Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”
Siyaset
Oxunub: 396
15 apr 2021 | 13:14
Hərbi ekspert “İskəndər”lər barədə: “Moskva ya sübut etməli, ya cəzalanmalıdır”


Rusiyanın “İskəndər M” raketlərinin Ermənistana satılması beynəlxalq normalara və Raket Texnologiyalarına Nəzarət Rejiminə (RTNR) ziddir.
Bunu Caliber.Az-a müsahibəsində Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin Beynəlxalq İşlər üzrə müdir müavini Mixail Samus Qarabağda “İskəndər M” raket hissələrinin aşkar edilməsini və “Kommersant” qəzetində üç il əvvəl nəşr olunan məqalənin yenidən üzə çıxmasını şərh edərkən bildirib.

Nəşrin yayımında qeyd olunurdu ki, 2016-cı ildə Ermənistan Rusiyadan 9M723 raketləri ilə (eyni işarələr Şuşada tapılan “İskəndər” qalıqlarında da olub) “İskəndər-M” operativ-taktiki raket diviziyonunu alıb.

Bunun ardınca “Kommensant"ın nəşrindən sitat:

“De-yure bu, raket texnologiyalarının yayılmasına dair müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhv etmə mənzili 300 km-dən çoxdur”, - deyə “Kommersant”ın hərbi-texniki əməkdaşlıq sahəsi üzrə həmsöhbəti etiraf edib. - “Moskva belə bir addım atmağa məcbur qalıb: operativ-taktiki raket kompleksləri Ermənistana hücum silahlarının daha geniş arsenalına sahib olan Azərbaycanla hərbi pariteti qorumaq üçün təcili lazım idi. Məhdudiyyətlər altına düşməyən “İskəndər”in ixrac modifikasiyasının hazırlanması üçün vaxt lazım idi (hansı ki, Bakının Qarabağda erməni mövqelərinə hücum qərarı verəcəyi halda yox idi).

Qeyd etmək lazımdır ki, RTNR 1987-ci ildə yaradılıb, 1995-ci ildən bəri isə Rusiya da bu təşkilatda iştirak edir.

Mixail Samusun sözlərinə görə RTNR 300 kilometrdən uzaq mənzilli raketlərin digər ölkələrə ötürülməsini qadağan edir:

“Raketlərin ixrac versiyası təxminən 280 kilometrə qədər atış qabilliyətinə malikdir. Orta və daha qısa mənzilli raketlər haqqında müqavilə dağılanadək 500 kilometrdən çox mənzilli raketlər istehsal etmək olmazdı. Hazırda bu məhdudiyyət götürülüb, öz ordun üçün istənilən mənzilli raketlər yaratmaq mümkündür. İxrac üçün isə ancaq 280-300 kilometr mənzilli raketlərə icazə verilir”.

“Əgər Rusiyanın Ermənistana raketlərin ixrac deyil, daxili istifadə üçün nəzərdə tutulan versiyasının ötürülməsi təsdiqlənərsə, bu, ixrac nəzarəti üzrə beynəlxalq tələblərin birmənalı şəkildə pozulmasıdır və buna sanksiya şəklində cəza nəzərdə tutulur”, - deyə həmsöhbət vurğulayıb.

- Bu məsələ ilə hansı beynəlxalq struktur məşğul olur? Kim sanksiya tətbiq edə bilər və ya etməlidir?

- Prinsipcə, bu BMT-dir. Məsələ ixtisaslaşmış komitələrdə nəzərdən keçirilir.

Əlbəttə, RKTR müqaviləsini pozduğuna görə, kimin cəzalandıracağına dair çoxlu suallar var. Beynəlxalq hüquq sistemi o qədər zəif, “impotentdir” ki, məsələn, Rusiyanın Krımı ilhaq etməsinin qarşısını ala bilməyib.

Ancaq mövzuya qayıtsaq – “İsgəndər M”in Ermənistana verilməsi barədə təsdiqlənmiş fakt raket texnologiyasına nəzarət rejiminin pozulmasıdır. Azərbaycanda raketlərin ixrac olunmayan hissələri varmı? Bu RTNR-in iclasına gətirilməli, ATƏT qoşulmalı və bu qalıqlar nümayiş etdirilməlidir.

Rusiya ya bu tip raketlərin Ermənistana verilmədiyinə dair dəlillər təqdim etməli, ya da cəzalandırılmalıdır. Hər halda, raketlərin təhvil verilməsi bir məsələ, münaqişədə istifadəsi isə başqa məsələdir. Bu daha böyük pozuntudur.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu