Nikol niyə belə açıqlama verir? - “Azərbaycanın bir çıxış yolu qalır”
Siyaset
Oxunub: 1 096
16 avq 2021 | 18:20
Nikol niyə belə açıqlama verir? - “Azərbaycanın bir çıxış yolu qalır”


"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməyə hazır olduğunu bəyan edib. O, həmçinin əlavə edib ki, Ermənistan tərəfi ölkədə keçirilmiş parlament seçkisi öncəsi fəaliyyətini dayandıran, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müaviləri səviyyəsində yaradılmış üçtərəfli kommisiyanın fəaliyyətini yenidən bərpa etməyə hazırdır. Təbii ki, burada bir neçə sual yaranır. Niyə Nikol indi belə açıqlama verir?".

Bu sözləri Modern.az-a siyasi ekspert Elman Vəliyev deyib.

"Nikol belə açıqlama verməklə hansı siyasi məqsədlərə nail olmaq istəyir" sualına gəlincə, o deyib ki, burada xüsusilə qeyd ediləsi bir neçə məsələ var:

"Rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə missiyalarına uyğun olmayan fəaliyyəti, erməni terrorçu dəstələrinin Ermənistan ərazisindən Qarabağa gətirilməsi həm 10 noyabr 2020-ci, həm də 11 yanvar 2021-ci il üçtərəfli bəyannamələrin şərtlərinə tamamilə ziddir, eyni zamanda beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Ən qısa zamanda rus sülhməramlıları üçtərəfli bəyannamələrə uyğun olaraq öz missiyalarının düzgün icrasına qayıtmasa, Ermənistandan gətirdikləri terrorçuları, eləcə də ikinci Qarabağ müharibəsindən sonra qalmış erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmasını təmin etməsə, bundan əlavə, Laçın dəhlizində nəzarəti düzgün təşkil etməzsə, Azərabaycan üçün bir çıxış yolu qalır, bu da anti-terror əməliyyatlarıdır".

Ekspertin fikrincə, vəziyyətin getdikcə gərginləşdiyini görən Nikol Paşinyan bu tip bəyanatlar verməklə erməni xislətini ortaya qoymağa çalışır:

"Paşinyan belə halda dünyaya onu demək istəyir ki, mənin Azərbaycana sülh çağırışları etməyimə baxmayaraq, Azərbaycan Qarabağda hərbi əməliyyatları başladıb, guya dinc erməni əhalisinə qarşı silah tətbiq etməyə çalışır. Təbii ki, terrorçu dəstələrin Qarabağda olmasını erməni əhalinin müdafiəçisi kimi dünyaya təqdim etməyə çalışacaqlar.

Hesab edirəm ki, Azərbaycan həm Ermənistanın, həm də ona dəstək verən Rusiyanın atdığı addımlardan xəbərdardır. Odur ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi Rusiyaya və Ermənistana açıq xəbərdarlıq edib. Rəsmi açıqlamada Ermənistan və Rusiya tərəfinin üçtərəfli razılığa əməl etmədiyi vurğulanıb.

Azərbaycan tərəfi danışıqlarla bağlı 10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin 4-cü bəndinin şərtlərinə uyğun olaraq erməni silahlı terrorçularının rus sülhməranlılarının nəzarət etdiyi Qarabağ ərazisindən tamamilə çıxarılmasını ilkin şərt kimi qoya bilər. Bundan sonra danışıqlar barədə düşünmək mümkündür. Əks təqdirdə proseslər öz məcrasından çıxa bilər".
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO