Ermənistan və üçtərəfli bəyanatın şərtləri: Alternativ varmı? - TƏHLİL
Siyaset
Oxunub: 481
25 may 2021 | 18:21
Ermənistan və üçtərəfli bəyanatın şərtləri: Alternativ varmı? - TƏHLİL


Ötən həftə xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğunu bildirib. O, Ermənistanın bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozmasını təəssüf ilə qeyd edib.

Bəs 10 noyabr bəyanatının şərtlərinin Ermənistan tərəfindən pozulması onu qüvvədən sala bilərmi? Bu təqdirdə Azərbaycan hansı addımları ata bilər? Sputnik Azərbaycan mövzu ilə bağlı Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşirin fikirlərini öyrənib. Millət vəkili 10 noyabr bəyanatının qüvvədən düşməyəcəyini bildirib. Onun sözlərinə görə, bu bəyanat Ermənistan cəmiyyətində ağır məğlubiyyət sənədi kimi qəbul edilir və ona münasibət birmənalı deyil: "Bu sənəd Ermənistanda hakimiyyət uğrunda gedən mübarizənin alətinə çevrilib. Paşinyanın rəqibləri bu kapitulyasiya sənədini ona qarşı istifadə edirlər. Amma zaman-zaman Paşinyan və komandası da sənəddən boyun qaçırırmış kimi görünürlər. Bu da daxili auditoriyaya hesablanıb".

Millət vəkili deyib ki, Paşinyan bəyanatdakı şərtlərin icrası ilə bağlı qeyri-müəyyən fikirlər səsləndirsə də, oradakı bütün şərtlərin yerinə yetirilməsi mütləq təmin ediləcək. Elşad Mirbəşirin fikrincə, bəyanatın şərtlərinin yerinə yetirilməsi həm də Ermənistanı uzun illərin gərginliyindən çıxara bilər: "30 ildir Ermənistan bir dövlət kimi işğalçılıqdan başqa fəaliyyət növünü özü üçün müəyyənləşdirə bilməyib. Biz öz gücümüzlə göstərdik ki, Ermənistanın təxribatçı və işğalçı siyasətinin qurbanına ermənilər çevrilir. Əgər kommunikasiya xətləri açılarsa, Ermənistan inkişaf yoluna qədəm qoya bilər. Ermənistanın pozucu fəaliyyəti göz önündədir, amma bu, bəyanatın əhəmiyyətini itirməsi demək deyil".

"Ermənistanda keçiriləcək seçkilərdə kimin qalib olmasından asılı olmayaraq 10 noyabr birgə bəyanatının şərtlərinə əməl olunacaq. Çünki Ermənistanın alternativ mövqe sərgiləmək imkanı mövcud deyil. Hakimiyyətə kim gəlirsə gəlsin, birgə bəyanatın şərtlərinə əməl etməyə məcbur olacaq. Əks halda, Azərbaycan Ermənistan tərəfini bu bəyanatdakı şərtləri yerinə yetirməyə sövq edəcək addımlar atmaq imkanlarını özündə saxlayır", – deyə millət vəkili vurğulayıb. //sputnik.az//
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu