Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTO
Siyaset / Bolge
Oxunub: 350
15 may 2021 | 15:31
Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTO


Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verildi.

Qeyd edək ki, Bum çayı üzərində yeni körpü və yol Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev: Cənab Prezident, icazə verin, bu körpünün tikilməsi ilə bağlı o tərəfdəki 11 kənddə yaşayan 20 min əhali adından Sizə minnətdarlığımı bildirim.

Prezident İlham Əliyev: Onların şəhərlə əlaqəsi necə idi?

Səbuhi Abdullayev: Bu 20 min əhalinin əlaqəsi, ümumiyyətlə, kəsilmişdi.

Prezident İlham Əliyev: Necə gəlirdilər, çayın üstündən keçirdilər?

Səbuhi Abdullayev: Bu çayın yatağının eni 703 metrdir. Bu, bizim ən təhlükəli dağ çaylarından biridir və sululuq burada həddindən çox olur.

Prezident İlham Əliyev: Nə vaxt, payız və qış aylarında?

Səbuhi Abdullayev: Bəli. Biz bu suyu borulara yönləndirirdik, insanlar gedirdilər. Bir güclü yağış yağanda yuyub aparırdı. İnsanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət edirdilər.

Bu layihənin icrası əhalinin məşğulluğunun təmin edilməsində və rayon mərkəzi ilə əlaqəsində mühüm rol oynayır.

Səbuhi Abdullayev: Cənab Prezident, Siz o vaxt - 2011-ci ildə Olimpiya Kompleksinin açılışında göstəriş verdiniz ki, biz şəhəri bu tərəfə istiqamətləndirək.

Prezident İlham Əliyev: Bəli, şəhərsalma ilə bağlı.

Səbuhi Abdullayev: Ondan sonra biz bu tərəfdə Peşə Təhsili Mərkəzi, 1 saylı uşaq bağçası, yanğınsöndürmə məntəqəsi inşa etdik. İndi isə Sizin müvafiq Sərəncamınızla 5 hektar ərazidə 160 çarpayılıq xəstəxana tikilir.

Prezident İlham Əliyev: Tikilən xəstəxanadır?

Səbuhi Abdullayev: Bəli, xəstəxana kompleksi tikilir. Artıq bu insanlar işlə təmin olunurlar.

Prezident İlham Əliyev: Şəhər bu tərəfə genişlənir. Artıq gediş-gəliş var. İşə cəlb olunurlar.

Səbuhi Abdullayev: 6-8 dəqiqəyə rayonun mərkəzindədirlər. Amma əvvəl 35 kilometr yol qət edirdilər. Qış aylarında buradan gediş-gəliş yox idi. Ona görə, bu əhali Sizə həmişə minnətdardır.

***

12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.

Qəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTOQəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTOQəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTOQəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTOQəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTOQəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTOQəbələdə Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib - YENİLƏNİB / FOTO
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu