Azərbaycan-Ermənistan barışığı uzaqda deyil - Bakının İrəvana verdiyi vaxt bitir
Siyaset
Oxunub: 267
24 in 2021 | 18:50
Azərbaycan-Ermənistan barışığı uzaqda deyil - Bakının İrəvana verdiyi vaxt bitir


Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının 20 iyun seçkilərindəki qələbəsi həm də referendum sayılmalıdır. Çünki səsvermənin nəticələri 44 günlük müharibədən sonra cəmiyyətdəki ovqatı, trendi kifayət qədər dəqiq göstərdi. Bəlli oldu ki, radikal-revanşist qüvvələrin təbliğatının əksinə olaraq, erməni xalqı daha müharibə istəmir, əksinə, Azərbaycan və Türkiyə ilə barışığın tərəfdarıdır, ona görə ki, düşdüyü ağır sosial-iqtisadi böhrandan yalnız bu yolla qurtulacağının fərqindədir.

Bu xüsusda maraqlıdır ki, hakim partiyanın ən yüksək səs topladığı bölgələrdən biri məhz Sünik (Zəngəzur) vilayətidir - 54 faiz. Naxçıvanı Azərbaycanın yerdə qalan ərazisi ilə birləşdirəcək dəmir və avtomobil yollarının keçəcəyi ərazi. Bu da yenə, anlama gəlir ki, ermənilərin əksəriyyəti Azərbaycanla əlaqələrin qurulmasının əleyhinə deyil.

İki ölkə arasında münasibətlərin normala düşməsinin əsas şərti isə bəlli - Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıması və Qarabağ konfliktinin artıq tarixə gömüldüyünü rəsmi İrəvanın da qəbul eləməsi, nəinki bu mövzuda spekulyasiyalara davam eləməsi. 2021-ci il seçkilərində Paşinyana verilən mandatın 2018-ci il seçkilərindəki mandatdan əsas fərqi də elə budur...

*****

“Qarabağ məsələsində Paşinyan əsl tələyə düşüb. Onun ”Qarabağ Ermənistandır" bəyanatının və Şuşadakı rəqsinin Azərbaycanın hücumu üçün təkan olduğunu nəzərə alanda Paşinyan hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə səfərlərdən qaçmalı olacaq. Bununla belə, Paşinyana regionun “qeyri-müəyyən statusundan” danışmaq sərfəlidir ki, erməni cəmiyyətindən həmin ərazilərin də tezliklə Bakının nəzarəti altına keçəcəyi haqda fikirləri uzaqlaşdırsın".

Bu barədə Kornegi Moskva Mərkəzinin hazırladığı təhlildə deyilir (Virtualaz.org).

Məqalədə həmçinin bildirilir ki, Paşinyan Ermənistan, Rusiya təbliğatçılarının qorxutduqları kimi, Qərbə meyl etməyəcək. “O, öz səhvləri və sınaq metodları ilə bunu öyrəndi ki, daha Moskvanı əsəbləşdirmək lazım deyil. Amma Paşinyan ikiqat səylə Qərb meydançalarında bu fikri yeritməyə çalışacaq ki, Qarabağın qalan hissəsində ermənilərin nəzarətini saxlamaq lazımdır. Bu məsələdə Paşinyana Fransa kömək edə bilər”, - materialda qeyd edilir.

“Nikol Paşinyan böyük ehtimalla sentyabrda Azərbaycanla razılaşma imzalayacaq və bununla da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”.

Bu məlumatı isə “Qraparak” qəzeti yayıb.

*****

“Ermənistandakı parlament seçkilərinin əsas yekunu baş nazir əvəzi Nikol Paşinyanın hakimiyyəti öz əlində saxlamasıdır”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı siyasi şərhçi Maksim Yusinin “Kommersant” qəzetindəki məqaləsində deyilir.

Müəllif yazır: “Paşinyan və onun ”Vətəndaş Müqaviləsi" partiyasının parlaq qələbəsi ilə başa çatan seçkilərin nəticələri Moskvada çoxlarını təəccübləndirdi. Axı bu insanlar sabiq prezident Robert Köçəryanın tərəfdarları üçün uğurlu olacağı proqnozlaşdırılan yalançı reytinqlər və yalançı sorğulara köklənmişdilər. İndi bu sorğuların gerçək önəmi aydındır. Əslində isə bu, seçki təbliğat kampaniyasının tərkib hissəsi idi. PR mütəxəssisləri isə sosioloq adı altında işləyərək həqiqi mənzərəni tanınmaz dərəcədə təhrif etməyə çalışırdılar. Ancaq paradoks budur ki, Ermənistanın içərisindən vəziyyət fərqli görünür: Köçəryan və ümumən Paşinyandan əvvəl ölkəni idarə etmiş Qarabağ klanının digər nümayəndələri seçkilərdə xalqdan Paşinyanla müqayisədə daha sərt rədd cavabı aldılar".

Analitik yazır ki, Qarabağ klanının təmsilçiləri korrupsiyada, diktatura qaydalarının tətbiqində günahlandırılır, cəmiyyət isə bunlardan yorulub.

“Erməni müxalifətinin problemi ondadır ki, Paşinyanla mübarizə apararkən yeni parlaq simalar tapıb qabağa çıxara bilmədi. Seçkilərdə müxalifətin simvolu olanlara isə cəmiyyətin ehtiyacı yoxdur. Onun üçün Paşinyan pislərin içində daha yaxşısıdır. Ermənilər onu həm savaşdakı məğlubiyyətə, həm də alçaldılmağa görə bağışlamağa hazırdırlar. Kənardan nə qədər məntiqsiz, gülünc görünsə də, bu, xalqın seçimidir”, - deyə nəşr qeyd edib.

Ölkənin bundan sonrakı perspektivinə gəlincə, siyasi şərhçi hesab edir ki, istər tərəfdaş olsun, istərsə də düşmən, qonşu ölkələr erməni xalqının seçkilərdəki seçimi ilə barışmalı olacaq. “Erməni xalqına isə bir şeyi tövsiyə etmək olar: illüziyalardan bacardıqca qısa müddətdə xilas olmaq. Zəlalət, güzəştlər, kompromislər bitməyəcək. Bəlkə də hələ təzə-təzə başlayır. Müharibəni uduzan bütün dövlətlərin və xalqların nəsibi budur. İstisna və möcüzə yoxdur bu məsələdə. Gec-tez sərhəd məsələsində də, Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən və Ermənistan ərazisindən keçməli olan nəqliyyat dəhliz məsələsində də Bakıya güzəştə getmək lazım gələcək. Bunlar - Paşinyanın hərbi əməliyyatların dayandırılmasına dair müqavilə bağlayarkən qəbul etdiyi güzəştlərdir. Xoşagəlməzdir, alçaldıcıdır, amma bu öhdəlikləri yerinə yetirmək lazım olacaq. Paşinyana seçkilərdə qələbə qazandıran insanlar bəlkə də fərqində olmadan məhz buna səs veriblər”, - müəllif sonda vurğulayıb.

Qalır indi Paşinyanın budəfəki, təzələnmiş mandatdan düzgün və vaxtında istifadə eləməsi. Nikola ayrılan vaxt limiti bitir. Söhbət həm də Bakının verdiyi vaxtdan gedir...
“Yeni Müsavat”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu