Ərdoğan və Putinin telefon danışığında kritik məqam - TƏHLİL
Siyaset
Oxunub: 331
29 iy 2020 | 18:46
Ərdoğan və Putinin telefon danışığında kritik məqam - TƏHLİL


Tovuz istiqamətindəki son hərbi toqquşma Ermənistan üçün geosiyasi planda əsl fiasko ilə yekunlaşıb. Düşmən tərəfdən səslənən hər cür təbliğati-siyasi demaqogiyaya rəğmən, Ermənistan silahlı qüvvələri Azərbaycandan bircə santimetr belə, ərazi qopara bilməyib. Bunun qarşılığında isə İrəvan kifayət qədər sərt beynəlxalq təpki və qınaqla üzləşib. Hətta Ermənistanın təmsil olunduğu KTMT (“Rus NATO-su”) blokunun əksər üzvləri ölkəmizin yanında yer alıb, ərazi bütövlüyümüzü müdafiə edən bəyanatlar səsləndirib.

Öz növbəsində Rusiya Ermənistanın əsas müttəfiqi olmasına baxmayaraq, neytral mövqe sərgiləyərək İrəvanı məyus edib. Türkiyənin, bizə dost-müttəfiq olan digər dövlətlərin, Türk Şurası ölkələrinin, Qoşulmamaq Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının prinsipial mövqeləri də öz yerində.

“Ermənistanın boyunu aşan bu hadisə”yə görə, yəni neft-qaz kəmərlərinə təhdid niyyəti güdüldüyünə görə işğalçı ölkə qlobal miqyasda, Avropada da güclü qınaq hədəfi olub. ABŞ Konqresində isə erməni lobbisinin ciddi səylərinə rəğmən, Konqres tarixində ilk dəfə olaraq Ermənistana qarşı misli görünməmiş, onu işğalçı kimi tanıyan qətnamə qəbul olunub - hansının şokundan ki, ermənilər hələ də çıxa bilmir.

Bundan əlavə, dünya miqyasında, özəlliklə Rusiyada, Moskvada soydaşlarımız tərəfindən ermənilərə qarşı iqtisadi sanksiyalar işə salınıb. Doğrudur, sanksiyalar Rusiya hökumətinin müdaxiləsindən və ermənilərin yalvar-yaxarından sonra bir qədər səngiyib. Ancaq istənilən halda, bu, mənfur millətə xəbərdarlıq mesajı oldu ki, İrəvan işğalçı siyasətə son qoymayınca erməni xalqı bundan da betər günə qalacaq.

*****

Bu da hamısı deyil. Ermənistanın son sərhəd təxribatı Türkiyə və Rusiyanı Qarabağ konfliktinin həlli yönündə birgə hərəkət etmək zərurəti qarşısında qoyub. Ötən sayımızda yazdığımız kimi, artıq şimal qonşumuzun ekspert çevrələrində problemin həlli üçün ən məqbul format kimi Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan dördlüyündən danışmağa başlayıblar. Beləcə, İrəvanın beynəlxalq hüquqa zidd davranışları və davam edən azğınlığı, işğalçı siyasəti qardaş ölkəni sürətlə nizamlama prosesinə qoşmaqdadır.

Heç sübhisiz, prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Ankara rəsmilərinin, o cümlədən müdafiə naziri Hülusi Akarın məlum hadisələr zamanı verdikləri və həm də Rusiyaya ünvanlı olduqca sərt bəyanat-mesajlarını Moskvada düzgün anlayıblar. Mesaj da ondan ibarətdir ki, Azərbaycan-Ermənistan konfliktinin uzanması Türkiyə-Rusiya strateji əməkdaşlığını da təhlükə altına alır. Çıxan nəticə həmçinin budur ki, İrəvan 12 iyuldakı avantürist hərəkətləri ilə Kremlin başını hələ çox ağrıdacaq, onun tərəfdaşları ilə əlaqələrini zaman-zaman sınağa çəkəcək.

Demək, nə qədər gec deyil, sözdən əmələ keçmək, konfliktin həllində real irəliləyişə nail olmaq zamanı çatıb. Əgər Kreml bu riskləri yalnızca “kənara itələmək” yox, ciddi və daimi şəkildə ləğv etmək istəyisə, o halda onun İrəvana təzyiq üçün real tədbirlə qərar verməsinin vaxtı çatıb. Ya da Moskva heç olmasa, Ermənistana açıq şəkildə mesaj göndərməlidir ki, Azərbaycanın işğal olunmuş torpaqları KTMT-nin və Rusiya-Ermənistan “müdafiə” sazişlərinin məsuliyyət zonasından kənardadır və Moskva hansısa “boru kəməri”, yaxud “dəmir yolu” mülahizələrindən asılı olmayaraq, təcavüzü və işğalı təşviq etməyəcək.

*****

Maraqlıdır ki, məhz bu təhdidlər fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub və iki lider Cənubi Qafqazda, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi kontekstində müzakirələr aparıb.

Kremlin mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir: “Liderlər Ermənistan-Azərbaycan dövlət sərhədi ərazisindəki vəziyyətin gərginləşməsi kontekstində Cənubi Qafqazla bağlı fikir mübadiləsi aparıblar. Putin gərginliyin artmasına səbəb olan hər hansı hərəkətin qarşısını almağın vacibliyini vurğulayıb. Hər iki tərəf münaqişə vəziyyətinin yalnız sülh yolu, danışıqlar yolu ilə həllində maraqlı olduqlarını ifadə ediblər. Liderlər bölgəni sabitləşdirmək üçün səyləri əlaqələndirməyə hazır olduqlarını da əlavə ediblər”.

Prezidentlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq siyasi və diplomatik şəkildə həllinə alternativin olmadığını qeyd ediblər. Diqqətçəkicidir ki, rəsmi Kremlin açıqlamasında mifik “Dağlıq Qarabağ xalqı”ndan əsla söhbət getmir, münaqişə tərəfləri kimi Azərbaycanla Ermənistanın adı çəkilir və beynəlxalq hüquqa vurğu salınır. Beynəlxalq hüququn birinci və əsas prinsipi isə ərazi bütövlüyüdür.

“İşğalçı Ermənistandır. Dünən hörmətli prezidentimiz bunu hörmətli Putinə açıq şəkildə izah etdi”. Bu sözləri isə CNN Türk-ə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ərdoğan və Putin arasındakı telefon danışığına münasibət bildirərkən deyib.

“Biz Azərbaycanın yanındayıq. Bu, prezidentimizin mövqeyidir və bununla bağlı zərrəcə şübhə yoxdur. Azərbaycana təhdid hardan gəlir-gəlsin, Türkiyə onun yanında olacaq. Ancaq bu, diplomatik kanalların bağlanması anlamına gəlmir. Deyə bilərəm ki, Putinlə telefon danışığı çox yaxşı nəticələrə səbəb oldu”, - deyə o qeyd edib.

*****

Ərdoğan və Putinin telefon danışığında ən kritik məqam da, bizcə, elə bundan ibarətdir. Ankara Kremlə açıq mətnlə tələb qoyub: “İşğalçına sahib çıx, vassalını ağla gətir!..”

Görünən həm də budur ki, Türkiyə Güney Qafqazla bağlı mövqeyini daha qətiyyətlə ortaya qoymaqda, bölgədə ayağını getdikcə daha möhkəm və inamla başmaqdadır. Azərbaycanla gözlənilən növbəti birgə və genişmiqyaslı hərbi təlim, şəkk-şübhəsiz, bunun növbəti əyani nümayişi olacaq.

Daha bir qənaət belədir ki, Türkiyə faktorunu regionda qulaqardı etmək çətinləşməkdədir. Öncəliklə də Ermənistanın şəriksiz sahibi Rusiya üçün. Bu isə Qarabağ münaqişəsinin həlli perspektivinə Azərbaycanın xeyrinə yeni və çox qiymətli gəlişmə deməkdir...
“Yeni Müsavat”
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO