Zəngəzur dəhlizi açılsa... diversantların əfvi tezləşə bilərmi - GƏLİŞMƏ
Siyaset
Oxunub: 341
6 avq 2021 | 19:19
Zəngəzur dəhlizi açılsa... diversantların əfvi tezləşə bilərmi - GƏLİŞMƏ


Azərbaycan dövləti işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsini prioritet elan edib. Bu da təbiidir. Çünki hər işin başında təhlükəsizlik amili gəlir. “Yeni Müsavat” bildirir ki, torpaqlarımıza böyük qayıdış, geniş tikinti-quruculuq və bərpa işləri bunsuz tam həcmdə mümkün ola bilməz.

Bəs hazırda təmizləmə prosesi nə yerdədir? Böyük Zəfərin birinci ildönümünə kimi (8 noyabr) ərazilərimizin neçə faizi minalardan təmizlənmiş sayılacaq? Faktiki olaraq, Ermənistan mina xəritələrini verməyi dayandırıb. Yəqin ki, bunu rəsmi Bakının hansısa yeni güzəşti qarşılığında edəcək. Əslində İrəvanın imzaladığı beynəlxalq konvensiyalara görə bu, cinayət sayılır. Çünki xəritələri qeyd-şərtsiz, həm də çoxdan təqdim eləməli idi. Amma buna qədər verilən mina xəritələri Azərbaycanda mühakimə olunan diversantların Ermənistana qaytarılması müqabilində baş tutub. Bəs Bakı xəritələrin hamısını ala biləcəkmi? Bu yöndə ekspertlərin gözləntiləri nədən ibarətdir?

Əlavə edək ki, Bakıda erməni diversantların məhkəməsi də artıq bitib. Onlara müxtəlif cəzalar kəsilib. Müvafiq müraciətlər olarsa, formal olaraq Azərbaycan Prezidentinin onları əfv eləmək hüququ da var. Həmçinin mina xəritələri ilə bağlı və ya Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakının İrəvana növbəti böyük humanist addımı istisna deyil. Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı qeyd edib ki, əgər Ermənistan bu kommunikasiyanı açmasa, onları buna məcbur edəcəyik. Zəngəzur dəhlizi Naxçıvanın təcridinə son qoyacaq, Ermənistanı quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan ərazisi vasitəsilə birləşdirə biləcək.

Seçkiyə qədər Paşinyan proseslərdə loyal mövqeyi ilə seçilirdi. Hətta Azərbaycanla danışıqlara hazır olduğunu və sülhün alternativi olmadığını vurğulamışdı. Amma Qərbdən gələn stimul İrəvana yanlış impuls verməkdədir. Ona görə qeyri-konstruktiv, pozuculuq mövqeyini davam etdirməkdədirlər. Bəs azərbaycanlı əsirlərə işgəncə verdikləri üçün 20 il həbs alan ermənilər necə, onlar da qaytarıla bilərmi?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan mina xəritələrinin verilməsini siyasi alver prosesinə çevirib. Onun fikrincə, onsuz da işğaldan azad edilən ərazilər minalardan təmizlənir, amma bu, uzun zaman alır deyə, Bakı razılaşmaya getməli oldu.

“İki dəfə 15-15 erməni diversantı qaytarmaqla üç rayonun mina xəritələrinin alınmasına nail olduq. Lakin Ermənistan və ona havadarlıq edən Rusiya ilə Fransa xəritələrin verilməsində İrəvana heç nə demirlər. Əksinə, Ermənistana ruh verərək revanşist addımlar atmağa təhrik edirlər. Sərhəddə baş verənlər də onu deməyə əsas verir ki, gedişat xoşagəlməz istiqamətə yönəlib. Ermənilər gərginliyin olmasında maraqlıdır. Ona görə xəritələrin verilməsi hələlik gözlənilmir”, - deyə AMİP sədri vurğuladı.

Onun fikrincə, Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı görünmür, Qərbdən aldığı dəstək onu həvəsləndirir: “Yalnız dəmiryol xəttinin getməsinə razılıq veriblər. Bu halda Ermənistanın Rusiya və İranla yolları açılır, Azərbaycanın isə Naxçıvanla quru yolu açılmır. Bakı heç vaxt buna getməyəcək. Ona görə İrəvanın borcudur ki, dəhliz açılsın. Bu dəhliz heç bir halda alver predmeti ola bilməz, çünki üçtərəfli razılaşmaya Ermənistan qol çəkib. Sadəcə, bizdə olan erməni cinayətkarların qaytarılması ilə mina xəritələrinin verilməsi razılaşdırıla bilər ki, hazırda bu da görünmür”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin sözlərinə görə, ermənilər mina xəritələrini verməkdən imtina edir: “Azərbaycan əsgəri irəlilədikcə, burada təhlükəsizlik zolağı yaratmaq istiqamətində addımlar atdıqca, diversantlar mühakimə edildikcə xəritələri quzu kimi verəcəklər. Sadəcə, bir az səbirli olsaq, özləri təklif edəcəklər ki, gəlin xəritələri verək. Digər tərəfdən, Qərbdə olan dəstəkçiləri erməniləri qızışdırır, həvəsləndirirlər. Amma Ermənistan bu razılaşmalara getməli olacaq”.

Polkovnik Şair Ramaldanov isə bizim.media-ya deyib ki, mina sahələrinin təmizlənməsi çox böyük diqqət və professionallıq tələb edir: “Onsuz da indiyə qədər minalar Ermənilərin təqdim etdikləri xəritələr əsasında təmizlənmirdi. Minaların sahələrdən təmizlənməsi üçün xüsusi təlimlər və yanaşmalar var. Bilirsiniz ki, təqdim olunan xəritələrə tam şəkildə inanmaq olmaz, əvvəl onlar diqqətli şəkildə yoxlanılmalıdır”.

Qeyd edək ki, iyulun 27-də partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Nəsirov Bəhruz Tapdıq oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ümumiyyətlə, son zamanlar bəzi ərazilərin mina xəritələri Azərbaycana təqdim olunsa da bu cür hallar yaşanmağa davam edir.
“Yeni Müsavat”
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...