Azərbaycan XİN Ermənistana çağırış etdi
Siyaset
Oxunub: 333
18 in 2021 | 12:09
Azərbaycan XİN Ermənistana çağırış etdi


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.
L.Abdullayevaya ünvanlanmış sualı və XİN sözçüsünün cavabını təqdim edir.

- Bu gün Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur. İnsan hüquqlarının qorunması və təşviq edilməsi sahəsində Azərbaycanın beynəlxalq təşkilatlar ilə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq, hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur.

Öncə vurğulamaq istərdik ki, Azərbaycan bütün insan hüquqları və əsas azadlıqlarının universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquqları və əsas azadlıqların təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etmişdir. Sənədin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Bildiyiniz kimi, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə tərəfdir. İnsan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, Azərbaycan onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müqavilə-əsaslı qurumları, ATƏT, Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Hökumətinin gündəmindədir. Hazırda ölkəmiz ərazilərinin 30 ilə yaxın davam edən işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdış hüququnun, bu şəxslərin sosial, iqtisadi, mədəni hüquqlarının, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən media nümayəndələrinin peşə fəaliyyətlərini maneəsiz yerinə yetirə bilmələri ilə bağlı söz azadlıqlarının təmin olunması kimi çağırışlarla üzləşir. Bu xüsusda, tərəfimizdən bir daha beynəlxalq insan hüquqları təşkilatlarını bölgədə yaxşı qonşuluq münasibətlərinin bərpasına yönəlmiş 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın həyata keçirilməsini dəstəkləməyə, insan hüquqları və əsas azadlıqlarına seçkili münasibət sərgiləməkdən yayınmağa çağırırıq.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu