Elçin Şıxlıdan Əli Həsənova REAKSİYA - "Demək, oğurlamısan ki, indi də təhvil verirsən"
Siyaset
Oxunub: 326
22 in 2020 | 17:19
Elçin Şıxlıdan Əli Həsənova REAKSİYA - "Demək, oğurlamısan ki, indi də təhvil verirsən"


“Mərdlikdən kim danışırsa danışsın, Əli Həsənov danışmasın. Çünki onun mərdliyin nə olduğundan ümumiyyətlə xəbəri yoxdur”.

Bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun son müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Əli Həsənov KİVDF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işinin açılmasından narahat olub və bu səbəbdən hisslərini cilovlaya bilmir:

“Əli Həsənov deyir ki, şirkətlərimi təhvil vermişəm. Adama sual verərlər ki, şirkətləri kimə və nə üçün təhvil vermisən?

Elnur Əliyev deyə bir adamın adını çəkir. Hesab edirəm ki, bütün bunlar oyunbazlıqdır və Vüqar Səfərlinin birdən-birə 100 mini büdcəyə qaytarması kimi bir şeydir.

Demək, oğurlamısan ki, indi də təhvil verirsən. Bir zamanlar deyirdin ki, ailəmə məxsus şirkətlərlə fəxr edirəm. Nə baş verdi və nə dəyişdi ki, indi fəxr etmirsən?

Vəzifədə olanda istədiyin işi edirdin və adını qoyurdun biznesmenlik. Vəzifədən çıxandan sonra biznesmenlik qabiliyyətini itirdin?”.

Elçin Şıxlı qeyd edir ki, Əli Həsənov Azərbaycan mətbuatını məhv edib və vəzifədən getdikdən sonra elementar davranış qaydalarını da itirib:

“O, vəzifədən azad ediləndən sonra ümumiyyətlə səsini çıxarmamalı, ya da diplomatik cavablar verməli idi. Lakin biz nəyin şahidi oluruq?

O, yenə əvvəlki ampulasındadır və yenə hədəfi yayındırmağa çalışır. Belə adamları sakitcə işdən çıxarmaq olmaz. Onları sona qədər ifşa etməlisən. Yox əgər ifşa etməsən, işləyib, sona qədər hər şeyi darmadağın edəcəklər.

Onun yürütdüyü siyasətinin nəticəsidir ki, hazırda mətbuata inam azalıb. Pademiya dövründə biz bunu aydın gördük və insanlarımız Həsənovun dövründə biabırçı kökə salınan TV və mətbuatın dediklərinə inanmır.

Əli Həsənov məqsədli şəkildə bu siyasəti yürüdüb və ölkəmiz bu gün də onun çirkin əməllərindən əziyyət çəkir”. (Sosial.az)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu