“Moskva üçün 200 illik “Ermənistan” layihəsi aktuallığını itirdi” - GƏLİŞMƏ
Siyaset
Oxunub: 474
22 in 2021 | 16:16
“Moskva üçün 200 illik “Ermənistan” layihəsi aktuallığını itirdi” - GƏLİŞMƏ


Ermənistandakı seçkilər göstərdi ki, ermənilər Rusiyaya istiqamətlənmiş inkişaf vektorundan beziblər. Bunu AYNA-ya açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, bu seçkilər bir neçə il əvvəl başlayan, bölgənin yenidən geosiyasi istiqamətləndirilməsində bir mərhələdir: “Paşinyanın hakimiyyətə gəlməsi, erməni cəmiyyətində Rusiyanı tərk edərək, Qərb istiqamətində inkişaf etmək istəyinin formalaşması prosesi başladı və ayrıca, Ermənistanı Rusiya ilə birləşdirən “miatsum” kimi layihələr iflasa uğradı. Bu seçkilər Ermənistanın Qərbə yönəlmə kursunun davam edəcəyini göstərdi”.

Ekspert bölgənin münaqişələr yaratmaqla idarə olunması ənənəsinin dayandırıldığı və yeni bir inkişaf mərhələsinin gəldiyindən əmindir: “Bu vasitənin effektivliyini itirdiyini görmək olur. Üstəlik, keçən ilki kapitulyasiyaya baxmayaraq, erməni cəmiyyətinin Köçəryan və Sarqsyanın şəxsiyyətindəki revanşizm fikrini dəstəkləmədiyini görürük. Buna əsasən, Ermənistandakı seçkilərdən əvvəl Qərbin taktiki gedişləri ilə, yəni diversantların minalanmış ərazilərin xəritələrinə dəyişdirilməsi ilə erməni seçicisinin etimadını qazana bildiyi qənaətinə gələ bilərik. Və bu iş nəticə verdi”.

“Amma yavaş-yavaş bu mövzu da boşa çıxacaq və bunun çərçivəsində qarşıdurmanın arxa plana keçməsi üçün səylər göstəriləcək. Reallıq budur ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq vəziyyəti idarə etmək üçün bir vasitə deyil”, - deyə Zülfüqarov vurğulayıb.

Sabiq nazir hesab edir ki, Ermənistan dövlətinin gələcəyini Qərblə bağlamaqdan başqa alternativi yoxdur: “Cənubi Qafqazdakı Rusiya İmperiyasının iki yüzillik “Ermənistan” layihəsi Rusiya üçün tamamilə aktuallığını itirdi. Bu bahalı layihənin maddi cəhətdən də dəstəklənməsi lazımdır. Moskvanın Ermənistana olan marağının, bazalarla bağlı bütün danışıqların və s. aktuallığını itirdiyini görürük - bunlar qəzet məqalələri üçün yaxşıdır. Əsl mənada Rusiyanın Ermənistanda bir işi yoxdur. 2000-3000 kilometr mənzilli “İsgəndər” raketinin buraxılış qurğusunun harada yerləşməsinin nə fərqi var? Bütün bunlar mənasını itirib”.

“Digər tərəfdən, iqtisadi və sivilizasiya baxımından daha güclü olan Qərb Ermənistanı dövlətləri idarəetmə üçün koordinat sisteminə daxil etməyin əleyhinə deyil. Ermənilər bunun üçün iqtisadi üstünlüklər alacaqlarını başa düşürlər. Bu, dövlətlərini qorumağın, fəlakət həddinə çatan demoqrafik situasiyanın və iqtisadi çöküşün qarşısını almağın yeganə yoludur. Bunun sadəcə alternativi yoxdur. Rusiya müharibə zamanı onlara dəstək vermədi və onlar üçün Moskva olmadan özlərinin Qarabağın ilhaqına nail ola bilməmələri artıq açıq-aydındır. Onlar anlayır ki, Moskva üçün Azərbaycanı itirmək çox bahalı bir zövq olardı. Buna görə də ermənilər fərqli bir inkişaf yolu ilə getməyə qərar verdilər”, - deyə analitik fikrini yekunlaşdırıb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu