Ermənistanın diversiya cəhdlərinə mümkün reaksiya: - Laçın dəhlizinin bağlanması...
Siyaset
Oxunub: 384
10 in 2021 | 17:46
Ermənistanın diversiya cəhdlərinə mümkün reaksiya: - Laçın dəhlizinin bağlanması...


Azərbaycan-Ermənistan hərbçiləri arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesində yaşanan xırda toqquşmalar, eyni zamanda Ermənistan hərbçilərinin Azərbaycan ərazisində diversiya cəhdləri bölgədəki vəziyyəti gərgin olaraq saxlayır. Sputnik Azərbaycan erməni diversiya cəhdlərinin qarşısının alınmasında Azərbaycan tərəfinin ata biləcəyi mümkün addımları barədə Milli Məclisin deputatı Arzu Nağıyev, hərbi ekspert Ədalət Verdiyev, politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Ermənistanda seçki öncəsi vəziyyətdən istifadə edən nəzarətsiz qruplar Azərbaycanla sərhəddə təxribat, diversiya fəaliyyəti ilə məşğul olurlar.

Millət vəkili düşünür ki, həmin qüvvələr sərhədlərin demarkasiya və delimitasiyası məsələlərinin başa çatmamasından istifadə edərək bu addımları atırlar:

“Son vaxtlar baş verənlər də göstərir ki, ermənilər öz xislətlərindən əl çəkmək niyyətində deyillər. Azərbaycan öz ərazilərində antiterror əməliyyatları həyata keçirmək səlahiyyətlərini özündə saxlayır. Ona görə də Azərbaycan istənilən an öz ərazi bütövlüyünü qorumaq və ola biləcək hər hansı təxribatın qarşısını almaq üçün antiterror əməliyyatlarına başlaya bilər”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Ermənistan tərəfindən edilən diversiya cəhdləri qəbul edilmiş 2020-ci il noyabr və 2021-ci ilin yanvar bəyanatlarının şərtlərindən imtina etmək anlamı daşıyır və Azərbaycan bu bəyanatlarda öhdəsinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini dayandıra bilər.

Ekspert qeyd edib ki, Ermənistan addımları ilə Azərbaycanı növbəti hərbi əməliyyatlara, ən azından isə Laçın dəhlizini bağlamağa təhrik edir: “Azərbaycan bütün zəruri addımları atır və bundan sonra da atacaq. Amma düşünürəm ki, burada ermənilər üçün həyati əhəmiyyət daşıyan Laçın dəhlizinin bağlanması daha aktualdır”.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan Laçın dəhlizinin açılmasına eyni şərtlərlə Zəngəzur dəhlizinin açılması müqabilində razılıq verib:

“Azərbaycan tərəfi atəşkəsdən dörd gün sonra Laçın dəhlizinin fəaliyyətini təmin etsə də, ermənilər tərəfindən hər hansı müsbət addım atılmayıb. Ermənistan tərəfinin bəyanatdan irəli gələn məsələlərin həllində adekvat olmayan davranışları, eyni zamanda Paşinyanın Fransa səfərindən sonrakı bəyanatları Azərbaycanı xəbərdarlıq addımları atmağa sövq edir”.
Politoloq Elşən Manafovun son proseslərlə bağlı mövqeyi isə bundan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn ərazi bütövlüyü və təhlükəsizliyin təmin edilməsi müddəalarını əsas tutaraq növbəti addımlar ata bilər:

“Azərbaycan Ermənistana təzyiqləri artırmaq üçün Rusiya ilə ikitərəfli münasibətləri genişləndirməlidir. Ən azından iki ölkə arasında baş verənlərin nizama salınmasında rəsmi Moskva moderator rolunu oynayır. Bu gün Ermənistanın diversiya cəhdləri hər kəsə bəllidir. O da bəllidir ki, bu məğlub ölkə bundan sonra Azərbaycana qarşı hər hansı genişmiqyaslı hərbi əməliyyatlar aparmaq gücündə deyil”.
Politoloq vurğulayıb ki, dəmir yumruq siyasəti ilə aparılan müharibədən sonra Emrənistan iflic vəziyyətə salınıb. Bu ölkənin yenidən özünə gəlməsi üçün illər lazımdır: “Ermənistandan fərqli olaraq Azərbaycan aparılan islahatlar və iqtisadi imkanların hesabına hərbi və digər sahələrdə modernləşmə siyasətini gerçəkləşdirir. Diplomatiyamız da buna uyğun olaraq hücum strategiyasını həyata keçirməlidir. Xüsusən də Ermənistana havadarlıq edən və ona beynəlxalq hüquqa sığmayan dəstəklər verən dövlətləri bu fəaliyyətlərindən çəkindirmək lazımdır”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu