Əli Həsənov milli maraqların keşiyində dayananları həmişə qapının çölündə saxladı... - Prezidentin mətbu siyasəti necə sabotaj olunurdu...
Siyaset
Oxunub: 398
3 iy 2020 | 21:17
Əli Həsənov milli maraqların keşiyində dayananları həmişə qapının çölündə saxladı... - Prezidentin mətbu siyasəti necə sabotaj olunurdu...


145 il öncə böyük mütəfəkkir Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu milli mətbuatımız yalnız 145 il sonra Prezident İlham Əliyevin milli siyasi xətti sayəsində xəyalını qurduğu səviyyəyə çatıb. Zərdabi milli maraqların keşiyində dayanan azad mətbuatımızın olmasını arzulayırdı. Lakin Çar Rusiyası, ardınca bolşeviklər, daha sonra qaranlıq 90-cı illər, ardınca da bir sıra məmurların yarıtmazlığı bu arzunun tam gerçəkləşməsinə mane oldu. Nəhayət indi Azərbaycan mətbuatının azad və milli maraqların keşiyində dayanan böyük qüvvə olduğunu deyə bilərik. Bu, Prezident İlham Əliyevin milli siyasətinin bəhrəsidir.

Milli mətbuatımızın kəşməkeşli tarixi var. Zərdabinin “Əkinçi”sini “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar davam etdirdi. Cümhuriyyət dövründə müstəqil dövlətimizin ömrünün cəmi 23 ay davam etməsi milli mətbuatımızın da ömrünü baltaladı. Boşleviklərin qırmızı rəngə boyadığı mətbuatımızda yalnız Ümumilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra milli xətt sərt qaydalara rəğmən dirçəldi.

90-cı illərin qaranlığı Azərbaycan kimi, milli mətbuatımızın da üzərinə çökmüşdü. Senzura, maddi-texniki təminatın yoxluğu, jurnalitlərə edilən təzyiqlər bolşeviklərin etdiklərindən heç də fərqlənmirdi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xilas etdi və milli mətbuatımız rahat nəfəs ala bildi.

Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə senzuranı ləğv etdi və bu, tarixə azad mətbuata yaşıl işığın yandırılması günü olaraq düşdü. 1999-cu ildə beynəlxalq tələblərə cavab verən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun qəbul edildi, 2001-ci ildə Heydər Əliyevin qərarı ilə mətbuatın “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcu dövlət hesabına ödənildi. Bununla da milli mətbuata dövlət dəstəyinin əsası qoyuldu.

Dövlət mətbuatdan yalnız həqiqəti yazmağı istəyirdi. Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin “Siz yazın ki, biz nöqsanları düzəldək” sözləri də bunu təsdiqləyir.

Milli mətbuat Prezidentin istədiyini yazdı, amma və lakin...

Dövlət başçısı milli mətbuatın yubileylərinin keçirilməsi haqda qərarlar qəbul etdi. 2005-ci ildə “Əməkdar” jurnalist adı bərpa olundu, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Dövlətin mətbuata dəstəyinin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı, KİV-ə birdəfəlik yardımların verilməsi, qəzetlərin maliyyələşməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məqsədlərlə böyük vəsaitlər ayrıldı.

Jurnalistlər üçün inşa olunan birinci binada 155, ikinci binada isə 155 mətbuat işçisi mənzillə təmin olundu. Prezident bütün bunları milli maraqların keşiyində dayanan azad mətbuat üçün etdi.

Ancaq dövlətin media siyasətini yerinə yetirənlər dövlət başçısının istəyini həyata keçirdilər, yoxsa?!

Jurnalistlər üçün inşa olunmuş iki binada mənzillə təmin olunanlar arasında mətbuata aid olmayan, əli qələm tutmayan insanların olması, mənzil bölgüsünün ədalətsiz bölgüsü, mənzilə həqiqətən ehtiyacı olanların kənarda qalması yuxarıda sualın cavabını verir.

Doğrudur, hər iki binada əsl jurnalist olan və həm ehtiycı, həm də haqqı çatan həmkarlarımız da mənzillə təmin olunublar və onların adına biz həmişə sevinmişik, heç olmasa istisnalar var deyə təsəlli tapmışıq. Ancaq ümumi mənzərə ürək açan olmayıb.

Prezident mətbuata yardım üçün KİVDF-yə milyon manatlarla vəsait ayırıb, amma səlahiyyətli şəxslər – konkret olaraq hakimiyyətin media siyasətinə cavabdeh olan Əli Həsənov və onun nəzarətində olan KİVDF-nin sədri Vüqar Səfərli, eləcə də digərləri bu vəsaitləri profilinə uyğun xərcləmədilər.

Prezident milli maraqların keşiyində dayanan azad mətbuatın inşası üçün əlindən gələn hər şeyi etdi, amma Əli Həsənov milli maraqların keşiyində dayananları həmişə qapının çölündə saxladı. Şəxsən mən Əli Həsənov tərəfindən dəfələrlə haqsız yerə təzyiqlərə məruz qalmışam. Ona görə ki, Əli Həsənov və komandasının ürəyi belə istəyirdi. Ona görə də bizlər Prezidentin istədiyini – həqiqəti yazırdıq, ona görə ki, cibimiz yox, dövlət və milli maraqlar əsas prinsipimiz olub...

Atalarımız yaxşı deyiblər, haqq incələr, amma qırılmaz. Nəhayət ki, dövlət başçısı milli mətbuatı bolşevik təfəkkürü ilə idarə edənləri tarixin arxivinə göndərdi və mətbuatı gerçək sahiblərinə qaytardı. Dövlət başçısının ölkədə həyata keçirdiyi genişmiqyaslı islahatlar mətbuatın da azadlığa çıxmasına zəmin yaratdı. Məhz kadr dəyişiklərindən sonra milli mətbuatımızın fəaliyyəti azad və milli maraqların qorunması prinsipinə əsaslanır.

Daha heç kim Prezidenti dəstəklədiyi, həqiqəti yazdığı üçün təzyiqlərə məruz qalmır. Bütün bunlar biz jurnalistlərdə mətbuatımızın gələcəyinə dair böyük ümidlər yaradır.

Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı da ümidləri daha da artırdı. Dövlət başçısının pandemiyanın ümummilli bəlaya çevrildiyi bu günlərdə mətbuatı unutmaması olduqca sevindirici məqamdır.

Artıq milli mətbuatımızın qaranlıq günlərinin geridə qaldığını əminliklə deyə bilərik və böyük mütəfəkkir Həsən bəy Zərdabi qəbrində rahat uyuya bilər. Çünki onun mirası əmin əllərdədir...
"Demokrat.az"
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"