Azərbaycan Ermənistana vaxt verib - Daha ağır döyüşlər başlaya bilər?
Siyaset
Oxunub: 372
5 apr 2021 | 19:29
Azərbaycan Ermənistana vaxt verib - Daha ağır döyüşlər başlaya bilər?


Ermənistan yalnız Azərbaycanın düşməni yox, türkün, türkçülüyün düşmənidir.
Fransanın məşhur "france24.com" saytının Dağlıq Qarabağdan hazırladığı xüsusi reportaj erməni adamının daxilində gəzdirdiyi nifrəti çılpaqlığı ilə açıb ortaya qoyub. Xankəndinin mərkəzi küçəsində lentə alınmış kadrlar bir çox məqamları ilə diqqət çəkir.

Jurnalistlərlə danışan ermənilər hər dəfə "türk" ifadəsi işlədirlər. Müsahibə verən ermənilərdən biri deyir ki, hər tərəf türklərdir. Hara baxırıq türkləri görürük. Heç vaxt ağlımıza gəlməzdi ki, türklər gəlib bu yerlərə çıxa bilərlər. Jurnalist sonda izah etməli oldu ki, ermənilər azərbaycanlılara da türk deyirlər. Onlar üçün Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında elə bir fərq yoxdur.

Yerli erməni din xadimi isə bildirir ki, bu, dini müharibə deyil: "Təəssüf ki, biz düşmən xalqların əhatəsində yaşayırıq". Reportajda qeyd olunur ki, Azərbaycan türkcə danışan müsəlman xalqıdır. Türkiyə və Azərbaycanda deyirlər ki, biz iki dövlətik, amma bir millətik.

Tarixdə baş verənlərdən dərs götürmək tarix dərslərindən daha önəmlidir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistana elə bir dərs keçdi ki, düşmən çətin ki yaxın 50 ildə bunu unutsun. Bununla Ermənistanın yalnız Azərbaycana deyil, türk dünyasına zaman-zaman vurduğu yaraların, xainliyin, satqınlığın soyqrımlarının qisası alındı. Erməni ideologiyasının, işğalçılıq siytasətinin həm Azərbaycana, həm digər qonşu ölkələrə, eləcə də türk dövlətlərinə qarşı əsassız torpaq iddiaları məhv oldu. Azərbaycan 6 həftə çəkən müharibə ilə bütün dünyaya türkün gücünü, türk ordusunun nəyə qadir olduğunu göstərdi.

Rəsmi İrəvan da, revanşist qüvvələr də, elə onların arxasında dayanan havadarları da anlamalıdırlar ki, Azərbaycanı yenidən dəmir yumruğunu işə salmaq məcburiyyətində qoya bilərlər. Ermənistanın kapitulyasiya aktı kimi qəbul edilən 10 Noyabr (2020) bəyanatından sonra sənədin müddəlarını yerinə yetirmək əvəzinə təxribatlarından, revanşist açıqlamalarından bir an olsun belə əl çəkməyən Ermənistanın dairələri yeni reallıqlarla barışmaq əvəzinə bu addımlarla aranı yenidən qarışdırmağa, super gücləri regiondakı vəziyyətə müdaxil etməyə sövq etmək üçün əllərindən gələni edirlər. Azərbaycan isə hələ ki, düşmənin vəziyyətdən düzgün nəticə çıxaracağına, xülyalarında qurduqları "məğlubedilməz armada", "böyük Ermənistan" ideologiyalarının sadəcə mif, sabun köpüyündən başqa bir şey olmadığını anlayacağına ümid bəsləyir. Əks halda növbəti ağır və öldürücü zərbə qaçılmaz olacaq.

Necə ki, 27 sentyabra kimi Azərbaycan eyni səbri göstərirdi. Lakin bardağı daşıran son damla istənilən an baş verə bilər. Ermənistan hərbi-siyasi rəhbərliyi, müxtəlif dairələr vəziyyəti düzgün qiymətləndirməzsə, olub-qalan varlıqları da sual altına düşəcək. Azərbaycan Ermənistana qaçdı-tutdu oynamağı dayandırıb bəyanatın müddəalarını icra etmək üçün vaxt verib, əks təqdirdə hər şey dayandığı yerdən davam edəcək...

Mənbə: day.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu