Rusca Qarabağ “gözəlləməsi” - GƏLİŞMƏ
Siyaset
Oxunub: 339
17 iy 2020 | 17:16
Rusca Qarabağ “gözəlləməsi” - GƏLİŞMƏ


Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində silahlı eskalasiyadan bir neçə gün əvvəl İrəvanda jurnalistlərə açıqlama verən Rusiya Dövlət Dumasının qalmaqallı deputatı Konstantin Zatulin demişdi ki, ərazisinə hücum olacağı təqdirdə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəstək üçün müraciət edərsə, o zaman avtomatik olaraq təşkilatın mexanizmləri işləməyə başlayacaq.

Zatulin, həmçinin Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının orada "gözəllik üçün deyil, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün" yerləşdirildiyini bildirərək, öz müttəfiqinə hücum ediləcəyi təqdirdə, Rusiya ordusunun müşahidəçi qismində qalmayacağına da işarə etmişdi.

Zatilinin bu açıqlaması və ondan bir neçə gün sonra Ermənistanın sərhəddə təxribata başlaması, onun sözlərinin Ermənistan hakimiyyəti üçün Azərbaycana qarşı təxribat çağırışı kimi səsləndiyi fikrinə gətirib çıxarır. Yeri gəlmişkən, bundan əvvəl də Ermənistan hakimiyyəti dəfələrlə KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə ehtimal olunan müdaxiləsi mövzusunu öz məqsədləri üçün istifadə etməyə çalışıb və hər dəfə təşkilatın öhdəliklərinin bu münaqişəyə şamil olunmadığını İrəvana açıq şəkildə biliriblər. İndi Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin müavini Zatulinin bir bəyanatı ilə ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmaq üçün İrəvanda bir ssenari reallaşdırmağa çalışdılar.

Zatulinin açıqlaması ilə Rusiyanın Azərbaycanın ərazi bütövlüyünə yönəlik rəsmi mövqeyi arasında uyğunsuzluq da var. Onun sözlərinə görə, "reallıq hər kəs tərəfindən fərqli qəbul edilir" və: “Paşinyan Qarabağın Ermənistan olduğunu iddia edir, İlham Əliyev Valday Forumunda Dağlıq Qarabağın Azərbaycanın olduğunu söyləyir. Beləliklə, hər kəs reallığı fərqli qəbul edir”.

Ancaq Zatulin bu ilin fevralında Qarabağda keçirilən “prezident və parlament seçkiləri” zamanı Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağı müstəqil bir dövlət olaraq tanımayacağını elan etməsi barədə bəyanatını sanki unudur. Zatulinin özü bir dəfə qeyd etmişdi ki, “artıq Qarabağın müstəqilliyinin üzərindən xətt çəkilə bilməz". İndi isə onun sözlərindən belə çıxır ki, Qarabağ Azərbaycanla Ermənistan arasında mübahisəli ərazidir.

Bu məntiqi davam etdirərək, Ermənistanın işğalçı bir ölkə olduğu qənaətinə gələ bilərik. Bundan əlavə, o deyir ki, əgər Azərbaycan öz ərazi bütovlüyünü hərb yolu ilə həll etsə, Rusiya Ermənistanı KTMT-də müttəfiqi kimi müdafiə etməyə hazırdır. Bu, Zatulinin beynində hərəkət edən çox maraqlı bir düşüncə qatarıdır...

Eyni zamanda, Zatulindən KTMT-nin Ermənistan qarşısında öhdəlikləri məsələsində nə dərəcədə səlahiyyətli olub-olmadığını soruşmaq lazımdır. Belə bəyanatlar verən, hətta Azərbaycana qarşı təhdidlər səsləndirən Zatulin KTMT-nin rəsmi nümayəndəsi deyil. Ən əsası, nədənsə, Zatulinin səsi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşdiyi günlərdə ümumiyyətlə eşidilmədi. Razılaşın ki, rusiyalı deputatın bu davranışı bəzi suallar yaradır. //AYNA.AZ//
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?