"Rusdan qorxuruqsa, Rusiya imperiyası dağılmadığı müddətdə bu qorxu içimizdə olacaq" - Rüstəm Behrudi
Siyaset
Oxunub: 354
18 iy 2020 | 19:49
"Rusdan qorxuruqsa, Rusiya imperiyası dağılmadığı müddətdə bu qorxu içimizdə olacaq" - Rüstəm Behrudi



Eşit, ey tanrı, dözümüm,
Bizi lap yordu, vaxtıdır.
Varıban getmək gərəkdir,
Göndər Boz qurdu, vaxtıdır.

Bu misralar tanınmış şair Rüstəm Behrudinin şeirindən bir hissədir. Düzü çox fikirləşdim, həm içində yaşadığımız vəziyyəti, həm də bu yazını izah edəcək başqa söz tapa bilmədim. Bəli, vaxtıdır!
Hələ iyulun 12-i, atışmanın başladığı dəqiqələrdən qəlbimizdə Qarabağ çırağı yandırdıq. Hamımız anidən gələn gülləbaran səslərinin gurultusunda döyüş ab-havasına sarılıb qələbəyə ruhlandıq. Əzəli torpaqlarımıza qovuşmaq üçün ayağa qalxdıq. Millətimizin sədaları nəinki Azərbaycan, hətta yer kürəsinin mavi səmalarını ağuşuna aldı. Yəqin ki, Qarabağ da eşitdi hayqırışımızı, bəlkə də Şuşa dağların arxasından boylanıb baxdı, Xarıbülbül məğrur başını qaldırıb göylərə “Vətən bizi səsləyir” dedi.

Bütün bu ümidləri, sevinci, hüznü, torpaq həsrətini yazının əvvəlindən də məlum olduğu kimi Rüstəm Behrudi ilə danışdıq.

- Rüstəm bəy, yaşadığımız son olayları necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, 30 ildən sonra bu hadisələrin baş verməyi labüd idi. Çünki keçdiyimiz otuz ildə insanların içində birikən azadlıq arzusu, millət, vətən eşqi mütləq partlamalıydı!

- Bəs sərhəddə gedən döyüşlər haqqında nə düşünürsünüz?

- Tovuzda müdafiəli olmaq üçün Qarabağda döyüş əməliyyatlarına başlamalıydıq. Gecikdik! İndi start verməliyik! Çünki uzun illər əvvəl imzaladığımız atəşkəs, daha çox atəşlərə düşməyimizə səbəb oldu. Dinc dövrdə həlak olan əsgərlərimizin sayı, az qala müharibədə ölənlərin sayına bərabərdir.

- Sizcə bundan sonrası necə olmalıdır?

- Fikirləşirəm ki, ermənilərin təxribatını fürsətə çevirib, Qarabağda əməliyyatlara başlamalıyıq. Ali Baş Komandan döyüş əmri verməlidir. Özü də gördü ki, xalq onun arxasında dayanmağa, müdafiə etməyə və müharibəyə hazırdır. Torpaqları tezliklə azad etməliyik!

- Bilirsiz ki, bu haqlı savaşda Türkiyədən dəstək gördük. Sözün əsl mənasında bizə qardaş əli uzatdılar...

- Artıq zaman dəyişib. Türk konseyi, türk respublikaları var. Hamısı öz dəstəklərini bəyan edirlər ki, Azərbaycanın yanındayıq. Bir də ki, rusdan qorxuruqsa Rusiya imperiyası dağılmadığı müddətdə bu qorxu içimizdə olacaq. Bizi Türk dünyası, Türkiyə müdafiə edir. Ona görə heç kimdən qorxmayaq. İndi torpaqlarımızı geri almasaq, qərbi Azərbaycanda qoyub gəldiyimiz torpaqların taleyini Qarabağda yaşayacağıq.

- Əzəli torpaqlarımıza yiyələndikləri bəs deyilmiş kimi, hələ o ərazilərin özlərinə aid olduğunu iddia edirlər...

- Bəli, gördüz baş nazirləri Paşinyan həyasızcasına Elmar Məmmədyarovun (Yaxşı ki prezident onu qovdu-R.B) oturduğu iclasda Azərbaycanı işğalçı dövlət adlandırdı. Deyir ki, torpaqlarımızın hamısını azad etməmişik. Hələ Azərbaycandan başqa torpaqlar qoparmaq iddiasındadırlar. Belə bir düşmənlə necə danışığa getmək olar? Mənə elə gəlir ki, bu son döyüş olmalıdır. Geri çəkilsək, təslim olsaq, sussaq Qarabağı həmişəlik itirə bilərik. Çünki növbəti dəfə xalqın qəzəbi, istəyi belə çox olmayacaq, bir yerə yığışmayacaq. Anlayırsınız nə demək istəyirəm?

- Şairin qəfil sualına, dərk etməyin ağırlığı ilə cavab verdim: Bəli.

- Qarabağa yığılan sevgi idi, özünü büruzə verirdi. Bu sevgini öldürəndə Qarabağ torpağı əldən gedəcək. Sonra yüz dəfə danışıqlar aparsınlar, dünya məsləhət versə də xeyri olmayacaq. Mən 1996-cı ildə, rəhmətlik Heydər Əliyevə canlı yayımda bir söz dedim: “Əsgəri girdiyi torpaqdan ancaq əsgər çıxarda bilər”.

Dünyada heç kim alınan torpağı danışıqla qaytara bilməyib. Azərbaycan ordusu qüdrətlidir, erməniləri Qarabağdan qovub çıxarmaq üçün qətiyyətimiz, gücümüz,hərbi texnikamız hər şeyimiz var. Nəyi gözləyirik? Müəmmalıdır niyə gözləyirik?

Onu da qeyd edim ki, bizə təslimçilik ruhu aşılamaq istəyirlər. Bunun arxasında Rusiya, Amerika, Fransa durur. Əslində isə bir neçə savaşı uduzmuşuq, müharibə davam edir. Müharibə böyük və uzun prosesdir.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ