Paşinyanın “demokratiya çuxası” necə yırtıldı... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 305
18 iy 2020 | 15:00
Paşinyanın “demokratiya çuxası” necə yırtıldı... - GƏLİŞMƏ


Ermənistan baş naziri Nikol Paşinyanın saxta “demokrat, sülhsevər libası” artıq xeyli vaxtdır yırtılıb. Nəticədə saxta “demokrat”ın əsl mahiyyəti ortaya çıxıb. Bu mahiyyət isə həm öz ölkəsinin daxilində diktatura quran, həm də işğalçılıq, faşist ideologiyası ilə yaşayan avantürist siyasətçi mahiyyətidir.

Paşinyanın əsl simasını, mahiyyətini nümayiş etdriməsi üçün elə də çox zamana ehtiyac olmadı. İnqilabla hakimiyyətə gəldikdən cəmi bir neçə ay keçdikdən sonra avtoritar rejim qurmağa və Azərbaycana qarşı sələfləri Robert Köçəryan və Serj Sərkisyan kimi işğalçılıq mövqeyində olduğunu, faşist düşüncəli siyasətçi obrazını ortaya qoydu.

Paşinyan iqtidara təzə gələndə Azərbaycanda da müəyyən insanlarda, hətta bəzi ciddi siyasətçilərdə belə fikir yaranmışdı ki, o, əli qanlı Qarabağ klanının etdiklərini təkrarlamayacaq, müharibəyə meylli olmayacaq, hərbi keçmişi, kimliyi olmadığından sülhə üstünlük verəcək.

Gözləntilər doğrulmadı. Paşinyan Köçəryan-Sərkisyan rejimini daha pis formada təkrarladı. Bəs nədən Qarabağ müharibəsində iştirak etməyən və Qarabağ klanına aid olmayan Paşinyan da Xocalı caniləri olan Köçəryanıla Serj Sərkisyanın işğalçılıq siyasətindən kənara çıxmadı?

Siyasi analitik Əhməd Şahidov “Yeni Müsavat”a bildirdi ki, bir neçə il öncə hələ Nikol Paşinyan küçələrdə aksiyalar keçirəndə hətta Azərbaycanda da “demokratiya carçıları” tapılırdı ki, Paşinyanın sülhsevər demokrat olduğunu, müharibə etməyəcəyini, işğalçılığa son qoyacağını desinlər: “Bu cür düşünən insanların əsas istinad nöqtəsi o idi ki, Köçəryandan və Serj Sərkisyandan fərqli olaraq Paşinyan əlində silah Qarabağ savaşında iştirak etməyib. Lakin zaman göstərdi ki, ümumiyyətlə, Ermənistan cəmiyyəti xəstə təfəkkürlü, işğalçı xislətli cəmiyyətdir. Kim olursa-olsun belə bir cəmiyyətdə yetişən erməni siyasətçi istənilən halda işğala, faşizmə meylli olur. İşğalçılıq, terror onların milli ideologiyası, milli ruhudur. Paşinyan da məhz bu cür ideologiyada və ruhdadır. Yəni onun digər erməni siyasətçilərdən fərqi yoxdur. Paşinyan hakimiyyətə gələndən az sonra onun mahiyyəti ortaya çıxdı. İrqçi faşist fikirləri onun və hakimiyyətinin mahiyyətini ilk aylardan göstərdi. Son vaxtlar isə hətta sələflərini də ötdü Paşinyan”.

Ə.Şahidov həmçinin qeyd etdi ki, Azərbaycan lideri ilə diplomatiya meydanında hər dəfə uduzan Paşinyan bu uğursuzluqlarını işğalçı bəyanatları, davranışları ilə pərdələməyə, erməni cəmiyyətini bu cür aldatmağa çalışır: “Daxildə xalqın ondan narazılığının artdığını görən Nikol erməni cəmiyyətinin başını bir müddət də bu yolla qatmaq istəyir. Nikol Paşinyan özü ən böyük işğalçı, terrorçudur. Ermənistan cəmiyyətindən sülhsevər siyasi liderin çıxması mümkün deyil. Xəstə cəmiyyətdən sülhsevər siyasi liderin yetişməsini gözləmək sadəlövhlük olardı. Ona görə də Ermənistandakı bütün siyasi qüvvələrə eyni cür baxmalıyıq. Ermənistan xəstə cəmiyyəti ilə sülh dilində danışmaq mənasızdır. Onlarla ancaq güc yolu ilə danışmaq lazımdır. Arxada qalan bütün təcrübələr, ən son da Paşinyan nümunəsi bir daha bunu ortaya qoydu”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistanda etirazlar fonunda hakimiyyətə gələn Nikol Paşinyan ilk aylardan başlayaraq Qarabağ məsələsində sərt ritorikaya əsaslanan fikirlər səsləndirirdi: “Düzdür, müxalifətdə olanda müəyyən konstruktiv fikirlər irəli sürərək Levon Ter Petrosyanın Qarabağla bağlı siyasətini dəstəkləyirdi. Lakin hakimiyyətə gələndən az sonra o da işğalçı təfəkkürdə biri olduğunu ortaya qoydu. Qeyd edim ki, Paşinyan Düşənbədə MDB sammitində prezident İlham Əliyevlə görüşündə müəyyən şifahi razılaşma əldə edilmişdi ki, bəzi məqamlarda iki ölkənin müvafiq rəsmi qurumları arasında kommunikasiya yaradılsın. Azərbaycan Paşinyana hətta vaxt da verdi, o, parlament seçkiləri keçirdi. Daxildə Paşinyan Qarabağ klanına qarşı repressiya həyata keçirdi. Bu müddətdə Ermənistanla ötən il Milanda ATƏT konfransında birgə bəyannamə imzalandı. Hətta ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton da Yerevan şəhərində Qarabağla bağlı Ermənistanı konstruktiv addımlar atmağa çağırdı. Müəyyən ümidlər var idi. Amma Paşinyan Qərbin əleyhinə gedərək, daxildə bir az möhkəmlənəndən sonra Qarabağla bağlı özünəməxsus təkliflər irəli sürdü, separatçıları tərəf kimi təqdim etməyə və ”Qarabağ Ermənistanındır" sərsəm açıqlaması ilə danışıqları fiaskoya uğratdı. Bütün həll variantlarını qəbul etmədi. Çünki Qarabag klanının və orduda olan aqressiv qrupun Qarabağla bağlı planından çəkindi. Həmçinin gördü ki, Rusiya prosesdə onu devirə bilər. Bundan əlavə demokratiya və digər islahatları reallaşdıra bilmədiyi üçün Qarabağ məsələsində daha aqressiv siyasət ortaya qoydu. Çünki Ermənistanın vəziyyəti elədir ki, bu ölkənin inkişafı Qarabağdan asılıdır. Göründüyü kimi, Paşinyan nə vəd etdiyi islahatlar həyata keçirə bildi, nə də Qərbin ondan Qarabagla bağlı gözlədiyi konusturuktiv addımı atdı. Yalnız öz hakimiyyətini qorumaq yolunu tutdu".

Politoloqun fikrincə, Paşinyan Sərkisyan rejiminin səhvlərini təkrarlayır və bu səhvləri onu batıracaq: “Azərbaycanla sərhəddə təşkil etdiyi hərbi təxribatlar Paşinyanın siyasi hakimiyyətini laxladacaq. O hesab edirdi ki, bununla hakimiyyətinin ömrünü uzadacaq. Amma Serj Sərkisyanın 2016-cı il aprel döyüşlərindən sonra düşdüyü siyasi fiaskonu Paşinyan da yaşayacaq. Çünki Azərbaycanın hər gülləsi Ermənistanda siyasi vəziyyətə təsir edir”.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?