AZƏRBAYCANA RAKET ZƏRBƏLƏRİNİ RUSİYANIN ENDİRDİYİ ETİRAF EDİLDİ! - ŞOK FAKT!!!
Siyaset
Oxunub: 1 756
19 apr 2021 | 15:32
AZƏRBAYCANA RAKET ZƏRBƏLƏRİNİ RUSİYANIN ENDİRDİYİ ETİRAF EDİLDİ! - ŞOK FAKT!!!


Kremlin əsas təbliğat alətlərindən olan telejurnalist Vladimir Solovyov son canlı efirində Ukrayna-Rusiya qarşıdurmasından danışarkən Qarabağ mövzusuna da toxunub. Azərbaycanın möhtəşəm qələbəsini və ermənilərin biabırçı məğlubiyyətini heç cür həzm edə bilməyən bu rəzil məxluq növbəti dəfə ölkəmizə qarşı nifrətini gizlətməməklə yanaşı, maraqlı bir etirafa da imza atıb.

AZƏRBAYCANA RAKET ZƏRBƏLƏRİNİ RUSİYANIN ENDİRDİYİ ETİRAF EDİLDİ! - ŞOK FAKT!!!


“AzPolitika.info” xəbər vrir ki, Rusiyanın “Dojd” telekanalında Ukrayna ilə bağlı yayımlanan bir verilişdə V.Solovyovun çıxışına yer verilib. Həmin çıxışda jurnalist adı ilə pərdələnən bu təxribatçı Ukraynaya təkcə Donbassda və Krımla sərhəddə deyil, ölkənin dərinliklərində də raket zərbələri endirməyi və hətta Kiyevi ələ keçirməyi təklif edir. Və bu zaman Rusiyanın Suriyada və Qarabağ müharibəsindəki təcrübəsinə istinad edir.

“Dojd”-un efirində yayımlanan və aşağıda təqdim etdiyimiz videonun 40-cı saniyəsindən başlayaraq, Solovyovun Ukraynaya xitab etdiyi çıxışında deyilir: “Yox, bu artıq Suriyanın, Qarabağın ardınca növbəti variant olacaq. Bu, Ukraynanın dərinliklərindəki infrastruktur, toplaşma yerləri və həyati əhəmiyyətli obyektlərə raket-bomba zərbələrinin endirilməsinin mümkünlüyüdür. Karen Qriorqiyeviçin dediyi kimi, həm də Kiyevin götürülməsi deməkdir...”

Göründüyü kimi, Kremlin üfunət saçan bu ruporu bilərəkdən, ya bilmədən Suriyada olduğu kimi, Azərbaycanın da dərinliklərinə raket-bomba zərbələrinin endirildiyini və bu prosesin birbaşa Rusiyanın iştirakıyla həyata keçirildiyini etiraf edir. Və təklif edir ki, eyni zərbələr Ukraynaya da endirilsin.

Məlum olduğu kimi, müharibənin bitdiyi günlərdə Şuşaya və eləcə də Bakı istiqamətində müxtəlif modifikasiyalı raketlər atılmışdı. Gəncədə, Bərdədə, Tərtərdə dinc əhalinin Ermənistandan atılan raketlərlə qətlə yetirilməsi bütün dünyanın gözü qarşısında baş verdi.

Şuşaya atılmış “İskəndər-M” raketlərinin qalıqları hazırda Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilir və ölkə başçısı bu raketlərin müharibə meydanında, Azərbaycan ərazisində nə gəzdiyini, onların Ermənistanın əlinə necə keçdiyini Rusiyadan soruşsa da, hələ ki, rəsmi Moskva buna susqunluqla cavab verir. Əvəzində, Kreml açıq şəkildə Azərbaycana bu regionda istifadəsi qadağan edilmiş raketlərlə zərbə endirildiyini və Rusiyanın bu işdə birbaşa iştirakını solovyovlar, jirinovskilər və digərlərinin ağzı ilə etiraf edir.

Ancaq maraqlıdır ki, hər şeyin gün kimi aydın, Rusiyanın ermənipərəstliyi və Azərbaycana qarşı təcavüzkar mövqeyi ortada ola-ola Azərbaycanda hələ də Moskvaya qulbeçəlik edənlər, ona xidmət edən “5-ci kolon” nümayəndələri var. Yəqin ki, Bakıya və digər yaşayış məntəqlərimizə atılan həmin raketlkərdən biri bu şərəf yoxsullarının evinə düşsəydi belə, onlar öz naqisliklərindən, satqınlıqlarından, yaltaqlıqlarından əl çəkməyəcəkdilər.

Bütün bu baş verənlər, Solovyov kimilərin utanmaz, hayasız etirafları və Azərbaycana meydan oxumaları “belə bir ölkənin Qarabağda nə işi var”, “Rusiyadan sülhməramlı olarmı” kimi sualları yenidən gündəmə gətirir və cəmiyyətdə haqlı olaraq, bu işğalçının nə zaman Qarabağdan rədd olacağı barədə suallar yaradır.


VİDEOYA BURDAN BAXA BİLƏRSİNİZ
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu