Cəhənnəmdəki status: Bir əsrin yanlışı olan “Dağlıq Qarabağ” ifadəsi artıq yoxdur - “Biz onların könlünü xoş edib, nazları ilə oynamalı deyilik”
Siyaset
Oxunub: 396
24 iy 2021 | 16:19
Cəhənnəmdəki status: Bir əsrin yanlışı olan “Dağlıq Qarabağ” ifadəsi artıq yoxdur - “Biz onların könlünü xoş edib, nazları ilə oynamalı deyilik”


Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın statusu məsələsinin üzərindən bir daha xətt çəkdi. Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində statusla bağlı suala cavabında bildirdi ki, Avropa İttifaqının Prezidenti Şarl Mişelin Bakıda səfərdə olarkən “status”, “Dağlıq Qarabağ” sözlərini işlətməməsi, çox müdrik bir addım idi: “Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”.

Qeyd edək ki, Ş.Mişel İrəvanda olarkən “Dağlıq Qarabağın statusu” ifadəsini işlətsə də, Bakıda bu sözlərdən istifadə etmədi. Bu, təbii ki, rəsmi İrəvanda və erməni cəmiyyətində məyusluq yaratdı.

Prezident müsahibədində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixinə ekskurs edərək bildirdi ki, vilayət 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı: “Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi”.

“Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin.

Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq, yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz. Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur! Ermənilər orada daha əvvəl yaşamağa başlayıblar, nəinki bizim ərazimizdə”, - deyə Azərbaycanın Ali Baş Komandanı vurğulayıb.

İ.Əliyev olu da xatırladıb ki, bizim ərazimizə onlar 1828-ci ildən - 12-ci, 28-ci ildən sonra köçürülməyə başlayıblar: “Onların orada yaşamaları üçün tarixi əsasları yoxdur. Biz indi, sadəcə olaraq, humanizm göstəririk, deyirik ki, etiraz eləmirik, deyirik ki, onlar bizim vətəndaşlarımızdır. Əgər o xunta başçıları o xalqa imkan versə, əminəm ki, onlar böyük məmnuniyyətlə Azərbaycan vətəndaşları kimi də yaşayacaqlar, çalışacaqlar, gələcəklər, gedəcəklər, o cümlədən iş dalınca gələcəklər, Ağdama da gələcəklər, Füzuliyə də, hələ bizdən xahiş edəcəklər. Ona görə status məsələsi, bax, bu qiymətə layiq olmalıdır. Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox”.

Analitiklər hesab edirlər ki, ölkə başçısı statusla bağlı yenidən mövqeyini bildirməklə məsələnin bitdiyini söyləmiş oldu. Eyni zamanda, müəyyən dairələrə də mesaj verildi.

Milli Məclisin deputatı Asim Mollazadə AYNA-ya deyib ki, Prezident Qarabağın statusu məsələsi ilə bağlı yenə, həm də ətraflı şəkildə fikrini bildirdi: “Cənab İlham Əliyev Qarabağın statusunun cəhənnəmə getdiyini xatırlatdı. Status məsələsini yenidən gündəmə gətirilmə cəhdləri müşahidə edilirdi ki, Prezident bir daha bunun olmayacağını dedi. Ölkə başçısının da bildirdiyi kimi, Azərbaycanda artıq Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Hesab edirəm ki, Ermənistan ağlını başına yığmalı, reallıqla barışmalı, xam xəyallardan uzaqlaşmalıdır”.

“Orada yaşayan 25 minə yaxın ermənilər isə Azərbaycanın vətəndaşlığını qəbul etməlidirlər. Ölkəmizdə sivil, normal münasibətlər çərçivəsində yaşayan bütün xalqların nümayəndələri kimi ermənilər yaşamalıdırlar. Qarabağ erməniləri xalqlarının separatçı kəslərinə “yox” deməlidirlər, təbii ki, sülh şəraitində yaşamaq istəyirlərsə. Prezidentin də dediyi kimi, 25 min erməniyə nə status. Yenə də deyirəm, Ermənistan “status” sözünü unutmalıdırlar”, - deputat əlavə edib.

Politoloq Tofiq Abbasov isə AYNA-ya söyləyib ki, artıq gündəmdən çıxmış Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək istəyən qüvvələr yenidən peyda olmuşdu: “Hətta bu barədə müzakirələr təşkil etmək arzusunda olanlar vardı. Amma bu, alınan deyil. Azərbaycan Prezidentinin də dediyi kimi, artıq status məsələsi yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, vəssalam. Bundan sonra çalışmalıyıq ki, işğaldan azad edilən ərazilərimizdə Azərbaycanın qanunları bərpa olunsun. Bizim üçün maraqlı deyil ki, ABŞ-ın, Fransanın, Rusiyanın daxilində olan bəzi ermənipərəst qüvvələr nə deyirlər. Bu gün Fransada da, Rusiyada da müəyyən qüvvələr var ki, ermənilərin maraqlarının müdafiəçisi rolundadırlar. Amma bu niyyətlərinə çata bilməyəcəklər. Ölkə başçısı bir daha çıxışında statusun yerini göstərdiyini açıq şəkildə söylədi. Yəni ki, status gorbagor oldu, cəhənnəmdədir”.

“Qarabağ erməniləri isə vətəndaşlığımızı qəbul edib normal yaşamalıdırlar. Status yoxdur, bunu unutsunlar. Razı olacaqlar, yaşayacaqlar. Biz onların könlünü xoş edib, nazları ilə oynamalı deyilik. 30 ilə yaxındır ki, Azərbaycan onlara təkliflər verirdi. Deyilirdi ki, status məsələsi həllini tapa bilər, gəlin danışaq, barışaq, normal yaşayaq. Bu təkliflərin hamısını geri çevirdilər. Artıq o mərhələ arxada qaldı. İndi Azərbaycanın vətəndaşı olaraq yaşamaq istəməsələn, o, bizim problemimiz deyil. Biz öz məsələmizi həll etdik, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağ erməniləri istəyirlər, gəlsinlər, yaşasınlar. Ən ali səviyyədə, yəni, Prezident səviyyəsində onlara təminat verilib ki, vətəndaşımız olaraq hər kəsə necə, vətəndaşımız olan ermənilərə də elə münasibət sərgilənəcək. Status – bu, Prezidentin də dediyi kimi, olmayacaq”, politoloq fikrini tamamlayıb.
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan