Hikmət Hacıyevin 3 mesajını necə oxumaq lazımdır? - TƏHLİL
Siyaset
Oxunub: 338
21 iy 2020 | 18:49
Hikmət Hacıyevin 3 mesajını necə oxumaq lazımdır? - TƏHLİL


Azərbaycanla Ermənnistan arasında sərhəd savaşı 4 gün çəkdi. 2016-ci ilin aprel savaşı da 4 gün çəkmişdi. Ancaq bu son deyil, iyulun 21-də Azərbaycan ordusunun Ermənistana məxsus iki pilotsuz uçuş aparatını Azərbaycan səmasında neytrallaşdırması vəziyyətin sabitləşmədiyindən xəbər verir.

Pilotsuz uçuş aparatlarından biri Ağdam rayonu istiqamətində vurulub. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti döyuşlərin Tovuz istiqamətindən Dağlıq Qarabağ istiqamətinə keçə biləcəyindən narahatdır və ona görə işğal altındakı ərazilərdən kəşfiyyat uçuşları həyata keçirirlər. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycan ordusunun Dağlıq Qarabağda hücuma hazırlaşa biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan az qala hər gün işğal altındakı hərbi məntəqələrin hazırlıq səviyyəsini şəxsən yoxlayır.

Ermənilər narahatlıqlarında yanılmırlar. Torpaqların azad olunması Azərbaycan cəmiyyətinin əsas tələbidir. Generalımızın şəhid olması bu tələbi daha da gücləndirir. Ermənistanla sərhəddə gərginlik Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan ordusunun əsas hədəfi Dağlıq Qarabağ və ətraf rayonlardır. Ermənistan hakimiyyəti sadəcə, Tovuz istiqamətində təxribatlar törətməklə Azərbaycan ordusunun əsas gücünün Dağlıq Qarabağ istiqamətində cəmlənməsinə mane olmağa çalışırlar və istisna deyil ki, bu təxribatlarını davam etdirsinlər. Ona görə də Azərbaycan ordusu yaxın gələcəkdə həm sərhəddə düşmənin təxribatlarına cavab verməli, həm də Dağlıq Qarabağ istiqamətində hücum əməliyyatlarını həyata keçirməli olacaq. Başqa sözlə yaxın gələcəkdə iki istiqamətdə savaş aparmaq məcburiyyətində qalacağıq.

Bu arada, prezidentin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat konfransı keçirməsi diqqəti cəlb edir. Hikmət Hacıyevin mətbuat konfransında söylədiyi mesajları belə qruplaşdırmaq olar:

Birincisi, Azərbaycan bundan sonra imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil.

İkincisi, Minsk prosesində iştirak edən 11 dövlətin iştirakı ilə geniş formatda iclasın keçirilməsinə ehtiyac var.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır.

Hikmət Hacıyevin bu 3 şərti söyləməsi ondan xəbər verir ki, rəsmi Bakı artıq danışıqları perspektivinə inanmır. Əgər rəsmi Bakı Minsk Qrupunun geniş formatda toplanmasını istəyirsə, bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə davam edən danışıqlardan nəticə gözləmir. Rəsmi Bakı danışıqların məzmunun və hazırki formatın dəyişdirilməsini istəyir. Məsələn, Azərbaycan Türkiyənin də həmsədrlər formatına qatılmasında maraqlıdır. Ancaq 3 həmsədr nə Türkiyənin onlara qoşulmasına, nə də özlərinin başqa ölkələrlə dəyişdirilmələrinə imkan verəcək.

Buna baxmayaraq, rəsmi Bakının Minsk Qrupunun geniş formatda toplanması təklifi müsbətdir. Həmin toplantıda deyilməlidir ki, Ermənistan “mərhələli həll” planını qəbul etməsə, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərində qalacaq. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmə yenidən baxılması da köhnə tələbimizdir. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxacağı problematikdir.

Hikmət Hacıyevin söylədikləri ona deməyə əsas verir ki, rəsmi Bakı danışıqların perspektivinə inanmasa da, hər halda yeni təkliflərinə BMT və ATƏT-dən reaksiya gözləyir. Bu zaman alacaq. Görünür, bu zaman kəsiyi Azərbaycan ordusu üçün hərbi planları hazırlamaq üçün zəruri hesab edilir.
“Atlas” Araşdırmalar Mərkəzi
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO