“İlham Əliyev Putini də Şuşaya dəvət edəcək” - GƏLİŞMƏ
Siyaset
Oxunub: 333
24 in 2021 | 16:34
“İlham Əliyev Putini də Şuşaya dəvət edəcək” - GƏLİŞMƏ


Dünən Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub. Söhbət zamanı XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmlə bağlı müzakirə aparıblar. Nazirlər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusilə Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar.

“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Siyasi analitik Turab Rzayev sözügedən telefon danışığının fonunda baş verən proseslər barədə “Sherg.az”ın suallarını cavablandırdı:

- Sizcə, tərəflər arasında hansı məsələlər müzakirə olunub?

- Məlumdur ki, Ermənistanda yenidən hakimiyyətə gələn Nikol Paşinyan Qərbə meyil göstərəcək. Bununla bağlı olaraq Rusiya Azərbaycanla münasibətlərin korlanmasını istəmir. İkinci bir tərəfdən, Qaragöl ətrafında sərhədlərin müəyyənləşməsi və Xankəndidəki etirazlar da gündəmdə olub. Eyni zamanda, fikrimcə, nəqliyyat dəhlizlərinin açılması və Ərdoğanın təklif etdiyi “Altılıq platforması”nın formalaşması barədə də fikir mübadiləsi aparılıb. Hər halda sürprizlər gözlənilir.

- Nə kimi sürprizlər?

- Əmin deyiləm, amma, düşünürəm ki, İlham Əliyev Putini də Şuşaya dəvət edəcək. Beləliklə, həm Şuşanın legitimliyi tam təmin olunacaq, həm də bizim bölgədə sabitlik, əməkdaşlıq istədiyimiz təsdiqlənəcək.

- Necə düşünürsünüz, Kreml rəhbərliyi Pşinyanı devirməyə çalışacaq? Axı Moskva Köçəryanın hakimiyyətə gəlməsini istəyirdi...

- Məncə, Paşinyanın iqtidarını bərpa etməsi Moskvanın razılığı ilə olub. Rusiya bütün resurslarını işə salsaydı, nəticə fərqli olardı.

- Bəs niyə bunu etmədi?

- Çünki Paşinyan bir nəçə dəfə Rusiya əleyhinə naqolay ifadələr işlədib. Odur ki, Moskva İrəvanla üz-üzə gəlmək, necə deyərlər, “bütün körpüləri yandırmaq” istəmir. Düzdür, Ermənistan yenə də Qərbə meyil göstərəcək. Ancaq Rusiya Ermənistan iqtisadiyyatına o qədər nüfuz edib ki, İrəvan istəsə də-istəməsə də Kremlin maraqlarına cavab verməli olacaq. Təsəvvür edin, İrəvandan Gümrüyə gedən qatarın üstündə “Rusiya cənubi dəmir yolu xətti” sözləri yazılıb. Belə olan halda Paşinyan Rusiyadan nə qədər uzaq gedə bilər? Moskva həm Köçəryanı, həm də Paşinyanı dəstəkləyir. Həmçinin Ermənistan iqtidarı da ikili oynayır- Qərbə meyil göstərməyinə rəğmən, Moskvanın maraqlarına cavab verməli olduğunu yaxşı anlayır.

- Putinin Şuşaya gələcəyini dediniz. Tərəflər arasında hansı müqavilələr imzalanacaq?

- Bunun əhəmiyyəti yoxdur. Əsas məsələ səfərin özündədir. Belə ki, xarici ölkə başçısının Şuşaya səfəri nəticəsində bayaq da dediyim kimi, oradakı legitimliyimiz tam təmin olunacaq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu