Nəcməddin Sadıqov vəzifəsindən alınacaqmı? - Məhərrəm Əliyev uğurlu namizəddir...
Siyaset
Oxunub: 323
20 iy 2020 | 15:17
Nəcməddin Sadıqov vəzifəsindən alınacaqmı? - Məhərrəm Əliyev uğurlu namizəddir...


İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı şəhid olan general-mayor Polad Həşimovun ölümü ilə nə hərbi ekspertlər, nə də sıravi insanlar barışmır. Əksər insanları indi bir sual düşündürür, generalın koordinatlarını düşmən ordusuna kim verib və bu suala cavab tapılması məqsədilə generalın ölümünün araşdırılmasını tələb edirlər.

Dünən sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirovun LAF TV-yə müsahibəsində generalın həlak olması ilə bağlı səsləndirdiyi fikirlər və “General Polad Həşimovun həlak olması səbəbini araşdırılacaq. Ali Baş komandan bu məsələni elə-belə qoymayacaq” – sözləri insanların düşüncələrində həqiqət payının daha çox olduğunu bir daha təsdiq etdi.

Bütün bu fikirlərin fonunda artıq 4 gündür sosial şəbəkələrdə, demək olar ki, hər kəs Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun dərhal vəzifəsindən uzaqlaşdırılmasını, hətta cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Artıq N.Sadıqovun yerinə namizədlər də səsləndirilir.

Dominant.az həmin təkliflərdən bəzilərini təqdim edir:

Amil Avoğlu: “Keçmiş briqada komandiri İsa Sadıqovu Azərbaycana qaytarıb Nəcməddin Sadıqovun yerinə qərargah rəisi təyin olunması barədə təkliflər var. Çox vaxtında irəli sürülmüş təklifdir. Ən azından ona briqada komandirliyi verilə bilər. Mən onun Qazaxda hərbi hissədə qısa vaxtda necə nizam-intizam yaratdığının və uğurlu döyüşlər həyata keçirdiyinin şahidi olmuşam. Bu adam anadan hərbçi doğulub. Ancaq inanmıram belə bir adam atsınlar, Nəcməddinin getməyinə Rusiya icazə verməz. Bunun üçün mütləq Putinin "dobro"su olmalıdır”.

Xudaverdi Əliyev: “Əvvəla Nəcməddin Sadıqovu bacarırıqsa vəzifədən kənarlaşdırmalıyıq, ondan sonra bu yerə namizəd göstərə bilərik. Fərz edək ki, bu yer boşalıb, onda bu post üçün ən layiqli namizədlərdən biri general- mayor Altay Mehdiyevdir. O, uzun müddət Naxçıvanda qərargah rəisi, sonralar isə HHM qüvvələrinin komandanı işləmişdir. Belə bir hərbçi indi təqaüddədir”.

Əli Bəy Azəri: “İsa Sadıqov indi daha çox bir siyasətçi kimi tanınır, nəinki bir hərbçi olaraq. Xarakterinə görə, yenidən hərbi mundir geyinib kiminsə tabeçiliyində adaptasiya olunması çətin olar. Baş Qərargah rəisi unikal bir hərbçi olmalıdır, döyüşü bütün növ qoşunlar arasında koordinasiya etməyi bacarmalıdır. Burada söhbət təkcə Müdafiə Nazirliyi tabeçiliyində olan qoşunlardan getmir, ölkədə fəaliyyət göstərən bütün qoşun növləri nəzərdə tutulur. Hazırda üzdə olan generalların bəziləri həmin vəzifənin öhdəsindən gələ bilər. Lakin indiki zamanda elə addım atmaq lazımdır ki, generalların yerini dəyişmək yox, kənarda qalmış daha bir generalı xidmətə cəlb etdirmək mümkün olsun. Mən Azərbaycanın Milli Qəhrəmanı, təqaüddə olan general-mayor Fəxrəddin Cəbrayılovu həmin vəzifəyə ən layiq namizəd görürəm. Olduqca tələbkar bir general olan F.Cəbrayılov çox qısa zamanda Müdafiə Nazirliyinin bütün sahələrində qayda-qanun yarada bilər”.

Samir Zeynalov: “Mənə görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi postuna Məhərrəm Əliyev ideal namizəddir”.

Elyar İslamoğlu: “Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərəm Mustafayev olsun. Günnüt əməliyyatı ilə Kərəm Mustafayev gücünü ortaya qoydu. Məncə hazırda qərargah rəisi vəzifəsinə layiqdir”.

Kamil Hamidov: “Silahlı Qüvvələrin Baş Qərargah rəisi potuna namizədim Rufat Feyzulov”.

Müşfiq Hüseynov: “Məncə, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi postuna ən layiqli namizəd Nazir Kərəm Mustafayev, ştab rəisi general Bərxudarovdur”.

Həbibə Abdulla: “Silahlı Qüvvələrin Baş Qərargah rəisi General Barxudarov olsun. Hər kəsin sevdiyi və dövlətini, xalqını sevən hərbçidir”.

Nuru Abdullayev: “Kim olur olsun, sovet və Rusiya ordusunda təlim keçməmiş biri olsun. Türkiyədə təhsil almış, NATO təlimlərindən keşmiş gənc nəsildən biri olmalıdır. Generalitet milliləşməlidir. Məsələn, ağlıma gələn Bərxudarovdur. Tanrı hər birini qorusun”.

Sevinc Savaş Gökbudak: “Silahlı Qüvvələrin Baş Qərargah rəisi postuna iki namizədim var: Bərxudarov və Ramil Səfərov”.

Zakir Hüseynov: “Silahlı Qüvvələrin Baş Qərargah rəis olmağa Heydər Piriyev layiqdi. Həm AAHM də, həm də akademiyadan bütün zabitəri tanıyır, döyüşüb, vəzifələr keçib, vətənpərvərdir, millətçı deyil”.

Tərxan Paşazadə: “Hörmətli İsa bəy kifayət qədər təcrübəlidir. Post-sovet məkanında da kifayət qədər tanınır. İşinin öhdəsindən ləyaqətlə gələ bilər. Amma mövcud situasiya elədir ki, fəaliyyətə tam başlamamış sui-qəsd qurbanı da ola bilər. Həm də düşünmürəm ki, Nəcməddin Sadıqov yaxın zamanlarda vəzifədən azad edilsin. Əgər azad edilərsə, o zaman baş qərargah rəisi vəzifəsinə uyğun olan, azı 5-6 generalımız, iki o qədər də polkovniklərimiz var ki, bu işdə müvəffəqiyyətli ola bilərlər. Ancaq düşünürəm ki, təyinat zamanı ölkə rəhbərliyinin etimad göstərəcəyi şəxs sürpriz olacaq. Şəxsən mən İsrail və ya Türkiyə ordusu ilə əlaqəli birinin bu vəzifəyə gətirilməsini istərdim”.

Yaqub Məmmadov: “Bu məsələni Ali Baş Komandan həll edir. Amma mən istərdim ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Vüqar Əliverdiyev olsun. Mən 2009-cu ildə HHX olan zaman N saylı hərbi hissədə qərargah rəisi idi. Yüksək hərbi savada malik zabitdir. Allah bütün hərbiçiləri qorusun.

Əfqan Əmirxanoğlu: “Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəsur komandir general Bərxudarov olsun”.


Könul Aypara: “Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmağa ən layiqli namizəd general Hikmət Həsənovdur (Bərdə korpusu) mənim fikrimcə. O, çox savadlı, hərbi işi bilən, ən gənc generaldır”.

Yunis X. Mirzəyev: “Kim olursa, mütləq Türk məktəbi keşmiş, NATO standartına cavab verən, Azərbaycanı sevən biri olmalıdır”.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb