Türkiyə ordusu Qarabağda savaşa qatıla bilərmi? - TƏHLİL
Siyaset
Oxunub: 323
18 iy 2020 | 16:23
 Türkiyə ordusu Qarabağda savaşa qatıla bilərmi? - TƏHLİL


Türkiyə Azərbaycana dar gündə bir daha qardaş əlini uzatdı. Təəccüb doğurmamalıdır. Rəsmi Ankara həmişə Bakının yanında olub. Qardaş ölkənin Ermənistanla sərhədləri bu günə qədər bağlı saxlaması elə kifayət edir ki, Azərbaycana hansı doğmalıq, hansı dəstək göstərildiyini anlayasan.

Bu dəfə də belə oldu. Tovuz istiqamətində gedən döyüşlərlə bağlı Türkiyə Ermənistanı qınadı, prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduğunu bəyan etdi. Müdafiə naziri Hülusi Akar Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Ramiz Tahirovla Türkiyədə görüşündə hər cür dəstək verməyə hazır olduqlarını açıqladı: “Cənab Ərdoğanın da dediyi kimi, bu, həqiqətən ermənilərin boyunu aşan bir cəhddir. Biz də deyirik ki, onlar bu təxribatlarının altında qalacaq və bunun hesabını verəcəklər”.

Nazir onu da qeyd edib ki, azərbaycanlı qardaşlarımızla bərabərik: “Türkiyə Silahlı Qüvvələri olaraq nə lazımdırsa, hər şeyi etməyə hazırıq. Bundan heç kimin şübhəsi olmasın”.

Göründüyü kimi, lakonik və açıq-aydın mövqe sərgilənib, bəzi dost və qonşu ölkələrlə müqayisədə heç bir manipulyasiyadan söhbət gedə bilməz. Bəs Türkiyə siyasi-diplomatik dəstəyini ifadə etdiyi kimi, hərbi dəstəyini hansı şərtlər altında verə bilər? Beynəlxalq hüquq, konvensiya müharibə irimiqyaslı olacağı təqdirdə, Türkiyənin Azərbaycana hərbi dəstəyini hansı formatda verməyə imkan yaradır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Azərbaycana hərbi dəstəyini artırmaq üçün heç bir daxili və xarici amil mane olmur. Onun fikrincə, ikitərəfli hərbi sazişin imzalanması aktualdır: “Müdafiə nazirinin müavininin Ankaraya göndərilməsi, Hülusi Akarla görüşü sıradan hadisə deyil. Görünür ki, hərbi əməkdaşlığın üst səviyyəyə qaldırılması üçün iki ölkə iqtidarlarının razılığı var. Sözsüz ki, indi də hərbi əməkdaşlıq yüksək səviyyədədir, Türkiyədən texnika alırıq, birgə təlimlər keçirilir. Amma düşünürəm ki, bu da azdır, hərbi anlaşma imzalanmalıdır”.

Politoloq hesab edir ki, Türkiyənin iki hərbi bazasının Azərbaycana yerləşməsinə nail olmalıyıq: “Qarşımızdakı tək Ermənistan deyil, müəyyən güclər var, rus hərbi-siyasi mərkəzi dayanıb. Düzdür, son hadisələrə dəstək vermirlər, amma müharibə genişlənsə, Rusiyanın ermənilərə dəstəyi mümkündür. Ona görə Türkiyə ilə hərbi əməkdaşlığı yüksək səviyyəyə qaldırmalıyıq. Əvvəl belə səbəb irəli sürürdülər ki, Türkiyə NATO dövlətidir, hansısa ölkə ilə hərbi saziş üçün NATO-nun razılığı olmalıdır. Amma Qətərdə bazalar yaratdılar, Türkiyəyə heç NATO-nun icazəsi lazım olmadı. Eyni zamanda Türkiyə İraq, Suriya və Liviyada tarixi hərbi əməliyyatlar aparır, heç kim mane ola bilmir. Bu mənada Azərbaycana hərbi dəstək üçün heç bir faktor əngəl yaratmır, yetər ki istəyək”.

Analitikin sözlərinə görə, Türkiyə ilə hərbi saziş bağlanmasına, bazaların yerləşdirilməsinə Kreml də etiraz edə bilməz: “Rusiya qarşı çıxa bilməz. Çünki özünün Ermənistanda hərbi bazaları var. Lakin torpaqlarımızın işğaldan azad edilməsini Azərbaycan həyata keçirməlidir. Yəni bütün bunlar o demək deyil ki, Türkiyə ordusu yerimizə Qarabağı azad etməlidir. Sadəcə, onların dəstəyi güclü təminatdır. Odur ki, artıq zaman yetişib, mənə elə gəlir danışıqlar da başlayıb”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə birləşmiş Türkiyə-Azərbaycan Silahlı Qüvvələri yaradılmasını təklif edib. “Ən başlıcası, təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalanmalı, Naxçıvan, Gəncə və Abşeronda onun hərbi quru, hava və dəniz bazaları, strateji silah ehtiyatları, birləşmiş Türkiyə-Azərbaycan silahlı qüvvələri yaradılmalıdır. Bu işə bir briqadanın - ”Türkaz" və ya “Aztürk” briqadasının yaradılması ilə başlamaq olar. Ümumiyyətlə, Azərbaycan strateji zaman, məkan və güc üçlüyünü nəzərə almalı, Türkiyə Cümhuriyyəti ilə strateji müttəfiqlik münasibətləri qurmalıdır. Qardaş Pakistanla, “Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə uyğun strateji tərəfdaşlıq, qarşılıqlı yardım müqaviləsi imzalanmalıdır", - deyə S.Əkbər yazıb.
“Yeni Müsavat”
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?