MSK fəaliyyəti ilə bağlı tənqidlərə münasibət bildirib
Siyaset
Oxunub: 1 240
11 okt 2015 | 15:01
“İmzaların etibarlılığı ilə bağlı rəylərin etibarsız olduğu, peşəkar ekspertlər tərəfindən verilməməsi ilə bağlı çox fikirlər səslənir. Həmin peşəkar ekspertlər Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərir”.
MSK fəaliyyəti ilə bağlı tənqidlərə münasibət bildirib
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, MSK son instansiya deyil, şikayətlərə məhkəmələrdə də baxıla bilər: “Ölkədə digər müdafiə imkanlarından bəhrələnmək mümkündür və MSK da bu imkanları yaradır. Deyə bilmərik ki, bizim gəldiyimiz nəticələr idealdır. Bəzi dairə seçki komissiyalarının işində çatışmazlıqlara da rast gəlirik. Yaxşı və müsbət nümunə göstərən seçki dairələrinin əhatəsini müəyyən etməliyik. Maarifləndirmə elə qurulmalıdır ki, bunun maarifləndirmənin nəticələrinin yoxlanılması məsələsinə də baxaq. Bəzən iradlar səslənir ki, maarifləndirmə işlərinin nəticələri yoxdur. Daxil olan müraciətlərə baxsaq, işində çatışmazlıq olan seçki dairələrinin sayı 5-dən çox ola bilməz. Amma mən gecə səhərə qədər işləyən, müraciətləri araşdıran çoxluğu ehtimallar üzərində qınamağın qəti əleyhinəyəm. Hesab edirəm ki, MSK-nın fəaliyyəti bu baxımdan yüksək qiymətləndirilməlidir. MSK-nın ən böyük fəaliyyəti ondan ibarətdir ki, vətəndaşın məhkəmədə mövqeyini müdafiə etməsini bu başdan təmin etmiş oluruq”.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, dairə seçki komissiyalarının üzvləri elə seçilməlidir ki, sənədləşdirmə zamanı onların buraxdıqları diqqətsizlik vətəndaşların hüquqlarının pozulması ilə nəticələnməsin: “On minlərlə aşağı seçki komissiyalarının üzvlərinin içərisində diqqətsizləri də ola bilər. Gələcəkdə maarifləndirmə işlərini gücləndirməliyik ki, belə hallar olmasın”.

M. Pənahov bildirib ki, şikayətləri araşdırmaq üçün MSK üzvləri 24 saat çalışır: “MSK həmişə ictimaiyyətin qəbul etdiyi mövqeləri əsas götürür. Elə mübahisəli məqamlar olur ki, ictimaiyyətin dediyini qəbul etsək, hər şey qaydasında olur. MSK aşağı seçki komissiyalarına tələbini çatdırmalıdır ki, sənədləşdirməyə xüsusi diqqət yetirsinlər”.
Dünən, 09:00
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
3-10-2026, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
3-10-2026, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
3-10-2026, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
3-10-2026, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
3-10-2026, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
3-10-2026, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
3-10-2026, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
3-10-2026, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
3-10-2026, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
3-10-2026, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
3-10-2026, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı