Prezidentin son tvitlərindən çıxan nəticə - TƏHLİL
Siyaset
Oxunub: 294
29 iy 2021 | 18:20
Prezidentin son tvitlərindən çıxan nəticə - TƏHLİL


Prezident İlham Əliyevin rəsmi twitter hesabındakı son açıqlamalarda dövlət başçımızın bu yaxınlarda AzTv-ə verdiyi geniş müsahibədə səsləndirdiyi fikirlər yer alıb. Birinci açıqlamada Avropa İttifaqı ilə Azərbaycan arasında yaxın vaxtlarda Sazişin imzalacağından xəbər verilir:
“Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.

Bu tvitdən təxminən bir saat sonra növbəti paylaşımda Azərbaycanla Ermənistan arasında mümkün sülh razılaşmasından söhbət açılır və ölkəmizin danışıqlara hazır olduğu bildirilir: “ Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir . Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq”.

Bu fikirlərin ard-arda yayımlanması heç də təsadüfi olmaya bilər və Ermənistana yönəlmiş ciddi mesaj xarakteri daşıyır. Söhbət ondan gedir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanması həm də Ermənistanla sülhün əldə olunmasından asılıdır. Çünki, böyük ehtimalla, Aİ ilə saziş əsasən şərqdən qərbə uzanacaq nəqliyyat dəhlizi və malların daşınması şərtlərini də əhatə edəcək. Bu dəhlizin Azərbaycandan qərbə doğru gedən hissəsinin iki qanada bölünərək, birinin Gürcüstandan, digərinin isə Zəngəzurdan uzanacağını ehtimal etmək olar.

Aİ üçün hər iki qanadın parelel fəaliyyəti əhəmiyyətlidir çünki, Gürcüstan dəhlizi sonradan Qara Dənizə açılacaqsa, Zəngəzur dəhlizi quru yolla Türkiyə vasitəsilə malların Avropaya daşınmasını təmin edəcək. Avropanın nəqliyyat dəhlizlərinin işə düşməsində maraqlı olmasını prezident müsahibəsində də açıq şəkildə dilə gətirdi: “Son vaxtlar Avropa İttifaqı nəqliyyat sektoruna böyük önəm verir. Misal üçün, cənab Donald Tuskun iki il əvvəl Azərbaycana qısamüddətli səfəri olmuşdu. Buna baxmayaraq, Ələt Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkdi. Vəziyyətlə tanış oldu, ona təqdimat edildi. Bu, nəyi göstərir? Marağı göstərir” – deyən İlham Əliyev daha sonra Aİ-nin hazırkı prezidenti Şarl Mişel və genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Azərbaycana səfəri barədə fikirlərini diqqətə çatdırıb: “Şamaxıda ona (Şarl Mişelə) Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının gələcək fəaliyyəti və turizm imkanları ilə bağlı təqdimat edildi. Yəni nəqliyyat sektoru Avropada çox böyük maraq doğurur. Bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Komissiyasının Genişlənmə üzrə Komissarı cənab Varhelyi də Ələt Dəniz Ticarət Limanına baş çəkdi. Avropa İttifaqı Azərbaycanı artıq önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır və bizim potensialımıza da arxalana bilir”.

Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, prezident Aİ ilə imzalanacaq sazişin 90 faizinin razılaşdırıldığını deməklə Azərbaycanın iradəsinə bağlı məsələləri nəzərdə tutur, yerdə qalan 10 faizin isə Zəngəzur dəhlizinin işə düşməsindən asılı olacağını ehtimal etmək olar. Aİ-nın bu sazişin imzalanmasında maraqlı olması isə, Ermənistanın Azərbaycanla sülh danışıqlarına başlamasına təsir göstərəcəyi anlamına gəlir. Ermənistanın faktiki olaraq Azərbaycanın irəli sürdüyü gündəlikdən çıxması mümkünsüzdür və məhz bu səbəbdən İlham Əliyev əminliklə “Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir” ifadəsini səsləndirir.

Ermənistana tək Avropa vasitəsilə deyil, eyni zamanda, Rusiyanın əlilə də güclü təzyiq göstərilir. Yerevanın ənənəvi olaraq Rusiya ilə Qərb arasında manevrlər edərək, konstruktiv platformadan qaçdığını bilən İlham Əliyev elə bir kombinasiya hazırlayıb ki, bir-birinə zidd tərəflərdə dayanan güc mərkəzlərinin hər ikisi Azərbaycanın maraqlarına cavab verən mövqedən çıxış edirlər. Bu vəziyyət İrəvanı ümumiyyətlə, manevr imkanlarından məhrum edir.

Prezidentin açıqlamalarından məlum olur ki, Azərbaycanla Rusiyanın əməkdaşlığına dair 7 müxtəlif sahəni əhatə edəcək yol xəritəsi hazırlanır və Moskva Şimal-Cənub nəqliyyat dəhlizilə yanaşı, Zəngəzur dəhlizinin də fəaliyyətində maraqlıdır.

“ Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən, Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır ”- prezident vurğulayıb.

Tofiq Vahid
Azvision.az
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"