"Paşinyan rusyönümlü qüvvələrin öz kabinetində olmasının tərəfdarı deyil" - GƏLİŞMƏ
Siyaset
Oxunub: 297
5 avq 2021 | 20:16
"Paşinyan rusyönümlü qüvvələrin öz kabinetində olmasının tərəfdarı deyil" - GƏLİŞMƏ


Növbədənkənar seçkilərdə yüksək səslə qalib gələn və parlamentdə böyük üstünlüyə sahib olan Paşinyan yeni hökuməti formalaşdırmağa başlayıb. Ermənistan Konstitusiyasına görə, yeni seçilmiş parlament öz işinə başladıqdan sonra ölkə prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi dərhal baş nazir təyin etməliydi. Kabinet isə baş nazir təyin edildiyi müddətdən sonra 15 gün ərzində formalaşmalıdır. Bundan sonra isə hökumət başçısı 20 gün ərzində Nazirlər Kabinetinin proqramını qanunverici orqana təqdim etməlidir. Siyasi şərhçilərə görə, Nikol Paşinyanın baş nazir postuna təsdiq olunmadan öncə Moskvaya səfər etməsi və prezident Vladimir Putinlə görüşməsi yeni kabinetdə rusyönümlülərin də olacağı ehtimalını artırır.

İddialarla bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov vurğulayıb ki, Paşinyan rusyönümlü qüvvələrin öz kabinetində olmasının tərəfdarı deyil. Amma məcburən Rusiyanın istəklərini yerinə yetirməli olacaq. Analitikə görə, baş nazir ən azından öz hakimiyyətini möhkəmləndirənə kimi ruslarla xoş davranmaq məcburiyyətində qalacaq:

“Ehtimallar var ki, Rusiya Paşinyandan üç əsas strukturda öz adamlarının təmsil olunmağını istəyəcək. Bunlar daxili işlər, müdafiə və milli təhlükəsizlik nazirlikləridir. Rusiya sözügedən qurumlarda özünə sadiq adamları yerləşdirməklə Ermənistandakı prosesləri idarə etməyə çalışacaq. Burada digər önəmli məsələ Ermənistan və Azərbaycan arasında mövcud olan Qarabağ problemidir. Bu mövzuda Paşinyanın Rusiyadan fərqli mövqe sərgilədiyi görünür. Fikrimcə, Paşinyan post-müharibə dövründə ölkəsinin blokadasını aradan qaldırmaq üçün bəzi addımlar atmağa çalışacaq. Lakin Rusiyanın buna nə dərəcədə icazə verəcəyi sual altındadır. 10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrin icrasında yubanmaların aradan qaldırılması əsas məsələlərdəndir. Azərbaycandan fərqli olaraq Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir. Rusiya da bu məsələdə Ermənistana təzyiq etmək niyyətində görünmür”.

S.Hümbətov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasının ləngiməsi, kommunikasiyaların açılmaması, erməni silahlı terrorçularının rus “sülhməramlıları”nın nəzarət etdiyi bölgədən çıxarılmaması Moskvanın proseslərə qərəzli yanaşdığının isbatıdır:

“Həmçinin, erməni terrorçularının rus sülhməramlılarının yerləşdiyi ərazilərdən və Ermənistan-Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərindən Azərbaycan silahlı qüvvələrini mütəmadi şəkildə atəşə tutması, mina xəritələrinin tam şəkildə Azərbaycana verilməməsi ciddi problemlərin hələ də mövcudluğundan xəbər verir. Son günlər Rusiya mediasında və siyasi elitasında Azərbaycana qarşı çirkin ifadələrin yer alması, Ermənistan-Azərbaycan sərhədində baş verənlərin fərqli yozulması rəsmi Bakıya qarşı çirkin niyyətlərin olduğunu göstərir. Nikol Paşinyanın Rusiyanın orbitindən çıxmaq üçün bütün gücü ilə çalışacağını düşünsək, regionda yeni dəyişikliyin qaçılmaz olacağını demək mümkündür”.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?