“Qarabağı almaq üçün“Dikaya diviziya” yaradılsın və vəzifəlilər “sandığın ağzını açsın” - Deputatdan ÇAĞIRIŞ
Siyaset
Oxunub: 828
23 iy 2020 | 19:19
“Qarabağı almaq üçün“Dikaya diviziya” yaradılsın və vəzifəlilər “sandığın ağzını açsın” - Deputatdan ÇAĞIRIŞ


2016-cı ilin qısa müddətli aprel döyüşlərində Azərbaycan ordusu Qarabağda hərbi üstünlük əldə etdi.

Uğurlu əməliyyatlar, müəyyən ərazilərin işğaldan azad edilməsi cəmiyyətdə ruh yüksəkliyi yaratdı. Aprel döyüşlərindən 4 il sonra, bu ilin iyul ayında yenidən oxşar situasiya yaranıb. Erməni silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədini Tovuz istiqamətində pozaraq bölgədə vəziyyəti gərginləşdirib.

Qanlı döyüşlər gedib. Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlər Azərbaycanın haqq savaşına dəstək verib. Xalq orduya dəstək yürüşünə çıxıb. İnsanlar könüllü olaraq orduya yazılıblar. Bu günə olan rəsmi məlumata görə, 55 min nəfər könüllü olaraq orduya yazılıb.

Belə bir vəziyyətdə Azərbaycan Dağlıq Qarabağı işğladan azad edə bilərmi?

“Peşəkar ordu yaratmaq barədə düşünməliyik”

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Cebhe.info-ya açıqlamasında Qarabağ məsələsində belə tez həvəslənməyin doğru olmadığını deyib:

“Biz birinci növbədə peşəkar ordu yaratmaq barədə düşünməliyik. Məsələn, 55 min adam könüllü olaraq orduya yazılıb, onların bəziləri də imkanlı adamlardır. Yəni müəyyən dərəcədə vəzifədə olan şəxslər var. Elə peşəkar ordunun da əsasını belə qurmaq olar. Vaxtilə 1918-ci ildə “Dikaya diviziya” (“Vəhşi diviziya”) adlı birləşmə yaradılmışdı. Bunun şəxsi heyətini Zeynalabdin Tağıyevin və digər neft messenantlarının uşaqları təşkil edirdi. Onların pulunun ödənilməsinə də elə özləri müəyyən dərəcədə dəstək verirdilər. Elə bu bazada da fikrimcə, peşəkar ordunun yaranması istiqamətində proseslərə başlamaq olar. Təbii ki, digər peşəkar insanları da bura qatmaq olar, amma təkcə dövlət dəstəyi ilə bu edilməsin, həm də söylədiyim kimi, müəyyən dərəcənin gücü çatır, ordu quruculuğuna kömək edə bilər. Bu istiqamətdə belə bir peşəkar ordunun yaradılması istiqamətində addımlar atmaq olar. 1918-ci ildəki “Dikaya diviziya” formasında birləşmə yaratmaq mümkündür. Nuru Paşanın rəhbərlik etdiyi türk ordusu gələndə bunlar ordunun əsasını təşkil etdilər. İndi nizami ordumuz var, amma Dağlıq Qarabağda müharibəni nizami ordu ilə aparmaq mümkün deyil. Burada mütləq xüsusi təyinatlı qüvvələrə ehtiyac var. Ona görə də düşünürəm ki, elə o müraciət edən könüllülərin içində fiziki və başqa üstünlüklərinə görə hazırlıqlı olanları seçib orduya cəlb etmək, maaş vermək olar. İmkanlı şəxslər, hətta İcra Hakimiyyətinin başçısı da orduya yazılıb. Amma onların hərbiyə getməyinə ehtiyac yoxdur. Elə bir az “sandığın ağzını açsalar”, əməlli- başlı peşəkar ordu yaratmaq mümkündür. Bu kimi məsələlərdə həm də səmimiyyət ortaya qoymaq olarsa, yaxşı bir ordu qurmaq imkanına sahibik. Bizim xüsusi təyinatlı hazırlayan yaxşı bir mərkəzimiz var. Onları orada hazırlayıb yeni bir birlikləri formalaşdırmaq olar. Çünki peşəkar ordu olmadan müharibəni udmaq imkanlarımız xeyli çətinləşir. Çünki söhbət dağlıq ərazidə döyüşlərdən gedir. Ona görə də onların hamısını dağlıq şəraitində döyüşlərə hazırlamaq lazımdır. Belə bir varianta getsək və tam arxayın olandan sonra ki, bütün cəbhə boyu bizim məhz peşəkar qüvvələrimiz məsələni həll edəcək, o zaman problem olmaz. Diqqət etsəniz, aprel döyüşlərinin ilkin mərhələsində bizim xüsusi təyinatlılar əsas mövqeləri götürmüşdülər. Amma göründüyü kimi, mövqeni götürmək kifayət deyil, qüvvə çox olmalıdır ki, tutulan mövqeləri qoruyub saxlaya bilsin. Bu baxımdan, belə bir variant üzərində düşünməyin vaxtıdır”.

“Fürsət yaranıb, torpaqları ala bilərik”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bildirib ki, fürsət yaranıb, Qarabağı ala bilərik:

“Yəni Azərbaycanda bu gün 55 min adam könüllü şəkildə orduya getməyə hazırdır. Türkiyə özünün bütün hərbi sənayesini Azərbaycanın ixtiyarına verib. Pakistan da dəstək verir. Rusiya-erməni ittifaqına qarşı çox böyük bir parlaq qələbə çala bilərik”.
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI