Azərbaycan Rusiya ilə birləşir
Siyaset
Oxunub: 1 402
2 okt 2015 | 14:09
Elmar Məmmədyarov Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmağın istisna edilmədiyini bildirib.
Azərbaycan Rusiya ilə birləşir
"Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna edilmir."

ANS PRESS-in məlumatına görə, "Sputnik" agentliyinə müsahibəsi zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib: “Heç zaman heç zaman demə”,- Azərbaycan XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ölkəsi Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəldir.

29 may 2014-cü il tarixində Belarus , Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını kordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.
Azərbaycanın 20 ildən çoxdur ki, müharibə şəraitində yaşadığı Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvülük barədə müqavilə imzalayıb. İşğalçı dövlətlə eyni bir iqtisadi birlikdə olmaq istər-istəməz əməkdaşlıq mühitinin yaranması deməkdir. Dünyada indiyə qədər iki düşmən dövlətin eyni iqtisadi birliyə daxil olması təcrübəsinə rast gəlinməyib.

Politoloq Qalib Hüseynli bildirdi ki, Azərbaycanın bu ittifaqa daxil olması yalnız Rusiyanın bizim şərtlərimizi qəbul edəcəyi təqdirdə mümkün ola bilər. "Bu şərtlərə isə ilk növbədə Ermənistan tərəfindən işğal olunan yeddi rayonun qaytarılması, daha sonra Dağlıq Qarabağın statusu məsələsində Azərbaycanın mövqeyinə yaxın mövqe nümayiş etdirilməsi daxildir. Yalnız bunlar icra olunarsa, Azərbaycan Avrasiya İttifaqına daxil ola bilər",- deyə politoloq vurğulayıb.

Qalib Hüseynli qeyd etdi ki, başqa bir şərt daxilində Azərbaycanın müstəqiliyini müəyyən qədər məhdudlaşdıra biləcək və həm də gələcəyi müəyyən qədər şüphəli olan birliyə daxil olması mümkün deyil.

Məlumdur ki, bu iqtisadi birlik digər bir tərəfdən faktiki olaraq Qərb və Birləşmiş Ştatların keçmiş post-sovet ölkələri üzərində nəzarətini azaltmaq üçün yaradılıb. Qərbin narahatlığını hələ Amerikanın dövlət katibi olarkən Hillari Klinton ifadə etmişdi. O, bu narahatlığını 2012-ci ildə Dublində jurnalistlərə müsahibə verərkən bildirmişdi. "Bölgənin yenidən sovetləşdirilməsi tendensiyası müşahidə edilir. Əlbəttə, bu fərqli bir ad daşıyacaq. Onu Gömrük ittifaqı, Avrasiya ittifaqı adlandıracaqlar və eyni ruhda fəaliyyətini davam etdirəcək. Lakin gəlin özümüzü aldatmayaq. Biz bilirik bu prosesin məqsədi nədir və biz çalışırıq ki, onu yavaşıltmaq və qarşısını almaq üçün yollar tapaq,"-deyə Klinton bildirmişdi.

Klintonun da narahatlığına əsaslar var. Çünki Rusiya ittifaqın əsas fiqurlarındandır. Rusiya təşkilatı qurarkən yalnız Gürcüstan və Moldavaya təklif göndərməyib. Ukraynada keçmiş hökümətlə müzakirələr aparılsa da, indi dayandırılıb. Amma hazırda Azərbaycanla Rusiya arasında münasibətlar çox yüksək səviyyədə inkişaf edir. Belə bir məqamda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması məsələsi gündəmə gəlir.
Qabil Hüseynli hazırki vəziyyətdə bizim başqa çıxış yolumuzun olmadığını bildirir: ”Qərbin özü bizi Rusiyaya tərəf itələyirsə, Qarabağ probleminin həllində konkret mövqe nümayiş etdirmirsə, Azərbacan onun mənafeyinə uyğun olacaq tərəfə istiqamətlənəcək”. Politoloq Azərbaycanın Avasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə də Qərblə əlaqələrini yüksək səviyyədə saxlayacağını bildirir.
İqtisadçı Vüqar Bayramov Azərbaycanın ittifaqa daxil olmaqla iqtisadi mənfətlər də əldə edə biləcəyini vurğulayır: “Hazırda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dir. Ölkəmiz xarici ticarətinin əsas hissəsini bu ittifaqa daxil olan ölkələrlə həyata keçirir.
Ona görə də, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra iqtisadi artımı 7,7 %-ə yüksələ bilər. Çünki qeyri-neft sektorunda istehsal olunan məhsulların əksər hissəsi Rusiya və MDB məkanına daxil olan ölkələrə ixrac edilir".
İqtisadçı bildirdi ki, Azəbaycan İttifaqa daxil olduqda onun istehsal etdiyi məhsullar asanlıqla bu bazarda hərəkət edə biləcək. Bu da Azərbaycanın gəlirlərinin artmasına səbəb olacaq. Amma Vüqar Bayramov Azərbaycanın İqtisadi Birliyə Britaniya modeli əsasında daxil olmasının vacibliyini vurğulayır: “Bu modeldə üzv ölkələr müəyyən istiqamətlər üzrə iqtisadi suverenliyini qoruya bilir. Britaniya modelinin tətbiq edildiyi ölkələrdə enerji məsələləri ilə bağlı qərarlar müstəqil formada qəbul edilir." İqtisadçı Aİİ-yə girməyin Azərbaycanın həyata keçirdiyi layihələrin gələcəyi üçün də heç bir təhlükənin yaranmadığını bildirir.

Azərbaycan Aİİ-yə daxil olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində uğura nail olacaqsa, bu məsələdə istənilən itki ilə razılaşmağa dəyər. Məsələn, Aİİ ilə müqavilədən sonra Azərbaycan Avropa ölkələri ilə azad ticarət anlaşmasının imzalaya bilməz. Çünki Avropa İttifaqı ilə azad ticarət müqaviləsin imzalanması üçün əsas şərtlərdən biri heç bir gömrük ittifaqına daxil olmamaqdır. Həmçinin Azərbaycan bu ittifaqa daxil olmaqla gələcəkdə Avropa İttifaqı ilə Assosiativ saziş imzalamaq imkanını itirir.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi