“Gözü” NATO-da olan Ermənistanın revanş planı: - İrəvan hələ də “2 stul” siyasətinə ümidlidir
Siyaset
Oxunub: 398
18 mar 2021 | 17:49
“Gözü” NATO-da olan Ermənistanın revanş planı: - İrəvan hələ də “2 stul” siyasətinə ümidlidir


Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimləri davam edir. 44 günlük müharibədə darmadağın olan işğalçı ordusunun guya var olduğunu “sübut eləmək” üçün məğlub Ermənistan da “balans” xətrinə, guya güc nümayişi üçün təlimlərə başlayıb. Sual da budur ki, neçə vaxtdır əhalisi acından ölən, yeməyə çörək tapmayan Ermənistanın boş yerə vəsaitlərin xərcləndiyi “hərbi təlimləri”, ümumiyyətlə, ordu nəyinə gərəkdir?

II Qarabağ müharibəsi əyani şəkildə göstərdi ki, məğlub ölkə Azərbaycanla silahlanma yarışına girməyi birdəfəlik yaddan çıxarmalıdır. Çünki iki ölkə bu sahədə bir-birinə rəqib sayıla bilməz. Bakı ilə ayaqlaşmaq üçün İrəvanın öz yoxsul əhalisinin boğazından kəsib ordu quruculuğuna yönəltməsi tam mənasız məşğuliyyətdir. Eyni zamanda öz xalqına qarşı böyük pislikdir. Nədən ki, Ermənistan bir daha Azərbaycandan qüdrətli ordu yarada bilməyəcək, yarada bilməz...

*****

Gəl ki, həyasızlıqda ermənilərə həqiqətən tay tapmaq mümkün deyil. Fərq eləməz, bu iqtidardakı erməni rəsmisi olsun, ya müxalifət yetkilisi. Yeri gəlmişkən, erməni müxalifətində belə bir sərsəm iddia hökm sürür ki, guya “artsax xəyanət nəticəsində verilib, döyüş-filan olmayıb”.

O sırada “Əriklər ölkəsi” partiyasının sədri Zarui Postcanyan deyib ki, “Əgər xəyanət olmasaydı, biz (Ermənistan - red.) müharibədə qalib gələrdik”. Üstəlik, o, yeni müharibənin anonsunu edib. “Təsadüfi deyil ki, Ermənistanda da, Azərbaycanda da, Türkiyədə də eyni vaxtda hərbi təlimlər gedir”, - deyə müxalifətçi bildirib.

Adətən qadınlar öz xalqına müharibə yox, sülh arzulayır, bu abırsız axçi isə...

*****

Postcanyanı bəlkə də haradasa anlamaq olar. Müxalifət adətən hakimiyyəti ələ keçirmək üçün bəzi məsələlərdə iqtidardan daha radikal mövqe tutur. Lakin söhbət hərb, yoxsa sülh dilemması kimi olduqca riskli seçimdən gedir ki, bu məsələdə Zauri Postancyanla eyni mövqedə olan müxalifətçi liderlər kifayət qədər çoxdur.

Əfsus ki, Paşinyan hökumətinin ağzından da sülh yox, “qan iyi” gəlir. Bu da təptəzə fakt.

Srağagün Paşinyan İrəvanda ATƏT-in icraçı sədri Ann Linde ilə görüşündə deyib: “Qarabağ münaqişəsinin (?! - red.) həlli yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində mümkündür”. O, Minsk Qrupunun “sülh prosesinin bərpası və problemin hərtərəfli həlli” yönündə fəaliyyətini intensivləşdirməsinin vacibliyindən danışıb və bu çərçivədə “Dağlıq Qarabağın statusunu və ”artsax" ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməsini aydınlaşdırmağın mühüm olduğunu" söyləyib. Paşinyana görə, yalnız konstruktiv səylərlə bölgədə uzunmüddətli sülh və sabitlik mümkündür və əlavə edib ki, guya rəsmi Bakının “davam edən aqressiv və destruktiv bəyanatları” buna heç cür kömək etmir.

N.Paşinyandan öncə isə eyni fikri ATƏT sədri ilə görüşdə Ermənistan XİN rəhbəri Ara Ayvazyan dilə gətirib - özü də daha sərt formada. Üstəlik, o, Türkiyə və Azərbaycanı “suriyalı muzdluları” da cəlb eləməklə “artsax”a qarşı “təcavüzdə” suçlayıb.

İndi İrəvan rəsmilərinin bu sözlərini necə müharibəyə yox, sülhə çağırış kimi, xoş məram əlaməti kimi yozasan? Axı həmin ATƏT sədri Bakıda etiraf eləmişdi ki, artıq Qarabağ məsələsində reallıq tamamilə dəyişib (İnsafən İrəvanda da bunun əksinə yönəlik bir şey demədi). Yəni artıq İrəvanın status xülyası da, “öz müqəddəratını təyin etmə” xəyalı da, on illərlə bölgəyə turist səfərləri eləmiş ermənipərəst Minsk Qrupu da cəhənnəmlik olub gedib. Daldan nə qədər daş atmaq olar?

Qısası, ya İrəvan yeni gerçəklə barışıb sülhə hazırlaşacaq, barışığa, əməkdaşlığa real töhfə verməli olacaq, - hansı ki, hamıdan çox onun özünə lazımdır - ya da Azərbaycanın növbəti və daha ağrılı “dəmir yumruğu”nu yeməyi göz önünə gətirməlidir...

*****

“Bakı və İrəvanın rəsmi açıqlamaları arasındakı təzada diqqət edin: Azərbaycan sülhə və iqtisadi əməkdaşlığa, Ermənistan isə revanşa və yeni bir müharibəyə çağırır. Özü də o vaxt ki, hərbi komandanlığı tərəfindən taleyin ümidinə buraxılan erməni əsgərləri Azərbaycanla sərhəddə qarda, çadırlarda donur və dözülməz xidmət və yaşayış şəraitindən şikayət edirlər”.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.

“Ermənistan müxalifəti də bilir ki, Azərbaycan zarafat ediləsi dövlət deyil”.

Bunu isə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı” körpüsünə açıqlaamasında bildirib.

Onun sözlərinə görə, Ermənistandakı daxili siyasi təlatümlər Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatların icrasını ləngidə və bu mənada onların effektivliyinə təsir edə bilər, lakin Ermənistanda kim hakimiyyət olur-olsun, nə qədər revanşist çağırışlar edilir-edilsin, Qarabağla bağlı razılaşmanı yerinə yetirməli olacaqlar. “Revanş ssenarisini həyata keçirmək cəhdi axmaqlıqdır”, - rusiyalı siyasətçi xəbərdarlıq edib.

*****

Bu arada məlum olub ki, rəsmi İrəvan kapitulyasiyadan sonra da “2 stul” siyasətini davam etdirmək əzmindədir. Hər halda, aşağıdakı xəbərdən bu qənaət hasil olur. Belə ki, “Yeni Müsavat”ın Rusiya qaynağına istinadən verdiyi məlumata görə, Ermənistan NATO-nun anti-Rusiya təlimlərinə qatılmağı planlaşdırır.

Bu haqda rusiyalı hərbi analitik Aleksandr Xarçenko bildirib. Məlumata əsasən, Qərb KİV-ləri bu il üçün Alyansın blokdankənar tərəfdaşlarla birgə təlimləri haqda informasiya yayıb və məlum olub ki, siyahıda Ermənistanın da adı var.

Bir yandan darmadağın olan ordusunu KTMT bloku üzrə tərəfdaşı Rusiya hesabına təzədən qurmağa çalışan, az qala Moskvaya yalvaran Ermənistan, nə qədər qəribə də olsa, digər yandan NATO-dan ümidlərini üzmür. Gerçəkdən erməni xislətini anlamaq asan deyil.

“Ermənistan rəhbərliyi hələ də ”2 stul"da oturmağa çalışır. Halbuki kiminlə “parlaq gələcəyə addımlamaq”la bağlı qərar verməyin vaxtı gəlib. NATO təlimlərində rus zabitlər də iştirak edəcək, lakin onlar yalnız tədbiri müşahidə edəcəklər. Təlimləri müşahidə eləmək və ya orada iştirak etmək isə tam fərqli şeylərdir. Əgər sən öz hərbçilərini səngərə göndərmisənsə, bu, o deməkdir ki, mesaj verirsən ki, (Rusiya ilə - red.) münaqişə olacağı halda (NATO ilə - red.) əməkdaşlıq variantlarını müzakirə etməyə hazırıq", - deyə rusiyalı ekspert vurğulayıb.

Doğrudan da iqtidarlı-müxalifətli ermənilər üçün seçim vaxtı yetişib: ya qonşularla sülh, inkişaf, daimi tərəqqi yolu, ya da müharibə, əbədi yoxsulluq və nifrət hədəfi olmaq yolu...
“Yeni Müsavat”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu