Ermənistandan və özlərindən savayı heç kimə gərək olmayan həmsədrlərdən təhlükəli vasitəçilik təklifi... - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 347
2 avq 2021 | 20:23
Ermənistandan və özlərindən savayı heç kimə gərək olmayan həmsədrlərdən təhlükəli vasitəçilik təklifi... - NƏ BAŞ VERİR?


ATƏT-in üzdəniraq Minsk Qrupu (MQ) həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıblar. Bununla da növbəti dəfə öz varlıqlarını göstərməyə uğursuz cəhd ediblər. Niyə uğursuz? Bu barədə az aşağıda.

Öncə bəyanatın məzmununa diqqət edək. Orada deyilir ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində yaşanan son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Onlar “Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal de-eskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə” çağırıblar.

Ardınca deyilir: “Həmsədrlər konfliktin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər”.

*****

Maraqlıdır ki, MQ həmsədrlərin budəfəki bəyanatında “Dağlıq Qarabağ konflikti”, “3 baza prinsipi” kimi çeynənmiş ifadələri yer almayıb. Halbuki 13 aprel birgə bəyanatında bunlar da var idi. Hərçənd, yenə Azərbaycan və Ermənistanı “mümkün qədər tez Minsk Qrupunu himayəsi altında danışıqlara qayıtmağa” səsləyiblər.

Suallar da elə burdan başlayır. Əvvəla, ötən sayımızda vurğuladığımız kimi, MQ yalnız Dağlıq Qarabağ ixtilafını dinc yolla nizamlamaq üçün yaradılmışdı. Hazırda isə bu adda konflikt mövcud deyil. Konflikt indi Azərbaycan Ermənistan arasında sərhəddə yaşanır. Bu isə MQ-nin səlahiyyətləri xaricində olan məsələdir. Belə çıxır ki, Ermənistandan, özlərindən başqa heç kimə lazım olmayan bu qurum zor-xoş reanimasiya olunmaq, siyasi gündəmdə qalmaq istəyir.

MQ “üçlüsünün” Azərbaycan və Ermənistan arasında sərhəd münaqişəsinin həllinə hansısa töhfə verəcəyini düşünmək isə sadəlövhlük olardı. Bunu ən birinci ondan görmək olar ki, həmsədrlərin nəinki 44 günlük savaşdan öncəki birgə bəyanatlarında, hətta Azərbaycan problemi güc yolu ilə təkbaşına həll edəndən sonra qəbul elədikləri bəyanatlarda Ermənistan bircə dəfə də olsun Azərbaycanın ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımağa çağırılmayıb. Bakı isə buna çoxdan hazırdır.

Bütün ziddiyyətlərin kökündə də elə budur - İrəvanın ölkəmizə qarşı davam edən ərazi iddiası və “Minsk üçlüsü”nün bu həyasız iddianı heç vaxt pisləməməsi. Bu da mənfur qonşular “miatsum” ideyasına əsaslanan kursu davam etdirmək üçün stimul qazanırlar. Ermənistanın MQ-dən bərk-bərk yapışmasının səbəbi burdadır. İrəvanda yaxşı bilirlər ki, ABŞ, Fransa və Rusiya heç vaxt bu marionet dövlətə “Azərbaycana, qonşu ölkələrə qarşı ərazi iddiasından əl çək!” deməyəcəklər. Necə ki, 27 ildə bunu söyləmədilər. Eyni səbəbdən BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin adlarını 27 ildə bircə dəfə dilə gətirmədilər. Halbuki hər üç həmsədr dövlət - ABŞ, Fransa və Rusiya həmin sənədlərə səs verib.

Beləcə, Minsk Qrupunun Azərbaycan xalqına pisliyi davam edir. Bu, əslində “Sülh qatarı”nın yoluna ermənilərin əli ilə “şpal” yığmaqdır. Halbuki şpallar dəmiryolu relsinin üstünə yox, altına lazımdır. İndi bu qurum Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrin həllində necə ədalətli vasitəçilik edə bilər? Hərgah təkrar edirik, MQ-nin görəvi Dağlıq Qarabağ probleminin nizamlamaqdan ibarət idi. Onu da bacarmadı, çünki obyektivliyini saxlaya bilmədi, işğalçı Ermənistan tərəfə yıxıldı. Amma olan oldu, keçən keçdi. Daha Dağlıq Qarabağ problemi yoxdur. Demək, MQ də yoxdur.

İkinci yandan, məgər həmsədr ölkələr Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiasının onun konstitusiyasında əksini tapdığını bilmirlər? Bilirlər. O halda hansı haqla tərəfləri üstəlik, “heç bir şərt qoymadan danışıqlara başlamağa” çağırırlar? Ermənistan öncə öz konstitusiyasını beynəlxalq hüquq normaları çərçivəsinə salsın, terror dövləti deyil, müasir dövlət olduğunu sübut eləsin, görək edə bilirmi?

*****

“Müasir Ermənistan respublikasının yaranma səbəbi ”miatsum" ideyasını, yəni Qafqazın bütün ermənilərinin vahid bir dövlətdə birləşməsi fikrini həyata keçirmək olub. Əgər bu ölkənin konstitusiyasına baxsaq, görərik ki, Ermənistanın mövcudluğunun məqsədlərindən biri dövlət suverenliyi haqqında Bəyannaməni həyata keçirməkdir. 1990-cı ildə qəbul olunmuş həmin bəyannamədə deyilir ki, əsas məqsəd Ermənistan SSR-nin Dağlıq Qarabağla birləşməsidir. Beləliklə, aydın olur ki, “miatsum” ideyası müasir Ermənistan dövlətinin hüquqi ideologiyasıdır".

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert, tanınmış tarixçi Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, bu ideologiyadan imtina konstitusiyanı dəyişmək, Ermənistanın müstəqilliyi haqqında Bəyannaməni ləğv etmək zərurətinə səbəb olacaq və ümumiyyətlə, hazırda mövcud olduğu siyasi-hüquqi sənədlərdə Ermənistanın mövcudluğunun mənasını sual altına qoyacaq.

“Ona görə də anlamaq lazımdır ki, Ermənistan Qarabağı işğal etmək üçün istənilən imkandan yapışacaq. Bu günlərdə Kəlbəcərdə baş verənlər əslində bu dövlətin mövcud olduğu siyasi-hüquqi cəhdlərin əsaslı nəticəsidir. Başa düşməliyik ki, ermənilər ”miatsum" ideyasından imtina etməyəcəklər. Ən azı o vaxta qədər ki, bu ölkənin konstitusiya sənədləri dəyişdiriləcək. Bu gün Ermənistanda tam konstitusiya islahatından və dövlət mülkiyyətinin əsasında duran bütün sənədlərin yenidən yazılmasından danışmaq lazımdır. Müasir erməni qanunvericiliyi baxımından “miatsum” ideyasından imtina anti-konstitusion sayılır və deməli, bu bir cinayət aktı kimi görünür. Demək ki, hər hansı bir erməni siyasətçinin bu gün durub “Ermənistan və Qarabağ bir deyil”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deməsi elə onun siyasi intiharı hesab olunacaq", - deyə analitik əlavə edib.

Ancaq Azərbaycanın diktəsi və iradəsi altında gec-tez bunu deməli olacaqlar. Əks halda, Ermənistan formal dövlətçiliyini də itirməli olacaq, erməni əhali isə bölgədən qaçıb gedəcək...
“Yeni Müsavat”
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...