“250 min istədi, qadınla şantaj etdi” – MTN-də obyekti satdırılan iş adamı
Siyaset
Oxunub: 1 443
21 okt 2015 | 07:49
“250 min istədi, qadınla şantaj etdi” – MTN-də obyekti satdırılan iş adamı





Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyində ötən şənbə günü baş tutan “Qara Kəmər 2″ əməliyyatından sonra illərdir bu nazirlikdə kök atmış cinayətkar qrupun əməlləri ifşa olunmağa başlayıb

AzPolitika.info-ya daxil olan məlumata görə, dünən – əməliyyatdan sonrakı ilk iş günündə yüzlərlə sahibkar istintaq orqanına müraciət edərək, MTN-də başlarına gətirilənlərdən danışıblar.
Mötəbər qaynaqdan daxil olan məlumata görə, MTN-dəki cinayətkar qrupun qurbanı olan minlərlə iş adamından biri də Maqsud Mahmudov olub. Belə ki, bu ilin iyulun 4-də iş adamına zəng gəlib, özünü MTN-nin əməkdaşı kimi təqdim edən şəxs ondan səhər saat 10.00-da MTN-nin Antiterror İdarəsinə gəlməsini tələb edir. İş adamı deyilən saatda nazirliyə gəlir, şəxsiyyət vəsiqəsini birinci mərtəbəyə təqdim edir. Daha sonra onu nazirliyin üçüncü mərtəbəsinə aparırlar. Biznesmeni burada özünü polkovnik Azər Mehdiyev kimi təqdim edən şəxs qarşılayır. İş adamı bura dəvət edilməsinin səbəbini soruşduqda, bu polkovnik ona terrorçu olduğunu deyib. Bildirib ki, daima Ukraynaya gedib-gəlirsən, min oyundan çıxırsan.
Daha sonra polkovnik otağı tərk edir və 15 dəqiqədən sonra bir nəfərlə geri qayıdır, yanındakı şəxsi Antiterror İdarəsinin rəis müavini İlqar Əliyev kimi təqdim edir. İlqar Əliyev isə Maqsud Mahmudovu gördükdən sonra göstəriş verir ki, bu şəxsi dərhal uçota alsınlar. İş adamı nə etdiyini, hansı səbəbdən bura dəvət olunduğunun səbəbini soruşmağa cəhd edir. Bu zaman ona deyirlər ki, telefonu izlənilir, daima diqqətdədir, bilirlər ki, iş adamı olaraq güclü biznes fəaliyyəti göstərir, daima Ukraynaya gedib-gəlir. İş adamı bunların doğru və normal olduğunu bildirir, lakin cinayət etmədiyini xatırladır. Bu zaman ondan tələb olunur ki, 250 min manat versin. Bu an biznesmenin qan təzyiqi qalxır, durumu pisləşir. Amma buna baxmayaraq, ona deyilir ki, əgər 250 min manat gətirməsə, onu İŞİD-ın üzvü və ya narkobaron elan edəcəklər, özü isə bu ittihamı boynuna almalı olacaq. Biznesmen bu zaman 250 min manat olmadığını deyir və 3 saat orada saxlanılır. Ondan tələb olunur ki, 200 min manat versin. Lakin iş adamı bundan da imtina edir. Bu zaman iş adamı telefonla təmas qurduğu xanımla şantaj edilir, bildirilir ki, bu məsələ açıqlanacaq. Qeyd edilir ki, əgər bu baş versə, həm dostluq etdiyi xanımın valideynləri, həm də özünün ailə üzvləri bundan xəbər tutacaq. Satdırılan obyekt Bundan sonra iş adamına deyilir ki, Səməd Vurğun küçəsi ilə İnqilab küçəsinin kəsişdiyi ərazidə obyekti var, onu satsın və məbləği gətirsin. İş adamı şantajın qurbanı olaraq həmin gün gecə ikən 600-700 min manat dəyərində olan obyektini 290 min manata satır və bunun 120 min manatını MTN-nin məlum şantajçı qrupuna verir. Ona Bakıdakı mülkləri və avtomobillərinin markalarını deyirlər və məsləhət görürlər ki, sussun, bu haqda heç vaxt danışmasın. Beləcə iş adamı şantajın qurbanı olaraq obyektini satmağa məcbur edilir. Alqı-satqı prosesi isə 14 saylı Notariat Kontorunda gerçəkləşdirilir. Çəlumata görə, hazırda iş adamının nümayəndəsi MTN-də baş verən son hadisələrlə bağlı aparılan istintaq orqanına müraciət edib. Məsələ ilə əlaqədar iş adamı Maqsud Mahmudovun özü ilə əlaqə saxlamağa çalışdıq. Lakin iş adamının Bakıda olmadığını bildirdilər. Qeyd etdilər ki, bir ay bundan əvvəl biznesmen Ukraynaya gedib və nə zaman qayıdacağı bəlli deyil.
Dünən, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
3-10-2026, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
3-10-2026, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
3-10-2026, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
3-10-2026, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
3-10-2026, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
3-10-2026, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
3-10-2026, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
3-10-2026, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
3-10-2026, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
3-10-2026, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı