Həbs edilən generalın qudası seçicilərə pul paylayır
Siyaset
Oxunub: 1 280
23 okt 2015 | 10:16
Həbs edilən generalın qudası seçicilərə pul paylayır






















Buna baxmayaraq Gədəbəy sakinləri Nazim Hüseynliyə səs verməyəcklərini deyirlər

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən namizədliyini irəli sürən Bakı Avrasiya Universitetinin keçmiş rektoru, iş adamı İlham Rəhimovun dostu Nazim Hüseynli seçicilərinə pul paylayır.

Bu barədə AzFakt.com-a Gədəbəy rayon sakinləri məlumat veriblər. İddiaya görə mandat almaq üçün bütün gücünü ortaya qoyan universitet rektoru hər vasitədən istifadə etmək niyyətindədir. Rayon sakinləri bildirirlər ki, Nazim Hüseynli seçicilərə pul paylamaqla bərabər ucqar dağ kəndlərinə qaz çəkilməsi ilə bağlı köməklik edəcəyini və digər sosial problemlərin həll olunması adı altında "populist" vədlər verməkdə davam edir.

Gədəbəy sakinləri bildirirlər ki, Nazim Hüseynli Bakı Avrasiya Universitetinin rektoru işlədiyi dövrlərdə rayon camaatı ilə heç vaxt maraqlanmayıb. Ancaq indi namizəd kimi seçkiyə qatıldığı üçün"yağlı" vədlər verməyə başlayıb. Halbuki Gədəbəyin bir çox ucqar kəndlərinə qaz çəkilməməsi ilə bağlı rayon sakinləri dəfələrlə mətbuat vasitəsi ilə ölkə prezidentinə və digər aidiyyatı qurumlara müraciət edəndə Nazim Hüseynli səsini də çıxarmırdı. Qeyd edəki, prezidentə müraciətdən sonra "Azərqaz" bir çox kəndlərə qaz çəkdi və bu gündə digər kəndlərə qaz verilməsi üçün işlər davam etdirilir.

Sakinlər bildirirlər ki, Nazim Hüseynli Gədəbəy rayon ziyalısı kimi olnların hər hansı bir problemi ilə maraqlanmayıb. Yalnız öz qohumlarının və tanışlarının xeyir-şər məclislərinə təşrif buyuran bu "ziyalı" hər dəfə rayon icra başçısı ilə isti münasibətləri qorumağa saxlayıb. Halbuki Gədəbəy rayonunda çoxlu sayda sosial problemlər var və bu problemlərin bir hissəsi qalmaqda davam edir. İndi isə Nazim Hüseynli kənd camaatının kasıbçılığından istifadə edərək özünün rüşvət yolu ilə qazandığı "səxavət" kisəsinin ağzını açıb. Ancaq Gədəbəylilər bu cür iki üzlü, rüşvətxor öz maraqları naminə hər zaman çalışan birinə səs vermək istəyində deyillər.

Bundan başqa rayon sakinləri qeyd edirlər ki, onlar YAP-namizədi Rafiq Məmmədhəsənova daha çox güvənirlər.Çünki hazırkı deputat dəfələrlə ucqar kənd sakinlərinin səsinə səs verib və onların sosial problemləri ilə bağlı aidiyytı orqanlara müraciətlər edib. Ona görədə bizim seçimizim İlham Rəhimovun dostu Nazim Hüseynli yox cənab prezidentimiz İlham Əliyevin kursunu dəstəkləyən Rafiq Məmmədhəsənovdur.

Xatırladaq ki, Nazim Hüseynlinin həbs edilən MTN generalı Teymur Quliyevlə yaxın qohum, daha doğrusu, quda olduğu bildirilir. Nazim Hüseynlinin qızı ilə Teymur Quliyevin oğlu nişanlıdırlar. Onların yaxın vaxtlarda toyu planlaşdırılırdı. Hətta N.Hüseynlini YAP-ın rektorlara mandat qadağası qoymasına rəğmən namizədliyini verməsinə də məhz T.Quliyevin sövq etdiyi iddia edilir. MTN generalı qohumunu əmin edibmiş ki, onun parlamentə düşməsini təmin edəcək. Hazırda isə Nazim Hüseynlinin vəziyyəti heç də ürəkaçan deyil. Lakin rektorun qızının nişanını geri qaytararaq öz vəziyyətini normallaşdırmaq ehtimalı da istisna olunmur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi