Bakı-Tehran əlaqələrini nə gözləyir? - İran seçim qarşısında
Siyaset
Oxunub: 389
10 in 2021 | 16:45
Bakı-Tehran əlaqələrini nə gözləyir? - İran seçim qarşısında


İran prezidentliyinə namizədlər iyunun 5-də keçirilən ilk debat zamanı ölkədəki iqtisadi böhranla əlaqədar ittihamlar səsləndiriblər. “Yeni Müsavat” xəbər verir ki, üç saat davam edən televiziyada yayımlanan debat seçkidən öncə keçiriləcək üç debatdan ilki olub. Seçki ölkədə Birləşmiş Ştatların 2015-ci il nüvə sazişindən geri çəkilməsindən sonra tətbiq olunan sanksiyaların səbəb olduğu dərin iqtisadi böhranla bağlı geniş yayılmış narahatlıqlar fonunda keçiriləcək.

İranın mühafizəkar Keşikçilər Şurası 600 nəfər arasında yeddi namizədi təsdiqləyib ki, onların beşi ultra-mühafizəkar, ikisi isə islahatçıdır. Beş ulta-mühafizəkar namizəd hazırkı prezident Həsən Ruhaninin səkkiz ildir davam edən idarəçiliyini tənqid ediblər və aparıcı mötədil namizəd olan mərkəzi bankın sədri Əbdülnasir Hemmatini iqtisadi böhrana görə məsuliyyəti üzərinə almağa çağırıblar.

“Cənab Hemmati, sizin idarəçiliyiniz fəlakətli idi, siz burada cənab Ruhaninin təmsilçisi olaraq oturursunuz,” İslam İnqilab Keşikçiləri Korpusunun keçmiş başçısı Mohsen Rezai deyib.

Hemmati Qərblə gərginliyin artmasına görə ultra sərt xətt tərəfdarlarını günahlandırıb və bunun İranın iqtisadi çətinliklərini artırdığını deyib. 2017-ci il seçkisində səslərin 38 faizini qazanan ultra-mühafizəkar baş hakim İbrahim Rəisi isə reformistlərlə toqquşmaqdan çəkinib və diqqəti iqtisadiyyata yönəldib.

“İnflasiya insanların üzləşdiyi ən ciddi problemlərdən biridir. Əsas məhsulların qiyməti əhəmiyyətli dərəcədə artıb”, - o deyib və əlavə edib ki, İran xalqının əsas narahatlıqlarından biri bəzi rəsmilərin saxtakarlığıdır.

Rəisi İranın iqtisadi problemlərinə görə ABŞ-ın sanksiyalarını günahlandıran və doğru idarəçilik olmadan ölkənin daha pis vəziyyətdə olacağını söyləyən namizədlərin şərhlərini rədd edib. “Bu, 17 qol buraxan bir qapıçının ”mən olmasam 30 qol vurulardı" deməsinə bərabərdir" - prezidentliyə namizəd Rəisi bildirib.

Ötən ay Keçikçilər Şurasının tanınmış mötədil namizədləri seçkiyə buraxmamaq qərarı ilə Rəisi namizədlər arasında ən dominant namizədə çevrilib.

Hökuməti dünya qüdrətləri ilə 2015-ci il nüvə razılığını canlandırmaq üçün danışıqlar aparan nisbətən mötədil olan Ruhani iki müddət ard-arda prezident olub və o, üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

Siyasi təhlilçilər ölkənin müxtəlif qruplarından səs toplaya biləcək bir çox siyasətçi, o cümlədən keçmiş parlament sədri Əli Laricani, keçmiş prezident Mahmud Əhmədinejad, prezidentin birinci müavini İshaq Cahangiri və keçmiş parlament sədrinin birinci müavini Məsud Pezeşkiyanın (Təbriz millət vəkili) diskvalifikasiya edilməsini İbrahim Rəisinin prezidentliyə təyinatı kimi dəyərləndirir.

İyunun 18-də keçiriləcək prezident seçkilərində yarışan 7 namizəddən sadəcə sabiq prezident Məhəmməd Xatəminin müavini Möhsin Mehrəlizadə islahatçı siyasətçi olaraq tanınır. Əslən İran Azərbaycanının Marağa şəhərindən olan Mehrəlizadə 2005-ci ilin seçkilərində də namizəd idi. O, həmin dövrdə türklərin yaşadığı bölgələrdən ən yüksək səsi toplayan namizədlərdən biri olmuşdu. Möhsin Mehrəlizadə həmçinin İran Azərbaycanının üç sərhəd vilayəti Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbildə ən çox səsi toplamışdı.

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun “Yeni Müsavat”a dediyinə görə, daha çox Rəisi şanslıdır: “Yəni elə görünür, amma hələlik Rəisi debatlarda özünü zəif göstərir. Ona görə də qarşıdakı 10 gündə vəziyyət dəyişə də bilər. Mühafizəkarlar ümumi olaraq güclüdürlər, amma seçkini istənilən halda namizədlərin performansı təyin edəcək. Ümumilikdə isə Rəisi əsas namizəddir. O da mühafizəkarlardandır”.

K.Rövşənoğlu seçkidə hansı qüvvənin qalib gəlməsinin İran-Azərbaycan əlaqələrinə geniş planda ciddi təsiri olmayacağını hesab edir: “Amma təcrübəyə əsasən islahatçı prezidentin dövründə münasibətlər daha hamar olur, mühafizəkarların zamanında nisbətən gərgin olur”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu