Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur
Siyaset
Oxunub: 320
23 iy 2021 | 14:05
Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur


Avropa İttifaqı Ermənistanın reallaşdırmaq istədiyi Şimal-Cənub dəhlizinin tikintisinə böyük maliyyə vəsaiti ayırsa da, bu dəhlizin tikintisi qeyri-müəyyən olaraq qalmaqdadır. Və Ermənistanın belə bir layihəni reallaşdırmaq üçünsə nə iqtisadi, nə maddi, nə texniki potensialı, nə də belə bir təcrübəsi var.

“Bununla bağlı “news.am” portalında “Власти Армении не способны завершить строительство дороги Север-Юг” (Ermənistan hakimiyyəti Şimal-Cənub yolununun tikintisini başa çatdırmaq qabliyyətində deyil) xüsusi analitik yazı dərc olunub.

Yazıda qeyd olunur ki, Ermənistan Şimal-Cənub yolunun tikintisi üçün xarici ölkələrədən milyonlarla dollar kredit alsa da, yolun tikintisinin başa çatdırılması sual altındadır.

Avropa İttifaqı Ermənistana 6 istiqamət üzrə və bu istiqamətin biri də Sisian-Aqarak yolunun tikintisi olmaqla 2,6 mlrd Avro həcmində maliyyə yardımı ayırmağı bəyan edib. Aİ bu yolun tikintisinə 600 mln Avro vəsait ayrımağı planlaşdırır ki, bu da ölkənin iqtisadiyyatına və infrastrukturuna ciddi təsir edə bilər.

Məqalədə qeyd olunur ki, 2012-ci ildə 556 km-li Şimal-Cənub yolunun tikintisi 962 mln dollar dəyərləndirilib. Həmin vəsaitin 500 mln dollarını Asiya Bankı, 115 mln dollar Ermənistan, 72 mln avro Avropa İnvestisiya Bankı, 100 mln avro isə Avropa İnkişaf bankı tərəfindən ayrılmalı idi.

2017-ci ildə isə Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan Martirosyan açıqlamasında bəyan edib ki, yolun tikintisini başa çatdırmaq üçün 2 mlrd dollar vəsait lazım olacaq. Məhz bu açıqlamadan sonra yolun iqtisadi məqsəduyğunluluğunu şübhə altına aldı.

İran-Ermənistan arasında dəmiryol tikintisi üçünsə müxtəlif rəqəmlər 2,5-3 mlrd dollar səsləndirilir. Ancaq bütün bunlara baxmayaraq, Şimal-Cənub dəhlizi nə Gürcüstan, nə də İran tərəfi ilə razılaşdırılmayıb. Bütün bu və digər məsələlər, xüsusən də Ermənistanın dövlət borcunun artdığı bir məqamda öz vəsaiti hesabına belə bir layihəni reallaşdırma ehtimalı çox azdır. Hətta Aİ-nin ayıracağı 600 mln avro vəsait problemi qismən həll edə bilər, lakin erməni tərəfinin bu cür genişmiqyaslı tikinti layihələrini həyata keçirməsi olduqca şübhəlidir. Digər tərəfdən isə Ermənistan belə layihələri həyata keçirə biləcək tikinti şirkətləri mövcud deyil. Ermənistan hökuməti öz növbəsində bütün işləri vaxtında yerinə yetirmək üçün kifayət qədər bacarıq və təcrübəyə malik deyil.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...