"Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər..." - GƏLİŞMƏ
Siyaset
Oxunub: 412
15 may 2021 | 18:20
"Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər..." - GƏLİŞMƏ


"44 günlük müharibənin yekunu olaraq bölgədə yeni münasibətlərin qurulması üçün mütləq sərhəd problemlərini də həll etmək lazım idi. Zəngəzur dəhlizinin işə salınması və Azərbaycan - Ermənistan arasında sülhün qorunması sərhədlərin delimitasiyası və demarkasiyası olmadan mümkün deyildi".

Sfera.az-ın məlumatına görə, bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O qeyd edib ki, Lavrovun Qafqaza səfərindən sonra müəyyənləşdirilmiş sərhədlərdə sərhəd postlarının qurulmasının ikinci mərhələsinə start verilib:

"Birinci mərhələdə Azərbaycanın cənub - qərb torpaqları ilə Ermənistanın cənub - şərq torpaqları arasında sərhədlərin çəkilməsi həllini tapdı. Lakin indi məlum mövzu ətrafında ciddi spekulyasiyalar baş tutdu.

Laçın və Kəlbəcərin sərhədlərinin müəyyənləşdirilməsi zamanı yaranan hay - küy

İlk saatlardan indiyə qədər Köçəryan tərəfindən idarə olunan KİV-də ciddi şəkildə Nikola Qaragöl mövzusunda pressinq davam edir. Buna cavab olaraq, Paşinyan hakimiyyəti Qaragöl məsələsində Ermənistanda hay - küyün yaranması fonunda pressinq qarşısında qalaraq geosiyasi kartı oymağa başladı. Nikol Köçəryanın son zamanlar iqtisadi və siyasi əlaqələrindən istifadə edərək elektoratını çoxaltması və Qaragöl mövzularının onun reytinqinə mənfi təsir etdiyini başa düşərək növbəti dəfə Fransa - Ermənistan, ABŞ - Ermənistan kartlarını işə saldı".

Z.Məmmədov bildirib ki, Nikol Paşinyan faktiki olaraq Rusiya qarşısında şərt qoyaraq erməni ictimaiyyətinə Moskvanın mövqeyini bir daha göstərmiş oldu:

"O, sabah üzərində məsuliyyət qalmasın deyə, hökumətinin Rusiya tərəfi ilə telefon danışıqları ilə kifayətlənmədi, Rusiya prezidentinə məktub yazdı və məktubda Moskvadan yardım istədi. Beləliklə, fors - major halında "mən Putindən hərbi yardım istədim, lakin o yardımı almadım" tezisini bəyan edəcəyini yazılı sənədlə sabaha saxlamış oldu.

Qaragöl məsələsində Rusiya erməni ictimaiyyəti qarşısında pis vəziyyətdə qaldı. "Azərbaycan ordusu Ermənistan sərhəddini keçdi, amma Rusiya Ermənistan qarşısında öhdəliyini yerinə yetirmədi" şüarını səsləndirməyə yaxın olan anti - rusiyaçılar "baxın bizim dediyimiz həqiqət oldu" deməyə başladılar. Əvəzində, Paşinyan hələlik dəstəyi Vaşinqton və Parisdən aldı".

Politoloqun sözlərinə görə , ABŞ və Fransa Azərbaycan ordusunun öz sərhədləri daxilində olduğunu bilə - bilə Bakını tənqid edən mövqe sərgilədilər:

"Xüsusilə Fransa qırmızı xətti keçərək Kosova variantını işə salmaq istəyində olduğunu gizlətmədi, müharibə vaxtında olduğu kimi yenidən "Azərbaycanın addımlarını" BMT TŞ-na çıxarmaq üçün addımlar atır. Öz növbəsində, Borell timsalında Avropa İttifaqı hələ ki, Makronun mövqeyinə tüpürərək Azərbaycan və Ermənistan arasında sərhədlərin sülh şəraitində müəyyənləşməsinin zəruriliyi haqqında bəyanat verdi.

Beləliklə, mövcud durumda Üçtərəfli Bəyanatda və postmüharibə dövründə əsas maraqlı tərəf olan Rusiya Qaragöl məsələsində həqiqəti deməyənə qədər erməni cəmiyyətində nüfuzunu daha da itirəcək. Deyiləsi cümlə isə budur: bu torpaqlar Azərbaycan ərazisinə daxildir və Ermənistan ordusu geri çəkilməlidir. Paşinyan bu mövzuda Köçəryana uduzdu. Onun bir yolu qalır, seçkiqabağı daxili auditoriya üçün "günahkar" tapmaq. Köçəryan Qaragöl məsələsində Ara Ayvazyanın və bölgədəki generalların "fəaliyyətləri" nəticəsində Paşinyanı tələyə saldı".
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu