Deputatlığa namizəd Könül Məmmədovanın seçicilərə müraciəti!
Siyaset
Oxunub: 1 612
24 okt 2015 | 14:02
Hörmətli həmyerlilərim, bacı-qardaşlarım, əziz seçicilərim!
Deputatlığa namizəd Könül Məmmədovanın seçicilərə müraciəti!
Bildiyiniz kimi, bu il noyabrın 1-də Azərbaycanda növbəti Milli Məclis seçkiləri keçiriləcək. Ölkəmizi üçün indiki həssas dönəmdə bu seçkilər dövlətimiz və xalqımız üçün çox ciddi önəm kəsb edir.
Biz seçkilərdən bir xalq olaraq üzüağ çıxmağa nail olmalıyıq. Təbii ki, seçki prosesində əsas söz sahibi vətəndaşlardır. Təkcə dövlət deyil, biz vətəndaşların da üzərinə ciddi məsuliyyət düşür. Biz birlikdə həmin vəzifələrin öhdəsindən layiqincə gələ bilərik!
Əziz seçicilərim!
Seçkilərdə bizim birinci vəzifəmiz hər bir seçicinin mütləq şəkildə seçki məntəqəsinə gedərək, məhz özünün səs verməsinə nail olmaqdır. Belə olacağı təqdirdə insanlarımızın iradəsi mütləq şəkildə diqqətə alınacaq. Və biz bununla saxtalaşdırma prosesinin qarşısını ala bilərik. Nə qədər ki, vətəndaşlar seçkiyə getməyəcək, kimlərsə istifadə olunmayan bülleteni saxtalaşdırmaq şansı qazanacaq.
İkincisi, çevrəmizdəki insanları ən layiqli namizədə səs verməyə inandırmaqdır. Azərbaycanda çox zaman seçki yarışı de-fakto ancaq iki və ya üç namizəd arasında gedir.
Digərləri namizədliklərinin müdafiəsi üçün topladıqları imzaların sayı qədər belə səs ala bilmirlər. Əsas olan bütün insanların ürəyindən xəbər verən, siyasi oyunlardan, saxtakarlıqadan uzaq, sizə öz saflığı, səmimiyyəti və düz əməlləri ilə özünü sevdirə bilən namizədi müəyyən edərək onu deputat etməkdir.
Başqa vəzifəmiz bu seçkilərin dövlətimiz və millətimiz üçün uğurlu nəticələr verməsinə nail olmağa çalışmaqdır. Seçki prosesində kimlərsə seçiciləri şirnikləndirməklə, aldatmaqla, yalançı vədlər verməklə və ya qorxutmaqla özlərini millətə artıq seçilmiş deputat kimi sırımaq istəyirlər.
Əminəm ki, mingəçevirlilər ağı-qaradan seçməyi bacardıqları üçün ən layiqli namizədə səs verəcəklər.
Əziz seçicilərim! Mən sizə inanıram və güvənirəm!
Mən inanıram ki, siz hər bir namizəd haqqında bəlli olan məlumatları, namizədlərin hansı kateqoriyanın insanı olduğunu müqayisə edərək ən layiqli namizədə səs verəcəksiniz.
Sizlərin bir çoxu məni tanıyırsınız. Mən uzun illərdir Mingəçevirdə müəllim kimi çalışıram, yüzlərlə şagird yetişdirmişəm, daim alın tərimlə yaşamışam, xalqımın övladlarının maariflənməsi. savadlanması və dövlətə layiqli vətəndaş olmaları üçün əlimdən gələni etmişəm.
Mən yenicə addımlar atan - əsl AXCP adını daşıyan, müxalifət adı altında spekulyasiyalar edən, xalqın inamını qıran partiyalardan fərqli olan bir təşkilatın Mingəçevir şöbəsinin rəhbəriyəm. Mən sizə həm də bir partiyanın təmsilçisi kimi müraciət edirəm.
Mən etimadınızı qazana biləcəyim halda onu doğrultmaq üçün hər şeyi etməyə hazıram! Bunu sözdə deyil, əməlimdə görəcəksiniz! Daim sizin yanınızda olacaq və bütün sosial problemlərinizin həllində öz probnlemimin həlli kimi çalışacam.
Əgər mən deputat olaramsa, seçicilərin problemlərinin həllinə nail olmaq, onlara hüquqi yardım göstərmək, insanların mənzil problemlərinin həlli üçün ipoteka kreditləri şərtlərinin daha da yumşaldılması istiqamətində əlimdən gələni edəcəm.
Küçə və məhəllidaxili ərazilərin abadlaşdırılması üçün büdcədən ayırmaların artırılması məsələsini qaldıracam.
Qarabağ, Böyük Vətən Müharibəsi əlilləri və iştirakçılarının müavinətlərinin artırılmasını gündəmə gətirəcəm.
Yaşadığımız şəhərin sosial-iqtisadi inkişafının stimullaşdırılması və insanların rifahının yüksəldilməsi üçün sərmayə cəlb etməyə çalışacam.
Sahibkarların müdafiəsi üçün sərfəli kredit proqramlarını həyata keçirmək, kiçik və orta sahibkarlara maneçilik törədənlərə qarşı mübarizə aparacam.
Mingəçevirdə uşaq bağçalarının sayının artırılmasına, orta məktəblərdə dərsliklərin keyfiyətinin yüksəldilməsinə nail olmağa çalışacam, ümumiyyətlə, pedaqoqlarım maaşlarının artırılması yönündə davamlı addımlar atacam.
Tibb müəssisələrində vətəndaşların keyfiyyətli və dövlət hesabına müalicəsi, xəstəxanaların ən müasir avadanlıqlarla təchizi, tibb işçilərinin məvacibinin artırılması məsələsini gündəmə gətirəcəm.
Yeni iş yerlərinin yaradılması, gənclərin müvafiq işlərə cəlb olunması üçün xüsusi proqram-təkliflə çıxış edəcəm.
Heç şübhəsiz ki, fəaliyyətim dövründə Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın azad olunması üçün davamlı olaraq parlamentdə çıxışlar edəcəyəm.
Əziz seçicilərim! Ümid edirəm ki, siz 1 noyabrda doğru seçim edəcəksiniz!
5-08-2026, 09:00
Bu gün Azərbaycan Hərbi Donanması Günüdür
4-08-2026, 16:00
Müharibənin ortasında milyardlarla dollar qazandı
4-08-2026, 15:30
SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI
4-08-2026, 13:35
Ceyhun Bayramovdan SON DƏQİQƏ sülh sazişi AÇIQLAMASI
4-08-2026, 13:30
Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
4-08-2026, 13:24
Prezident onu icra başçısı təyin etdi - Sərəncam
4-08-2026, 12:17
Bayramovla Kassis təkbətək görüşdü - Fotolar
4-08-2026, 11:50
Bütün diqqət Beştəpədə: 332 generalın taleyi ilə bağlı qərar veriləcək
4-08-2026, 11:44
Ukrayna Moskva və Leninqrada hücum etdi: Çoxsaylı ölü və yaralı
4-08-2026, 11:40
Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək
4-08-2026, 11:36
Pensiya alanlarla bağlı RƏSMİ AÇIQLAMA
4-08-2026, 10:48
Zelenski Azərbaycandan danışdı: Güclü münasibətlər qurmalıyıq
4-08-2026, 10:39
Əli Əsədov yeni qərar imzaladı
4-08-2026, 10:31
Qardaşı ilə dənizdə batan Ruslanın da meyiti tapıldı
4-08-2026, 10:04
“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
4-08-2026, 09:59
2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
4-08-2026, 09:53
Ağdamdakı yanğına görə 29 yaşlı şəxs saxlanıldı - Video
4-08-2026, 09:46
Bakıda avtomobil neft quyusuna düşdü - Video
4-08-2026, 09:37
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat qaydalarını pozması halları artıb - RƏSMİ
4-08-2026, 09:31
Hikmət Hacıyev TADİV nümayəndə heyətini qəbul etdi
4-08-2026, 09:26
Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılır
4-08-2026, 09:21
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır
4-08-2026, 09:00
İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...
3-08-2026, 16:00
Ermənistan bu olayla ÇALXALANIR
3-08-2026, 15:00
Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
3-08-2026, 14:06
Bu qanunlarda dəyişiklik təsdiqləndi
3-08-2026, 13:55
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib