İrandakı erməni sevdalıların məkrli açıqlamaları - dövlət siyasəti, yoxsa...
Siyaset
Oxunub: 440
20 may 2021 | 18:22
İrandakı erməni sevdalıların məkrli açıqlamaları - dövlət siyasəti, yoxsa...


İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnurinin Azərbaycanla bağlı anormal fikirlərinin ardından yaranan gərginlik səngimir. Deputatın Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləməsi hiddət doğurub.

Öncəliklə “İranın Azərbaycana qarşı tutduğu qeyri-sağlam qonşuluq münasibətinin, Ermənistana açıq dəstəyinin qarşısını almaq üçün nə etməliyik” sualı yaranıb. Bununla bağlı əsas təkliflərdən biri budur ki, Vahid Azərbaycan ideyası gücləndirilməlidir. Eyni zamanda İranın Azərbaycanın cənubunu işğal etməsi ilə bağlı petisiya kampaniyası başladılmasının vacibliyi də vurğulanır. Beynəlxalq aləmə, xarici mediaya bu haqda çıxışların, yazıların ötürülməsi təklifləri də səslənir. Bunu isə QHT və digər ictimai institutlar vasitəsilə etməyin mümkünlüyündən söz açılır.

Burada vaxtilə mərhum prezident Əbülfəz Elçibəyin yaratdığı Bütöv Azərbaycan Birliyi (BAB) də gündəmə gətirilir. Hazırda bu təşkilatın fəaliyyətinin nə yerdə olduğu tam məlum olmasa da, təşkilatın aktiv fəaliyyətinin bərpasının önəmli tərəflərinə toxunulur.

VHP sədri, deputat Sabir Rüstəmxanlı İranın dərdinin tarixi köklərinin olduğunu söylədi: “Azərbaycan II Qarabağ savaşından sonra altılıq prinsipi ilə qonşularla normal, sağlam münasibətlərini davam etdirmək istəyir. İranla biz daim dinc qonşuluq siyasətini üstün tuturuq. Bu yolu bölgədə sabitlik üçün çox vacib hesab edirik. Azərbaycan heç bir dövlətin sərhədlərinə toxunmur, heç bir dövlətin ərazilərinə göz dikmir. Rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə təhlükə yarada biləcək heç bir addım atmayıb. İndi qonşu ölkədən belə açıqlamaların gəlməsi, sadəcə, təəssüf doğurur. Bu bir növ Makronun açıqlamalarına bənzəyir. Hələ də Azərbaycan ərazisində qalan erməni terrorçular var. Həmin terrorçuların nəzarəti altında hələ də ərazilərimiz qalır. Eyni zamanda Qarabağdakı rus sülhməramlıları nə iş görürlər, görəcəklər, məlum da deyil. Bütün bunların fonunda İran tərəfin Azərbaycanı günahlandırması xəstə təfəkkürün məhsuludur. Bu gün sərhədlərimizin bərpası prosesi gedir. Sovet dövründə olan sərhədlərimizi bərpa edirik. Biz o iddianı irəli sürmürük ki, bütün Ermənistan əraziləri bizimdir.

Görün, haqlı olaraq, Zəngəzur başda olmaqla, tarixi ərazilərimizin iddiasını ortaya qoysaq, nələr yaşanar. Ortada xəritə var, biz həmin xəritə ilə hərəkət edirik. Bir İslam ölkəsi olaraq, İran normal dövlət olsaydı, Naxçıvanla əlaqəmiz üzüləndə öz ərazisindən Araz boyu bizə yol verə bilərdi. Onsuz da Arazın o tayı da bizim torpaqlardır. Buna vicdanla yanaşıb, bunu bilib yol verməli idi. İndinin özündə də gec deyil. Yol verə bilər və həmin verdiyi yolun kilometri qədər də bir rayonumuzun ərazisindən onlara verə bilərik. Təki Naxçıvanla əlaqəmiz üzülməsin. Amma biz bunu da istəmirik. Laçın koridorundan ermənilərə yol verilib. Onlar da bizə Naxçıvan üçün Zəngəzur koridorunu verməlidirlər. Bu, qarşılıqlı razılaşmadır və başqa bir tərəfi yoxdur. İranın təşvişə düşməsinin səbəblərindən biri də Naxçıvana birbaşa getməyimiz üçün bizə yol verilməsi məsələsidir. Bu koridorun açılması ilə Ermənistan bir az asılılıqdan azad olur. Cənub qonşumuz da bunu istəmir. Azərbaycan və Türkiyənin inkişafı da rəsmi Tehranı narahat edir. Türk respublikaları ilə birbaşa nəqliyyat dəhlizləri açılacaq. İran isə bunu həzm edə bilmir. Cənub qonşumuz 2500 illik Turan davasını sürdürür. Bu da Turanı, türkü yox etmək davasıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bütöv Azərbaycanın qurulacağına tam inanır: “Bizim millətin böyük hissəsi orada əsarət altındadır və onlara biganə qalmaq olmaz. Bir millətin yarımçıq milli azadlıq hərəkatı ola bilməz. Biz nəticəni Quzeydə qazandıq. İndi mütəmadi olaraq Güneyə dəstək verməliyik. Enində-sonunda Bütöv Azərbaycan qurulacaq. Vaxtilə SSRİ-nin dağılacağını deyirdik, bunu utopiya kimi qəbul edirdilər. İndi belə açıqlamalara anında reaksiya verilməlidir. Hakimiyyət tərəfindən rəsmi açıqlama olmasa da, ən azından parlamentdə müvafiq komissiya tərəfindən reaksiya olmalıdır. Ölkə ictimaiyyətinin də təpkisi önəmlidir. Canfəşanlıq edən deputat İran adından danışır. Mütəmadi olaraq, bu mövqedə İranda olan kəsim tərəfindən belə açıqlamalara rast gəlmişik. Ardıcıl şəkildə belə mövqelərə rast gəlməyimiz həm də onu göstərir ki, bir xətt yürüdülür. Bu, təsadüfən bir adamın ortaya qoyduğu mövqe deyil. Müharibə zamanı ermənilərə mütəmadi dəstək verilməsi, ermənilərə tonlarla silahın İran üzərindən çatdırılması bu ölkənin mahiyyətindən xəbər verir. Rəsmi Tehran 30 il müddətində sərhədlər məsələsinə niyə toxunmurdu? Niyə demirdilər ki, bizim sərhəddə yerləşən bir dövlətin əraziləri işğal olunub? Dünyanın hər yerində millətçilikdən, müsəlman təəssübkeşliyindən danışırlar, amma gözlərinin önündə ərazilərimiz işğal edildi, insanlarımız həyatlarını itirdilər, vəhşiliklərə məruz qaldılar. İndi düşmən üzərində qalib gəlmişik, kapitulyasiya sənədinə qol çəkməyə məcbur etmişik, cənub qonşumuz artıq hərəkətə keçmək istəyir. Çünki Azərbaycanı zəiflətmək üçün Ermənistandan daim maşa kimi istifadə ediblər.

Düşünürlər ki, Azərbaycan bu qədər gücləndikcə, ərazisində yaşayan azərbaycanlılar bundan motivasiya alırlar. Düşünürəm ki, İranın dost ölkə olduğunu biz dedikcə, onların ayaqları yer alır. Hələ mən 2010-cu ildə demişdim ki, Türkmənçay müqaviləsi qüvvədən düşüb. Biz artıq Güneydəki soydaşlarımızın İranın tədbirlərinə əməl etməmələri üçün tədbirlər görməliyik. Türkmənçay müqaviləsini qaldırmaqla Ermənistana qarşı bundan bir baza kimi də istifadə edə bilərik. Çünki bu müqavilədən sonra İrəvan imperiyanın tərkibinə verilib. Dövlət səviyyəsində protokol qaydaları gözlənilməklə Cənubi Azərbaycana tam dəstək verməliyik. İctimaiyyət, siyasi qurumlar bu məsələdə qollarını çırmalayıb işə başlamalıdırlar. Biz bu gün İran tərəfindən səsləndirilən hər bir bəyanata, atılan addımlara sərt təpki göstərməyi, cavab verməyi bacarmalıyıq. Bir az biz tərəfdə problem yaranan kimi problemin üstünə problem qoymağa çalışırlar. Daim Bütöv Azərbaycan hədəfini gündəmdə saxlamalıyıq ki, İran öz yerini bilsin. Eyni zamanda bu hədəfi gerçəkləşdirmək üçün bir addım da fəaliyyətimizi zəiflətməməliyik”.

Bütöv Azərbaycan Birliyinin sədri Aqil Səmədbəyli fəaliyyətlərinin davam etdiyini söylədi: “Bütöv Azərbaycan Birliyi fəaliyyətini davam etdirir. Əlbəttə, Böyük Lider Əbülfəz Elçibəyin qurmuş olduğu və bu təşkilatın başında fiziki olaraq durduğu dövrlərdə olan fəaliyyət yoxdur, ola da bilməz. Ona görə ki, Elçibəy təkbaşına bir millət idi. Ancaq bugünkü şəraitdə fəaliyyətimiz internet üzərindən toplantılar, konfranslar şəklində davam edir. Əbülfəz Elçibəyin İran siyasətini 20 il əvvəl anlamayanlar, hətta onu günahlandıranlar da indi bu xain qonşunun gerçək üzünü gördükdən sonra onun nə qədər uzaqgörən olduğunu anlamışlar. Təkcə son aylarda deyil, 1988-ci ildən etibarən İran ermənilərin yanında olub. Bu gün İran ermənilərə ən çox dəstək verən iki ölkədən biridir. Əməli olaraq dəstək verir. Azərbaycanda BAB-ın qərargahını 2006-cı ildə əlimizdən aldılar. Birbaşa hakimiyyətin-Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün göstərişi ilə bu baş verdi. Hansı ki, BAB daxili siyasətə qarışmırdı. Sadəcə, Güney məsələsi ilə, eləcə də digər işğal olunmuş bölgələrlə məşğul olurdu. Bu təşkilat İran və Rusiyanın da işinə yaramırdı. Onların mənafeyinə tərs gəlirdi. Bu səbəbdən belə bir vacib milli təşkilatın fəaliyyətinə imkan vermədilər. İndi internetin imkanlarından istifadə edərək fəaliyyətimizi davam etdiririk. Bu ideya indi çox yayılıb və ən öncəliklə qəbul edilən fikirdir. Millətimizin bütün enerjisi bu ideyanın gerçəkləşməsinə yönəldilməlidir. Nə qədər ki, tarixi ədalət bərpa edilməyib, Bütöv Azərbaycan qurulmayıb, bizim rahatlığımız olmayacaq. İndi sevindirici hal odur ki, Türkiyədə də İranın gerçək sifəti tanınır. Buradakı soydaşlarımız artıq İranın gerçək müsəlman deyil, müsəlman görünümlü saxtakarlar olduğuna şahid oldular. Bu arada məlumat verim ki, mayın 20-də Türkiyə saatı ilə 21:00-da BENGÜ TÜRK TV-də 2 saatlıq canlı proqramda bu məsələlərdən geniş danışacam. Bütöv Azərbaycan Birliyi ideoloji, Bəyimizin ən çox önəm verdiyi təşkilat olaraq hədəfə çatana qədər mübarizəyə davam edəcəkdir”.
“Yeni Müsavat”
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib