Azərbaycan-Rusiya münasibətlərində nə baş verir? - GƏRGİNLİK!
Siyaset
Oxunub: 446
15 apr 2021 | 17:44
Azərbaycan-Rusiya münasibətlərində nə baş verir? - GƏRGİNLİK!


Martın 31-də Rusiya müdafiə nazirinin müavini, general Dmitri Bulqakovun Dağlıq Qarabağa səfəri və “İskəndər” qalmaqalından sonra Bakı – Moskva münasibətlərində hiss olunacaq narazılıq yaranıb. Aprelin 12-13-də Bakıdan verilən bəyanatlarda bu narazılığın səngimədyi, əksinə, artdığı müşahidə olunur.

Bulqakovun səfərinə Bakıdan hər hansı reaksiya bildirilmədi. Ümumiyyətlə, generalın Qarabağa gəlmək üçün Azərbaycan rəhbərliyindən icazə alıb-almadığı da qaranlıq qaldı. Rəsmi səviyyədə olmasa da, informasiya kanallarında Rusiyanın Dağlıq Qarabağdakı fəaliyyətinin tənqid olunması Bakının bu səfərdən narahatlığını göstərirdi.

Bu hadisədən sonra – ötən həftə Azərbaycandakı erməni diversantların geri qaytarılması məsələsi aktuallaşdı. Nikol Paşinyan Moskvada Vladimir Putinlə görüşdə bu məsələni qaldırmışdı. Bunun ardınca Rusiya baş prokuroru İqor Krasnov İrəvana, daha sonra Bakıya gəldi. Onu Qarabağdakı Rusiya sülhməramlılarının komandiri, general Rüstəm Muradov müşayiət edirdi. Elə həmin gün Putin prezident İlham Əliyevə zəng etmişdi. Ardınca o, Türkiyə prezidenti Ərdoğanla telefon söhbətində də Qarabağ məsələsi ətrafında müzakirə aparmışdı. Erməni mediası aprelin 8-də, gecə saatlarında, Muradovun “hərbi əsir”ləri özü ilə İrəvana gətirməsi barədə xəbər yaysa da, bu informasiya yalan çıxdı. Azərbaycan XİN açıqlama yayaraq saxlanılan hərbçilərin əsir yox, diversant olduğunu bildirməklə bərabər bu məsələnin qapandığını ifadə etdi. Azərbaycanın rəsmi mediası bu hadisənin geniş işqlandırdı, Moskvanın tutduğu mövqe qınaqlara məruz qaldı. Rusiya səfirliyi qarşısında müxalifət partiyasının keçirdiyi aksiya da polis müdaxiləsi olmadan bitdi…

Son iki həftədə cərəyan edən bu hadisələri xatırlatmaqla son günlər prezidentin verdiyi bəyanatların nədən qaynaqlandığına aydınlıq gətirməyə çalışacağıq. Aprelin 12-də dövlət başçısı Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi. Parkda Ermənistan ordsundan qənimət kimi ələ keçirilmiş və ya sıradan çıxarılmış, Rusiya istehsalı olan silahlar, zirehli texnika nümayiş olunur. Onlarla bərabər Rusiyanın məşhur “İskəndər-M” operativ-taktiki raket kompleksinin qalıqları da xüsusi stendin arxasına qoyulmuşdu. Prezident stendin qarşısında dayanaraq bildirdi:

“Şuşanı ermənilər bu “İskəndər-M” raketləri ilə atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda?! Bu raketlər olmamalı idi. Hər kəs gəlsin görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik”.

Prezident bu məsələyə bir gün sonra – aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında yenidən qayıtdı:

“Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya prezidenti Vladimir Putinlə “İskəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”.

Bu çıxşdan bir neçə saat sonra Moskvadan cavab gəldi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Rusiya və Azərbaycan hərbi rəhbərliyi Bakının Dağlıq Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılmasına dair yaydığı məlumatla bağlı müzakirələr aparır.

ADA-da keçirilən konfransda İlham Əliyev Qarabağ münaqişəsinin hazırki durumu, Rusiya-Ermənistan hərbi əməkdaşlığı, Rusiya sülhməramlılarının fəaliyyəti və ABŞ-ın Minsk qrupunun həmsədri kimi nümayiş etdirdiyi mövqe ilə bağlı bir neçə önəmli məsələyə toxunub. Prezident deyib ki, müharibədən sonra vəziyyət dəyişib, atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır, müharibədən sonrakı vəziyyət çox kövrəkdir. “Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq” sualına dövlət başçısı olduqca maraqlı və üstüörtülü mesajlarla dolu cavab verib:

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlı yoxdur və heç bir şey baş vermir. Üstəlik, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıda durublar. Heç bir şey baş vermir. Ermənistan ordusu məhv edilib, o, mövcud deyil”.

Prezident Azərbaycan tərəfinin xoşməramlılığına nümunə olaraq Qafanı İrəvanla birləşdirən 21 kilometrlik yolu göstərib:

“O, bizim ərazimizdən keçir, orada sərhədçilərimiz dayanıb, orada hətta “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Onun niyə erməniləri qıcıqlandırdığını bilmirəm, biz sadəcə, onları öz ərazimizdə salamlamaq istəyirdik, ora bizim ərazimizdir, amma onlar hətta plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmirik”.

İlham Əliyev Rusiya ilə Ermənistan arasında davam edən hərbi əməkdaşlığı da qınayıb:

“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.

Prezident Minsk qrupunun həmsədri ABŞ-ı da birətrəfli mövqe tutmaqda və Bakı ilə təmaslardan yayınmaqda qınayıb:

“Yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj almamışıq. Bu gün artıq aprel ayıdır. Heç bir mesaj yoxdur. ABŞ dövlət katibi Entoni Blinken bir qədər öncə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb. Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub. Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”.

Ölkə başçısı vurğulayıb ki, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj prezident Cozef Baydenin Novruz təbriki olub.

Prezident Əliyevin bəyanatlarından belə nəticə çıxarmaq olar ki, rəsmi Bakı Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqedən və hazırda Xankəndindəki fəaliyyətindən ciddi narazıdır. Çünki Kreml Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirir. İstisna deyil ki, burada məqsədlərdən biri aqressiv Rusiya reallığı qarşısında ehtiyatlı mövqe tutmağa məcbur olan Azərbaycan rəhbərliyinin qalib imicini zədələmək, ona ictimai dəstəyi azaltmaqdır. Bu siyasət Bakını Kremlin inteqrasiya layihələrində iştiraka məcbur etmək üçün vacib ola bilər.

Azərbaycan rəhbərliyi isə “İskəndər” məsələsini və digər problemləri davamlı gündəmdə saxlamaqla Moskvadan açıq narazılığını nümayiş etdirir və orada ən vacib mesajlardan biri sülhməramlıların fəaliyyətinin əslində Azərbaycana lazım olmadığını ifadə etməkdir. Görünür, aprelin 8-də baş tutan Putin-Əliyev telefon danışığı rəvan getməyib. Paralel olaraq, ABŞ-ın tutduğu mövqenin tənqid olunması əslində Vaşinqtonu proseslərə ədalətli şəkildə müdaxilə etməyə səsləməyə bənzəyir. //pressklub.az//
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu