Erməni diversantlar niyə qaytarılmadı? - Ceyhun Bayramov AÇIQLADI - VİDEO
Siyaset
Oxunub: 494
9 apr 2021 | 15:30
Erməni diversantlar niyə qaytarılmadı? - Ceyhun Bayramov  AÇIQLADI - VİDEO


“Hərbi əsirlər kimi Ermənistan tərəfindən təqdim olunan mövzunun mahiyyəti fərqlidir. Azərbaycan bütün sahələrdə öz öhdəliklərinə ciddi yanaşan və məsuliyyətli, beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısıdır və bunu dəfələrlə sübut edib. 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra bütün müstəvilərdə Azərbaycan özünü çox məsuliyyətli davranışını təsdiq edib”.
BAKU.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim etdi:

“Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı. Qeyd edim ki, Azərbaycan, həmçinin, mülki şəxsləri, hansılar ki, müharibə zamanı Ermənistan tərəfindən yaşlı mülki şəxslər həmin ərazidə kimsəsiz buraxılmışdı, onları da Qızıl Xaç Təşkilatı vasitəsilə hərbi əməliyyatlar gedən zaman Azərbaycan onları təqdim etdi. Hazırda Ermənistan tərəfindən qaldırılan mövzunun tarixçəsi ilə bağlı qeyd edim ki, bu üçtərəfli bəyanat imzalandıqdan və tərəflər öz üzərinə öhdəlik götürdükdən sonra, təxminən bir ay sonra meydana çıxan məsələdir”.

Ceyhun Bayramov bildirib ki, dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, üçtərəfli bəyanata əsasən, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb:

“Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbiçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbiçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var.

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekuliyasiyalarla üçrərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”.

Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu