Ölkədə siyasi gərginliyi körükləyənlər - hədəfdə Azərbaycandır
Siyaset
Oxunub: 336
25 iy 2020 | 19:46
Ölkədə siyasi gərginliyi körükləyənlər - hədəfdə Azərbaycandır


Azərbaycan hakimiyyəti ilə siyasi partiyalar, müxalifət partiyaları arasında, həmçinin hakimiyyətlə ölkənin bir sıra ictimai xadimləri arasında görüşlər, dialoq davam edir. Ölkədə elan olunan yeni siyasi konfiqurasiyanın yaranması prosesi genişlənir.

Hakimiyyətin siyasi ortamı yumşaltmağa çalışdığı ortadadır. Amma bunu istəməyən qüvvələr də var. Həm Milli Şuranın, həm də vəzifədən uzaqlaşdırılmış bir sıra keçmiş məmurların bu prosesə mane olmaq istəyi müşahidə edilir. Xüsusilə Milli Şura ölkədə siyasi gərginliyin azalmasına qarşıdır. Bunu açıqca bildirirlər.

Bəs bu qüvvələr istəklərinə nail ola bilərlərmi və onlara bu işdə hakimiyyətin içindən bu və ya başqa formada dəstək ola bilərmi?

Yeni Azərbaycan Partiyasının deputatı, komissiya sədri Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşır: “Bu siyasi konfiqurasiyanın formalaşması ölkə prezidenti cənab İlham Əliyevin hərtərəfli dərinləşən genişmiqyaslı islahatlarının mühüm tərkib hissəsi, həm də bir nəticəsi kimi qiymətləndirilə bilər. Parlament seçkiləri, eyni zamanda parlamentin rəhbərliyinin tərkibinə baxsanız artıq bu dediklərimizin əyani təsdiqini tapmış olarsınız. Eyni zamanda, Prezident Administrasiyasında xüsusi bir şöbə yaradılıb. Bu Qanunverici hakimiyyət və siyasi partiyalarla iş əlaqələr şöbəsidir. Bu şöbənin birbaşa funksiyası nəticə etibarilə ona istiqamətlənib ki, ölkəmizdəki siyasi mühit daha da təkmilləşsin, dialoq mühitini dərinləşsin. Çünki dialoq mühiti olmadan hər hansı siyasi mühitin daha da liberallaşmasından və onun daha normal məcrada inkişafından söhbət gedə bilməz. Siyasi dialoqu iqtidar başlayıb və iqtidar bu təkliflə çıxış edib. Çox sevindirici haldır ki, ölkəmizdəki əsas siyasi partiyalar, əksər siyasi partiyalar bu prosesin fəal iştirakçısına çevrilib. Prezident Administrasiyasında görüşlər keçirilir. Bu görüşlərdə həm ümummilli məsələlər müzakirə olunur. O məsələlər ki, orada ümumiyyətlə iqtidar-müxalifət bölgüsü yoxdur. Sözün həqiqi mənasında çox uğurlu bir prosesdir və prosesin iştirakçıları da məmnunluqlarını ifadə edirlər. Prosesin konkret nəticələrini də görürük. Belə ki, Ermənistanın son hərbi təxribatından sonra siyasi dialoqun nəticələri göz qabağındadır - 47 siyasi partiya birgə bəyanatla çıxış edib dövlətin, ordunun, Ali Baş Komandanın yanında olduqlarını bildirirlər və düşmənə qarşı hamının səylərinin birləşdirilməsi prosesinin fəal iştirakçıları olduqlarını ifadə edirlər. Bu, çox sevindirici haldır”.

Deputatın sözlərinə görə, müxalifətin özü də tərkib etibarilə müxtəlifdir: “Müxalifətin əsas hissəsi qeyd etdiyimiz kimi ümummilli məsələlərdə dövlətin yanındadır. Bu, hissə dialoqda, görüşlərdə iştirak edir, problemləri açıq şəkildə dilə gətirir və ondan çıxış yolları tapılması üçün də fəal, konstruktiv mövqe ortaya qoyur. Konkret şərtlər irəli sürmədən, siyasi ambisiyalarını ortaya qoymadan məhz problemlərin həllinə yönələn mövqe ortaya qoyur, dəstəyini verir, təkliflər irəli sürür. Ancaq yekcins olmayan müxalifətin tərkibində bir radikal qanad da var. Onu da AXCP, Milli Şura adında qrup təmsil edir. Haqlı olaraq ölkə prezidenti cənab İlham Əliyev həmin Milli Şuranı anti-Milli Şura adlandırdı. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, haqqında bəhs etdiyimiz bu iki qrupun indiki situasiyada belə, ənənəvi radikal, dağıdıcı mövqeyindən əl çəkmədiyi son bir iki həftədə bəlli oldu. Onlar Ermənistanın Azərbaycan sərhədində hərbi təxribatından sonra yaranmış vəziyyətdən-xalqın orduya dəstək aksiyasından belə, öz şəxsi siyasi maraqları üçün istifadə etməyə çalışdılar. Bu qrupa və zaman-zaman vəzifələrindən kənarlaşdırılmış bəzi adamlara ölkədə yeni siyasi konfiqurasiya sərf etmir, onlar dialoq mühitinin olmasını, əməkdaşlıq mühitini istəmirlər. Onlara ölkədə gərginlik, iqtidarla müxalifət arasında qarşıdurmalar sanki sərf edir. Ona görə də çalışırlar və bundan sonra cəhd edə bilərlər ki, sağlam dialoq mühitini pozsunlar, bu prosesin qarşısını hansısa şəkildə alsınlar. Lakin buna nail ola bilməyəcəklər. Çünki yeni siyasi konfiqurasiyanın yaranmasında ölkənin birinci şəxsinin iradəsi ortadadır, eyni zamanda siyasi partiyaların, ziyalıların, ictimai xadimlərin böyük əksəriyyəti bu prosesi dəstəkləyir, xalqımız da bundan məmnundur. Odur ki, kiçik bir qrupun prosesi pozmaq şansı yoxdur. Onlara hakimiyyət daxilindən dəstək verəcək qüvvə də yoxdur”.
“Yeni Müsavat”
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO