“ABŞ İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına imkan verməz” – KORKODİNOV
Siyaset
Oxunub: 345
20 may 2021 | 17:20
“ABŞ İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına imkan verməz” – KORKODİNOV


“Biz Azərbaycana məğlub olmadıq, ancaq son 23 ildə həyata keçirilmiş hakimiyyətin avantürist və məsuliyyətsiz siyasəti nəticəsində başımıza məğlubiyyət gətirdik. Məğlubiyyətin təməli 1998-ci ildə status-kvonu qorumaq ehtimalı və bir qarış torpaq verməmək prinsipi ilə bağlı yanlış inamla qoyuldu. Məğlubiyyətin sonunu isə Nikol Paşinyan “Artsax Ermənistandır və nöqtə” təxribat xarakterli bəyanatı ilə elan etdi. Və bu, Ermənistanın, Qarabağın sonu idi. 23 il ərzində səlahiyyətlilərimiz realist siyasətin ən vacib üç amilini nəzərə almadılar: güclər nisbəti, müttəfiqlərin varlığı və ya olmaması və ən əsası zamanın geri dönməzliyi”.

Bu fikirləri Baş nazir Nikol Paşinyanın siyasətinə qiymət verən, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan səsləndirib.

Sözügedən bəyanatı və mövcud reallığı AYNA-ya şərh edən tanınmış rusiyalı politoloq Denis Korkodinovun fikrincə, Ermənistanın birinci Prezidenti və Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyanın seçkilərin nəticələrindən sonra milli hökumətə rəhbərlik etmək şansı cüzidir: “Bu, ilk növbədə onun qalib gələcəyi təqdirdə, Rusiya, Azərbaycan və indiki erməni höküməti üçün qətiliklə faydalı olmayan İkinci Qarabağ müharibəsinə son qoymuş üçtərəfli müqavilənin müddəalarına yenidən baxılması ehtimalı ilə bağlıdır. Revanşist siyasət həyata keçiriləcəyi təqdirdə, hökumət üzvləri yalnız öz azadlıqlarını deyil, həm də həyatlarını itirmək riski ilə üz-üzə qalacaqlar”.

“Levon Ter-Petrosyan gənc yaşlarında “Qarabağ” komitəsinin üzvü olmaqla, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən çıxarılmasını tələb edirdi. Bunun sayəsində ermənilərin əksəriyyətinin rəğbətini qazanmağı bacardı və bu da nəticədə ilk dövlət başçısı olmasına imkan verdi. Lakin onsuz da 1991-ci ildə İrəvan Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən rəsmən imtina etdi ki, bu da Qarabağ ermənilərinin Levon Ter-Petrosyanın siyasətindən narazılığını bildirməsi üçün əsas rol oynadı. O, Bakı ilə fəal əməkdaşlıqda günahlandırılırdı ki, bu da müəyyən dərəcədə Ağ Evin kabinetlərində qıcıq doğururdu”, - deyə müsahibimiz bildirib.

“Nəticədə Levon Ter-Petrosyan 1998-ci ildə ABŞ və erməni müxalifətinin təzyiqi altında istefa vermək məcburiyyətində qaldı. Erməni seçicilər ölkənin keçmiş Prezidentinin siyasi fiaskosunun şərtlərini mükəmməl xatırlayır. O, hələ də əhalinin əksəriyyətinin rəğbətini oyatmır: əgər Nikol Paşinyana nifrət edirlərsə, Levon Ter-Petrosyana daha çox nifrət edirlər. Üstəlik, çətin ki, Vaşinqton İkinci Qarabağ müharibəsinin nəticələrinin yenidən nəzərdən keçirilməsinə “yaşıl işıq” yandırsın. Bu nəticələr Nikol Paşinyana də sərf edir. Belə ki, birincisi, Rusiya sülhməramlı kontingentinin köməyinə arxalanmağa imkan verir, ikincisi, müxaliflərini nüfuzdan salmaqla öz daxili siyasi vəzifələrini həll edə bilir”, - Korkodinov vurğulayıb.

Onun qənaətincə, Nikol Paşinyan hakimiyyəti yalnız taxtın onun altında “çalxalanmağa” başladığı zaman müraciət etdiyi siyasi demaqogiya yolu ilə əldə saxlamağı bacarır: “Qəribədir ki, seçicilərin əksəriyyəti ona inanmağa davam edir. Əks təqdirdə, o, Ermənistan hökumətinin başçısı vəzifəsindən çoxdan qovulmuşdu”.

“Əlavə olaraq, Ermənistanın xüsusi xidmət orqanları və polisi də daxil olmaqla, nəhəng repressiv güc aparatı onun əlində olmağa davam edir, bunun sayəsində vətəndaş itaətsizliyinin hər hansı bir hərəkətini yatırmaq mümkündür. Keçmiş Baş Qərargah rəisi Onik Qasparyanla yaşanan qalmaqaldan Nikol Paşinyan, əksər hallarda həddindən artıq itaətkar və ölkə hökuməti başçısının rəyinə müqavimət göstərə bilməyən erməni generallarının mənəviyyatını ciddi şəkildə sarsıtmağı bacardı”, - deyə analitik fikrini yekunlaşdırıb.
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib