Tovuzdan dünyaya mesaj — MÜHARİBƏ QAÇILMAZDIR və...
Siyaset
Oxunub: 625
22 iy 2020 | 21:46
Tovuzdan dünyaya mesaj — MÜHARİBƏ QAÇILMAZDIR və...


Millət vəkili Azər Badamov Azərbaycan-Ermənistan sərhhədinin Tovuz rayonu istiqamətində düşmənin həyata keçirdiyi təxribatla bağlı Redaktor.az-a müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib.
- Azər bəy, Ermənistan-Azərbaycan sərhhəddində baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri qiymətləndirərkən xüsuilə bir neçə məqama diqqət yetirməliyik.

Birincisi, Ermənistanda dərinləşən siyasi-iqtisadi böhrandan yaranan vətəndaş narazılıqlarını sakitləşdimək xarakterini daşıyır. Çünki Paşinyan hakimiyyətə gələndə ermənilərə cənnəti vəd etmişdi. Amma reallıq onu göstərdi ki, nəinki hər hansı müsbət irəlliləyişə nail olmaq, hətta ondan əvvəlkilərin qurduqlarını da yavaş-yavaş məhv etdi və ölksində diktator rejimi qurdu.

İkincisi, Dağlıq Qarabağ və onun ətrafında işğal olunmuş rayonları beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqları kimi tanınır. Bu gün dünya ölkələri həmişəkindən də çox Azərbaycanı dəstəkləyir. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olmasına baxmayaraq, düşmən tərəfi sadəcə vaxtı uzatmaq üçün danışıqlara getmək istəmir. Ermənilər bilirlər ki, Qarabağda müharibə başlasa, bu, işğalın sonu deməkdir və ona görə də Qarabağ sərhədlərindən uzaqda, Tovuz istiqamətində təxribat törətməklə diqqətimizi Qarabağdan yayındırmaq istədi.

Üçüncüsü, Azərbaycanın dünyada nüfuzu günü-gündən artır. Azərbaycanın təşkilatçılığı ilə TDƏŞ-nın və Qoşulmama Hərəkatının onlayn zirvə toplantıları təşkil olundu. COVID-19 infeksiyası ilə bağlı xüsusi sesiyasının çağırılması ilə əlaqədar BMT-yə göndərdiyimiz müraciət dünya ölkələri tərəfindən dəstəkləndi və 10-iyulda xüsusi sesiyasının gündəliyi təsdiq olundu. Ermənilər öz paxıllığını gizlədə bilməyərək, sərhəddə münaqişə törətmək, Azərbayacnın beynəlxalq imicinə ləkə vurmaq istədi. Vəziyyət isə tamamilə əksinə oldu. Bütün dünya erməniləri günahlandırdı və Azərbaycana dəstək olduğunu nümayiş etdirdi.
- Sizcə, Azərbaycan yaranmış vəziyyətdən istifadə edib, işğal altında olan ərazilərdə hərbi əməliyyatlara başlamalıdırmı?

- Mən bununla razı deyiləm. Çünki işğal altındakı torpaqlar bizim ərazilərimizdir. Torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar BMT-nin dörd qətnaməsi və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatları mövcuddur. Azərbaycana işğal altındakı torpaqlarda hərbi əməliyyatlara başlamaq üçün hər hansı erməni təxribatına ehtiyacı yoxdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi haqqıdır və beynəlxalq hüquq da bizim tərəfimizdədir.

Azərbaycanın nə vaxt hərbi əməliyyatlara başlaya biləcəyini ölkə başçısı hamımızdan yaxşı bilir. Prezident dünyada, regionda baş verən prosesləri daha yaxşı görür və əlbəttə ki, hərbi əməliyyatlara başlanması üçün optimal mühit yarananda qərarını verəcəkdir. Biz vətəndaşlar isə emosiyalara qapılmamalıyıq və hadisələrə təmkinlə yanaşaraq, Ali Baş Komandanın qərarını gözləməliyik. Biz müharibəni elə başlamalıyıq ki, bu, tam qələbə ilə nəticələnsin.

- Tovuz hadisələri bizə və dünyaya hansı mesajı verdi?

- Tovuz hadisələri dünyaya bir daha göstərdi ki, Azərbaycan əhalisi torpaqların işğal altında qalması ilə razılaşmayacaq və hamılıqla səfərbər olunmağa hazırdır. Prezidentin bir çağırışına 50 mindən çox insan müharibəyə getmək üçün qeydiyyatdan keçdi. Bütün dünyada yaşayan Azərbaycanlılar da lazım olan vaxtı vətənə qayıdacaqlarını bildirir. Bu, bir daha onu göstərdi ki, ölkəmizdə xalq iqtidar birliyi möhkəmdir. Azərbaycan əhalisi Prezidentin qərarlarından razıdır və erməniləri torpaqlarımızdan qovmaq üçün Ali Baş komandanın əmrini gözləyir.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?