarşıdan gələn dövrdə ordunun irəliləməsi üçün əlverişli şərait yaradıldı.
5.Qubadlının azad olunması və Laçın rayonunun cənubuna çıxış, Laçın dəhlizinə nəzarət təmin edildi.
6.Şuşanın azad edilməsi “Dəmir yumruq” əməliyyatının kulminasiya nöqtəsidir. Əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi olan Şuşa əməliyyatı düşmənin müqavimət potensialının sıfırlanmasına gətirib çıxardı. Xankəndi, Xocalı, Xocavənd və Əsgəran ərazilərinə vizual və atəş nəzarətinin təmin olunması, düşmənin təslim olması ilə nəticələndi.

Qələbəni təmin edən faktorlar

Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi və Əsgərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Vətən Müharibəsi zamanı Ermənistan üzərində möhtəşəm bir Qələbə əldə etdi. Bu Qələbənin əldə edilməsində ən çox payı olan şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır. Allah bizə Qələbə sevinci bəxş edən qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza isə can sağlığı versin.

Azərbaycanda Prezident İlham Əliyevin güclü, müasir və qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması istiqamətində həyata keçirdiyi planlı, uzaqgörən və prinsipial siyasət nəticəsində Azərbaycanın son 200 ilin ən böyük uğurunu əldə etdi. Azərbaycan dövləti minimal müddətdə və məqsədyönlü şəkildə bütün resurslarını Qələbənin təmin edilməsi üçün səfərbər edə bildi, xalqımızı, ordumuzu və dost ölkələri vahid ideya ətrafında birləşdirməklə işğalçı Ermənistanı Qarabağ məsələsində tamamilə təcrid edə bildi. Azərbaycanda mövcud olan əksəriyyət siyasi qüvvələrin Qarabağ məsələsində birmənalı olaraq iqtidara dəstək verməsi və ölkədə milli həmrəyliyin təmin olunması, Qələbənin əldə olunmasında müsbət təsir göstərdi.

Ali Baş Komandan İlham Əliyev Vətən Müharibəsində bütün məsələləri ən xırda detallarına kimi nəzarətdə saxlaması, ordu, qoşun və birlik komandanlarını şəxsən idarə etməsi, onlara yerinə yetiriləcək növbəti vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verməsi, hərbi əməliyyatlara şəxsən rəhbərlik etməsi, vəzifə borclarının yerinə yetirilməsində ordu rəhbərlərinə qarşı maksimum tələbkar davranması, ən kritik qərarların qəbul edilməsində tərəddüd etməməsi, sonunda Azərbaycan xalqının çoxdan arzuladığı Qələbənin təmin edilməsində mühüm rol oynadı. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı paradda Prezident İlham Əliyevin səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikri, 2 il 4 ay sonra artıq reallığa çevrildi.

Qələbədə XTQ faktoru

Qələbəmizin təmin edilməsində xüsusi təyinatlılar əsl peşəkarlıq, şücaət, qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirdilər. Onlar mürəkkəb iqlim və coğrafiya şəraitində ən ağır və ağlasığmaz əməliyyatları məharətlə yerinə yetirdilər.

Azərbaycanda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti, Hərbi Dəniz Qüvvələrinin və s. orqanların tərkibində fəaliyyət göstərən xüsusi təyinatlıların qarşılıqlı əlaqələndirilməsi və peşəkarlıqla idarə olunması Qələbənin təmin olunmasında mühüm və əvəzedilməz rol oynadı. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri xüsusilə fərqləndi.

Azərbaycan müharibənin ilk günlərindən düşmənin fasiləsiz və müxtəlif təxribatlarına yalnız döyüş meydanında reaksiya verməklə Ermənistanın münaqişəyə digər dövlətləri cəlb etmək niyyətini də fiaskoya uğratdı. Dağlıq ərazilərdə hazırlıqlı mövqelərə hücum əməliyyatlarının təcrübəsi, müadiə olunan tərəfin 4-5 dəfə az itki verməsini ehtimal etməyə əsas verir. Azərbaycan Ordusu isə düşməni dəfələrlə öz məqsədlərinə uyğun davranmağa məcbur etməklə həm yeni silahlı mübarizə metodlarını, həm də “maksimum təmassız müharibə” konsepsiyası tətbiq edərək coğrafi mühitin çətinliklərinə baxmayaraq itkilərini minimallaşdırmağa nail ola bildi.

Qələbənin təmin edilməsində müasir silahlanma faktoru

Azərbaycan Prezidentinin siyasi iradəsi, Əsgərimizin qəhrəmanlığı, xalqımızın dəstəyi, Ordumuzun ən müasir silahlarla təchiz edilməsi, hərbi əməliyyatların yüksək peşəkarlıqla idarə olunması və verilən tapşırıqların dəqiq yerinə yetirilməsi Qələbəmizi təmin edən əsas amil olduğu şübhəsizdir, amma sialhalanma da mühüm əhəmiyyət daşıyır. Müharibədə pilotsuz uçuş aparatlarından kütləvi istifadə edən Azərbaycan Silahlı Qüvvələri, müxtəlif ölkələrin istehsalı olan və fərqli təyinatlı uçuş aparatlarının istifadəsinin sinxronlaşdırılmasına nail oldu. Onlardan digər qoşun növlərinin fəaliyyətinin təmin edilməsində geniş istifadə edildi.
Müasir pilotsuz və pilotlu aviasiya silahların istifadəsi isə Azərbaycana müharibənin ilk günlərindən Qarabağ səmasında mütləq üstünlük əldə etməyə imkan verdi. Düşmənin texnikalarının və müdafiə sistemlərinin dronlar vasitəsilə kütləvi şəkildə məhv edilməsi, düşmənin texnikadan sərbəst istifadə etməkdən çəkindirdi, bu isə bizim itkilərin minimuma enməsinin və çoxlu sayda düşmən texnikasının qənimət götürməyimizin əsas səbəbi kimi dəyərləndirilir.

Erməni hərbi cinayətkarları məsuliyyətə cəlb olunacaq

Azərbaycan müasir texnologiyalar və silahlardan istifadə etməklə yalnız düşmənin döyüş mövqelərinə və hərbi obyektlərinə nöqtə zərbələri endirməyə üstünlük verirdi, bunlar vizual kadrlarda əks olunub. Əsgərimiz qarşı tərəfdən dinc əhalinin həlak olmaması üçün əlindən gələni edirdi, lakin bəzən mülki ermənilər hərbçilərinə dəstək məqsədilə döyüş meydanında olurdular və bu itkiləri qaçılmaz edirdi. Bunun erməni rəhbərlər tərəfindən məqsədyönlü şəkildə edildiyi şübhəsizdir. Ermənistan tərəfindən müharibədə cəmi 30-a yaxın mülki şəxs ölüb. Əməliyyatların intensivliyini və mülki ermənilərin daim döyüş mövqelərinin yaxınlığında olmasını nəzərə alsaq, bu rəqəmin proqnozlardan dəfələrlə az olduğuna əmin ola bilərik. Ermənistanın isə Azərbaycanın yaşayış məntəqələrini- Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Naftalan, Kürdəmir, Xızı və digər rayonları taktiki raket komplekslərndən atəşə tutmaqla mülki əhalimizi qətlə yetirərək hərbi və insanlıq əleyhinə cinayətlər törətməkdən çəkinmədi. Ermənistan dinc əhalini hədəfə götürməklə Azərbaycan cəmiyyətində qorxu yaradacağını düşünsə də, buna nail ola bilmədi. Azərbaycan xalqının vətənpərvərliyi və Azərbaycan Ordusunun gücü Ermənistanın bu planlarını da alt üst etdi. Ermənistan Xocalıda, Malıbəylidə, Qaradağlıda, Quşçülarda, Baqanis Ayrımda və s. müdafiəsiz yaşayış məntəqələrimizdə dinc əhaliyə divan tutan cəlladları onillər boyu dünyaya “məğlubedilməz erməni ordusunun qəhrəman sərkərdələri” kimi təqdim etməklə bərabər hərbi cinayət törətdiyini etiraf edib. Azərbaycan bütün imkanlardan istifadə edrək erməni hərbi cinayətkarlarının məsuliyyətə cəlb olunması üçün çalışır.

44 günə Qalib Xalq olduq

30 İl ərzində davam edən erməni işğalının çətinliklərini yaşayaraq mənəvi və fiziki iztirablar keçirən Azərbaycan xalqı cəmisi 44 gün ərzində məğlubiyyət sindromunu ciyinlərindən ataraq artıq Qalib Xalqa çevrildi. Bu Qələbənin simvolları arasında Bakıda keçirilən Hərbi paradı və Hərbi Qənimətlər Parkını göstərə bilərik. Bu simvollar Azərbaycan Əsgərinin əldə etdiyi Qələbənin miqyasını nümayiş etdirir və onun hərbi-mənəvi əhəmiyətini gələcək nəsillərimizə ötürmək üçün real vasitələrdir.

Gələcək perspektivlər

Müharibə artıq başa çatıb və Ermənistan bununla barışmalıdır. Azərbaycan regionda dayanıqlı sülh prosesinə töhfə vermək üçün həm sərhədlərin delimitasiyası və demarkasiyasına, həm də paralel olaraq sülh müqaviləsi üzərində işlərin aparılmasına hazırdır. Ermənistan hələ ki, bu məsələlərdə tərəddüd edir, bəzən isə “status” ilə bağlı məsələnin yenidən qaldırılmasına cəhd göstərilir. Bu isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilir. Ərazi iddialarının Ermənistan üçün nə ilə nəticələnə biləcəyini isə dünya yaxın keçmişdə müşahidə edib. Rəsmi İrəvan müharibədə məğlub olduğunu qəbul etməli, ərazi iddialarının acı nəticələrindən ibrət dərsi götürməli, geosiyasi reallığı, qüvvələr nisbətini, regionda öz perspektivlərini ayıq başla analiz etməlidir. Əks halda isti erməni başlarını soyudulması qaçılmaz olacaq. Azərbaycan illərlə üç tərəfli Birgə Bəyanatın yerinə yetirilməsi üçün Ermənistanın yırğalanmasını gözləyə bilməz.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır