Ermənistan bundan sonra yaşamaq istəyirsə... - "Ona uzadılan əli tutmalıdır"
Siyaset
Oxunub: 380
24 may 2021 | 18:20
Ermənistan bundan sonra yaşamaq istəyirsə... - "Ona uzadılan əli tutmalıdır"


Azərbaycan öz torpaqlarının azad etdikdən regionda yeni reallıq yaranıb və Ermənistan rəhbərliyi və cəmiyyəti bu reallığa uyğunlaşmalıdır.

Hazırda Ermənistan siyasi, iqtisadi, hərbi cəhətdən tamamilə asılı ölkədir ki, bunun da səbəbi işğalçılıq siyasəti olub. Prezident İlham Əliyev son çıxışında da bildirib ki, əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı:

"Lakin nə baş verməsindən asılı olmayaraq, biz bir daha gələcəyə baxmalıyıq. Mən dəfələrlə açıq şəkildə demişəm ki, biz səhifəni bağlamalıyıq, gələcəyə baxmalıyıq. Biz artıq təklif vermişik, lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi cavab verməyib. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırıq. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün bizim Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyacımız var. Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik".

Bu gün Ermənistan tərəfi region xalqlarının birgə yaşamasını, hərbi qarşıdurma riskini minimuma endirmək istəyirsə, Azərbaycan tərəfinin atdığı addımları dəyərləndirmək məcburiyyətindədir.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirdi ki, biz torpaqlarımızı azad etmişik və bununla həm Ermənistana, həm də dünyaya bu əraziləri azad etməyə qadir olduğumuzu sübut etmişik:

"Biz heç kimin köməyi olmadan bunu etmişik. Heç bir dövlətin torpağına iddiamız yoxdur. Ancaq hazırda yeni bir dövr başlayır. Bizim hərbi əməliyyatımız, torpaqlarımızın azad edilməsi ilə regionda yeni geosiyasi vəziyyət yarandı. Əlbəttə ki, artıq gələcəyi düşünməliyik. Əgər biz bu regionda sülh və əmin-amanlığı bərpa etmək istəyiriksə, müxtəlif diplomatik addımlarımızı həyata keçirməliyik. Biz bunu açıq şəkildə bəyan edirik. Başa düşürük ki, Ermənistan hazırda seçki öncəsi daxili qarşudurma, çox mürəkkəb proses yaşayır. Parlament seçkilərinə qədər gözləməyə hazırıq. Əgər biz hər hansı bir yeni saziş imzalayacağıqsa, o demək deyil ki, 10 noyabr bəyannaməsi yoxa çıxacaq. Həmin bəyannaməyə Ermənistan axıra qədər əməl etməlidir, bütün bəndləri, maddələri yerinə yetirməlidir. Əlavə bir saziş onun davamı hesab oluna bilər. Biz maraqlarımıza cavab verməyən hansısa bir maddəyə imza ata bilmərik. Eyni zamanda, kompleks şəkildə bu sazişlə Cənubi Qafqaz regionunda stabilliyə gətirib çıxarmalıyıq və bu bizim əsas strateji məqsədimizdir".

Politoloq bildirib ki, siyasətdə maraqlar ön plandadır:

"Yəni milli, dövlət maraqları ön plana çəkilir. Biz bu maraqlara əsaslanırq. Hansısa yeni razılaşmaya imza atacağıqsa, o demək deyil ki, qısa müddətdə hansısa yaxın münasibətlərimiz, əlaqələrimiz yaranacaq. Söhbət ondan gedir ki, iddiaların, Ermənistanda səslənən revaşist şüarların, yenidən müharibənin başlanması fikirlərinin qarşısını alaq. Bizim məqsədimiz budur. Azərbaycan dinc və sülhməramlı bir dövlətdir, müxtəlif layihələrimiz, planlarımız var. Ömür boyu münaqişə formatında ola bilmərik. Ermənistan da özü başa düşməlidir ki, dalana düşən dövlətdir. Əgər bu vəziyyətdən çıxmaq istəyirsə, ona qarşı uzadılan ələ, təşəbbüslərə cavab verməlidir. Düşünmürəm ki, bundan sonra bizim qardaşlıq münasibətlərimiz qurulacaq, əsas odur ki, stabillik, təhlükəsizlik məsələləri bərpa olunsun. Biz bu məsələdə dünya birliyi çərçivəsində baş verən müxtəlif təşəbbüslərə qoşularaq addımlarımızı atmağa hazırıq".
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu