Erməni təcavüzü, içimizdəki “beşinci kalon”, koronavirus. Hansı daha təhlükəlidir? - TƏHLİL
Siyaset
Oxunub: 313
18 iy 2020 | 18:17
Erməni təcavüzü, içimizdəki “beşinci kalon”, koronavirus. Hansı daha təhlükəlidir? - TƏHLİL


Azərbaycan düşmənə heç vaxt unuda bilməyəcəyi dərs verir. Döyüş meydanlarında üstünlük tam olaraq ordumuzun tərəfindədir. İşğalçı Ermənistan görünməmiş itkilərlə üzləşir. Şəhidlərimizin qisası misli ilə alınır.

Son günlər Tovuz rayonu istiqamətində baş verən hərbi əməliyyatlar onu göstərdi ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Düşmən ölkə həmişə olduğu kimi yenə beynəlxalq hüququ heçə sayır. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonları uzun illərdir ki, işğalda saxlamaq azmış kimi, Ermənistan digər ərazilərimizə soxulmaq, yeni mövqelər qazanmağa cəhd edir. Lakin, Azərbaycan dövləti Ermənistanın dərsini necə lazımdır verir, işğal cəhdlərini qətiyyətlə dəf edir. Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitləri düşmənin hərbi təxribatlarının qarşısını əzmlə alır. Təcavükar ordunun mövqeləri darmadağın edilir. Milli Ordumuz düşmənə qan uddurur.

Ermənistanın itkiləri həddindən artıq çoxdur. Düşmənin çoxsaylı hərbçisi və döyüş texnikası zərərsizləşdirilib. Ermənistan növbəti dəfə ən sərt şəkildə cəzalandırlılb və işğalçılara sözün əsl mənasında divan tutulub. Qələbələrimizi şərtləndirən amillərdən ən əsası qətiyyətli Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun qüdrətidirsə, daha bir səbəb hərbçilərimiz arasındakı görünməmiş ruh yüksəkliyidir. Azərbaycan Ordusunun generalları, komandir heyəti öz əsgərlərini tək buraxmır, düşmənə qarşı döyüşdə çiyin-çiyinə vuruşur. Belə bir mənəvi-psixoloji üstünlüyə malik Ordu əlbəttə ki, qələbəyə layiqdir.

Bu gün biz xüsusi qürur hissi ilə deyə bilərik ki, Şanlı Azərbaycan Ordusu Aprel döyüşlərində olduğu kimi yenə Ali Baş Komandan, Prezident İlham Əliyevin döyüş əmrini peşəkarlıqla yerinə yetirir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və təhlükəsizliyinin qarantdır. Ali Baş Komandan bu məsuliyyətli missiyanı şərəflə, xüsusi qətiyyət və güclü iradə ilə həyata keçirir. Azərbaycan xalqı bu reallığı son hərbi əməliyyatlar zamanı bir daha gördü.

Aydın məsələdir ki, Ermənistan həmişəki kimi yenə öz işğalçılıq siyasətini ört-basdır etməyə, dünyanın diqqətini əsl həqiqətdən yayındırmağa çalışır. Lakin Prezident İlham Əliyev bu dəfə də təkzibolunmaz faktlar ortaya qoymaqla, cəbhədəki real vəziyyətlə bağlı dolğun məlumatlar verməklə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu sübut etdi və bunu birbaşa beynəlxalq aləmin diqqətinə çatdırdı. Şübhəsiz ki, məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Hansı ki, belə təxribatların baş verməsi düşmən ölkə rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinin nəticəsdir.

Hazırda Ermənistanda vəziyyət olduqca gərgindir. Paşinyan hakimiyyəti çökmək üzrədir. Ölkə sosial-iqtisadi tənəzzül içindədir. Demokratiya pərdəsi altında, özü də küçədən hakimiyyətə gələn Paşinyan bu iki ildə verdiyi heç bir vədə əməl etməyib. Odur ki, Ermənistan hökuməti ölkədəki nüfuzunu tam itirib. Bütün bu reallıqların və mövcud ictimai-siyasi mənzərinin fonunda Paşinyan diqqəti öz üzərindən yayındırmağa, daxili auditoriyanın nəzərlərini hərbi əməliyyatlara yönəltməyə çalışır. Bu metod Ermənistan siyasi rəhbərliyinə xas olan ənənəvi üslubdur: Azərbaycana qarşı hərbi təcavüzə başlamaqla xalqın başını qatmaq. Söz yox ki, bu addımlar Paşinyan hakimiyyətini xilas etməyəcək, hərbi məğlubiyyətlər onu daha da uçuruma aparacaq. Çünki, Ermənistan dövləti gücsüz və iradəsiz olduğu kimi, ordusu da zəif və çarəsizdir. Hər tərəfdən dalana dilənən Paşinyan nəhayət ki, məcbur olub Azərbaycan qarşısında məğlub olduqlarını etiraf edir. Erməni baş nazir son açıqlamasında artıq geri çəkilir və sərhəddəki vəziyyəti nizama salmaq üçün sülh danışıqları təklif edir.

Ermənistan bütün dövrlərdə atdığı məsuliyyətsiz addımların, pozuculuq və işğalçılıq hərəkətlərinin arxasından xaincəsinə qaçıb. Hər dəfə də məğlubiyyət yaşayıb və Azərbaycan dövləti tərəfindən sərt cəzalandırılırb. Çətinə düşəndə isə özünə arxa-dayaq, müttəfiq, havadar axtarıb. Son döyüşlərdə də güclü məğlubiyyətə uğrayan Ermənistan yeganə çıxış yolunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəməkdə gördü. Lakin, rəsmi İrəvanın bu ümidi də puç oldu. Ermənistan anlaya bilmir ki, kömək umduğu təşkilata üzv olan ölkələrin hamısı Azərbaycanla yaxın dostdur.

Bu gün cəmiyyətin bütün təbəqələri Azərbaycan Silahlı Qüvvələrinin gücünü və qürətini görür. İnsanlar son illər Ordu quruculuğu sahəsində qazanılan möhtəşəm uğurları yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları bütün dövlərdə dövlətinə, prezidentinə güvənib, arxalanıb. Çünki, dövlət də ən çətin zamanda daim öz vətndaşının yanında olub. Biz son aylarda – istər pandemiya dövründə, istərsə də işğalçı Ermənistanın hərbi təxribatları zamanı milli birliyin və həmrəyliyin ən yüksək zirvəsinin şahidi olmuşuq. Azərbaycan vətəndaşları bu gün də xüsusi vətənpərvərlik nümayiş etdirir, ordumuzun qələbəsini böyük ruh yüksəkliyi ilə qarşılayır, dövlətini, Ali Baş Komandanını bir nəfər kimi dəstəkləyir. Bütün Azərbaycanın qürur duyduğu, fəxr etdiyi bu möhtəşəm mənzərə ölkəmizin növbəti şanlı tarixidir. Bu xoş reallıq əlbəttə ki, hər birimizi qürurlandırır, bütövlükdə cəmiyyətimizdə yüksək məmnunluq, fəxr hissi yaradır. Çətin və ağır dönəmlərdə, həlledici məqamlarda Azərbaycan vətəndaşlarının bir nöqtəyə vurması, öz dövlətini, prezidentini müdafiə etməsi həqiqətən qürurvericidir.

Lakin, təəssüf hissi ilə deməliyik ki, Azərbaycana düşmən kəsilən daxili marginal qruplaşmalar ölkəmizin belə bir çətin və ağır günlərində də xalqın həmrəyliyinə kölgə salmaq istəyir. Təxribatlar, panikaya səbəb ola biləcək şaiyə xarakterli məlumatlar, ictimaiyyəti çaşdırmaq cəhdləri, Ordumuzun qələbələrinə ləkə yaxmaq kimi rəzil addımlar əslində “beşinci kalon”un əsl mahiyyətini bir daha göstərir. Görünən odur ki, Azərbaycanı bu bəladan da xilas etməyin vaxtı artıq çoxdan çatıb. Vətəndaşların mütləq əksəriyyətinin nifrətini qazanan bu antimilli qüvvələrdən birdəfəlik yaxa qurtarmaq indi çox aktualdır.
Bu gün Azərbaycan bir neçə cəbhədə müharibə aparır. Bir tərəfdən Erməni işğalçıları, digər tərəfdən içimizdəki “beşinci kalon” və nəhayət karonavirus pandemiyası. Sözsüz ki, bu düşmənlərin hər üçü özü-özlüyündə təhlükəlidir. Amma qüdrətli Azərbaycan düşmənlərlə bütün cəbhələrdə qətiyyətlə döyüşür və qələbədən qələbəyə doğru gedir. Azərbaycan xalqı dövlətinin, prezidentinin, ordusunun arxasında dağ kimi dayanıb. Heç bir qüvvə, heç bir təxribat bu birliyi, monolitliyi sarsıda bilməz.

Sahil Kərimli
Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktor müavini
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ