İran generalları Ermənistanı daha inamlı edibmi? - TƏHLİL
Siyaset
Oxunub: 370
22 may 2021 | 14:13
İran generalları Ermənistanı daha inamlı edibmi? - TƏHLİL


26 fevral 2021-ci ildə xarici jurnalistlər üçün Azərbaycan prezidenti İlham Əliyevin videoformatda mətbuat konfransı yəqin ki, əksəriyyətimizin yadındadır. Müxtəlif ölkələri təmsil edən jurnalistlərin suallarından hiss olunurdu ki, Azərbaycanın haqlı mövqeyinə jurnalistlər düzgün qiymət verir və ölkəmizə də bir xoş münasibət var. Yalnız bir jurnalistdən başqa. İran İslam Respublikasını təmsil edən jurnalist istisna olmaqla.

Jurnalistin guya ordumuzun tərkibində terrorçu və muzdluların olması ilə bağlı Azərbaycan prezidentinə verdiyi sualı, aldığı cavabı yenidən şərh etmək niyyətində deyilik, amma bu sual, sualdan çox münasibətin təzahürü idi. Qadın jurnalistin yox, İranın Azərbaycana olan münasibətinin əsl üzü idi. Və bu zərərli, dost olmayan münasibəti biz zaman – zaman müxtəlif formalarda görmüşük, müşahidə etmişik. Xüsusilə, Azərbaycan -Ermənistan qarşıdurmasında, Qarabağ müharibələrində, işğal dövründə düşmənimiz tərəfdə olduğunu İran heç vaxt gizlətməyib. Hər dəfə də bu münasibətlərə saxta diplomatik açıqlamalar verən, daha doğrusu don geyindirən İran heç vaxt bizimlə səmimi olmayıb. Amma, həm də səmimi olub, yəni qonşu, eyni dinə, eyni təriqətə mənsub olmamıza baxmayaraq dost olmadığını hər fürsətdə bəlli edib.
İndi də Zəngəzur ətrafında baş verən hadisələrə İranın münasibəti, bu molla rejiminin, fars şovinizmin müstəqil Azərbaycan Respublikasına qarşı açıq düşmənçiliyi kimi dəyərləndirilə bilэr. Zəngəzur sərhəd insidentinə İranın reaksiyası yalnız bu cür qiymətləndirilməlidir. Həmin günlər Azərbaycan sərhədinə yaxın pilotsuz uçuş aparatlarının təliminin keçirilməsi bizə qarşı bir gövdə göstərisi idi. Ardınca İran İslam Respublikası parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Moctaba Zolnuri belə bir bəyanat verir:

”İran İslam Respublikasının mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimizi dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaqdır. Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qalmalıdır”.

İran generallarının iki gün əvvəl İrəvana səfər edib Ermənistana hərbi yardım və hər cür kömək təklifləri isə bu ölkənin təhlükəli ola biləcək addımlarından xəbər verir. Hələ 2016 - cı il aprel döyüşlərindən sonra Ağdərə istiqamətində İran hərbi mühəndislərinin birbaşa köməyi ilə labirint istehkamların qurulması barədə xəbərlərin bir həqiqət olduğu indi təsdiqlənir. Məhz bu bəyanatdan və generalların səfərindən sonra Ermənistan mediası yazır: “İranın Ermənistanla sərhəddəki dəyişikliklərə dözməyəcəyini bildirməsindən sonra İrəvanın bəyanatları daha inamlı oldu. İranın dəqiq mövqeyi erməni tərəfinə inam verdi”.

Gördüyünüz kimi düşmən İranın mövqeyindən ruhlanıb və özünü inamla aparmağa cəhd edir.
Məhz bu bəyanatlardan sonra erməni tərəfi dəhlizin birtərəfli açılması ilə bağlı danışıqların aparılmayacağı barədə açıqlamalar verməyə başladı. Ermənistan Respublikasının hər zaman İran üçün “dost ölkə, etibarlı qonşu olması bir həqiqətdir” deyən erməni siyasi şərhçilər İranın həqiqətən də qoşunlarını şimal sərhədlərində cəmləşdirdiyini fəxrlə bildirirlər.

"İranın Ermənistanda artan təsiri Azərbaycanı narahat etməyə bilməz. Bakıda şiə İranın Azərbaycanda şiələrə kömək etməməsindən narazılığını bildirirlər” - deyən erməni mətbuatı sevinir, rəsmi Tehranın Azərbaycana təsir rıçaqlarından danışırlar.

Bütün bunlar, İran rejiminin riyakarılıq nümünəsidir və Azərbaycana qarşı düşmənçilik kimi qiymətləndirilməlidir. Xüsusilə, İran generallarının Ermənistanda hərbi yardım üzrə danışıqlar aparması Azərbaycana qarşı birbaşa təhdiddir. Cənubi Qafazın lider ölkəsi olan Azərbaycan bu cür təhdidlərə boyun əyən deyil. Amma yaxın qonşumuzun bu cür siyasəti könül bulandırır və acı təəssüf doğrurur.

Moderator.az
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu